Bazar günü, 2024-12-22, 10:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Mart » 12 » Novruz
3:39 PM
Novruz
 
Novruz gəldi,
fındıq gəldi,  qoz gəldi

Novruz Baharin ilk gununun, tebietin canlanmasinin ve yeni ilin gelishinin bayram edilmesidir.

       Novruz azerbaycanlilarin milli bayramlarindan olmaqla yanashi, Islami qebul etmish diger milletler terefinden de qeyd olunur. Bele ki, bu bayram Iran, Efqanistan, Orta Asiya, Turkiye kimi olkelerde de qeyd olunur. Lakin her millet Novruzu azunemexsus adet-enene ve ehval-ruhiyye ile qeyd edir. Meselen Azerbaycanda Novruz bayrami cemi iki gun, Iran ve Efqanistanda  ise on uc gun qeyd olunur.
 
Novruz

         Hər xalqın mədəniyyət və adət-ənənəsində elə bir gün və ya günlər vardır ki, o günlər həmin xalqın tarix və mədəniyyətindən qaynaqlanır və bu millətin qədim inanclarının, tarixi və mədəni kimliyinin göstəricisidir. Hicri şəmsi ilinin başlanğıcı olan Novruz belə günlərdən biridir ki, onun kökü İran mədəniyyət və tarixindən qaynaqlanır. İran başqa dövlətlərlə olan əlaqələrini şəmsi tarixi ilə tənzimləyən və özünün yeni ilini Novruz günü ilə başlayan dünyanın yeganə ölkəsidir.
          Novruzun yaranma tarixçəsi
          Novruz qədim adət və ayin olaraq hələ qədim zamanlardan İran xalqı arasında tanınırdı. Əksər tarixçilərin qənaətinə görə bu qədim ayinin yaranması Cəmşidin hökmdarlığı dövründə olmuşdur.
Bir çox əfsanəvi dastanlar və rəvayətlər İranı və Novruzu qədim Pişdadi dövrünə, yəni Pişdadi şahı Cəmşidin zamanına aid edirlər. Belə ki, İranın tanınmış şairi Əbülqasım Firdovsi «Şahnamə» əsərində Novruzu Cəmşidin ölkə işlərini kənara qoyaraq əyanları və qoşun başçılarını öz ətrafına toplayıb bayram keçirdiyi gün hesab etmişdir. Məşhur tarixçi İbn Bəlxi yazır: Günəş zirvəyə çatdıqda Cəmşid başına padşahlıq tacı qoyaraq bu günü Novruz adlandırdı.
        İslam dövründə Novruz
       Müsəlman iranlılar Novruz bayramını özlərinin müsəlman olmayan əcdadları kimi bayram edirdilər və baharın əvvəlindən bayrama çox ciddi şəkildə hazırlaşırdılar. İslam dövrünün bariz işlərindən biri də ay təqviminə son qoyub Fərvərdin ayının birini, gecə və gündüzün bərabərləşdiyi günü – Novruzu yeni il təqvimi elan etdilər. İslam dövründə, xüsusilə də Səfəvilər dövründə Novruz ayinləri bəzi islami adət və ayinlərlə qarışaraq özünə təzə rəng və dini məna kəsb etdi. Şiə alimlərinin rəvayətlərinə əsasən, Novruz müqəddəs və İlahi bir gündür. Muhəmməd Baqir Məclisi İmam Sadiqdən (ə) belə rəvayət edir: «Novruz əziz və mübarək bir gündür ki, o gün Həzrət Adəm yaradılmışdır «Məclisi başqa bir yerdə imam Rzadan (ə) nəql edərək yazır: «Allah Novruzda günəşə işıq saçmaq, küləyə əsmək və buluda yağış yağdırmaq əmri verdi ki, gül-çiçəklər yer üzündə cücərsin «İmamın bu buyruğuna istinadən belə bir nəticəyə gəlmək olar ki, nəbatatın yaranışı Novruz günündə olmuşdur. Novruzda həm Həzrət İbrahim (ə) peyğəmbər bütləri sındırıb və həm də İslamın əziz Peyğəmbəri (s) imam Əlini (ə) çiyninə alaraq Qüreyş bütlərini sındırmışdır. Rəvayətə əsasən, həmçinin Həzrət Muhəmmədin (s) son Həcc səfərindən qayıtdığı vaxt, Həzrət Əlinin (ə) əlini qaldıraraq onu müsəlmanların imam və xəlifəsi elan etməsi də Novruzda baş vermişdir.
         Novruz yenilik, yeni il, yeniləşmək və təbiətə həyatın üfürülməsi bayramıdır. Novruz dünyada hər millətin öz mədəniyyət və məzhəbinə uyğun baharın gəlişi və təbiət bayramı kimi keçirtdiyi ən geniş yayılmış bayramlardan biridir. Bu gün dünyada bir çox millətlər və ölkələr bu ayini öz ölkələrində keçirirlər.
           Novruz Azərbaycanda
           Novruz bayramı Azərbaycan xalqının ən qədim milli bayramlarından biridir. İnsanlar bu bayramın ayinlərini Sovet hakimiyyətinin qanlı-qadalı illərində belə yerinə yetirərək bayram edirdilər. Müasir Azərbaycanda bu bayram xüsusi təmtəraqla keçirilir və dövlət səviyyəsində ən mühüm və önəmli bir bayram kimi qeyd olunur.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış olur. Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Cavanlar at çapıb, güləşir, qurşaq tuturlar. Novruz bayramında «haxışta», «bənövşə», «kos-kosa» oynayırlar. Azərbaycanlılar Novruz bayramı günündə təzə paltarlarını geyib bir-birinin evinə bayram təbrikinə gedər, hədiyyələr apararlar. Bayramlaşmağa gələnlər üçün süfrəyə Novruz münasibətilə bişirilmiş şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlar, çərəzlər düzülür. Novruz bayramında kin-küdurət unudulur.
          İranda Novruz
         İranda Novruz bayramı hər il Fərvərdin ayının birindən başlayaraq Fərvərdinin on üçünə qədər davam edir. Bu bayramda ali və orta təhsil mərkəzləri Fərvərdinin on üçünə qədər, dövlət və qeyri-dövlət idarələri isə Fərvərdinin ilk beş günü rəsmi tətil olur. İranda Novruz ayini Fərvərdinin on üçüncü təbiətin qoynuna getməklə sona çatır. Belə ki, İranda Fərvərdin ayının on üçüncü gününə «sizdəh bedər» deyilir və bu gün təbiət günü adlandırılmışdır. Bu gün Novruz şənliklərinin sonuncu günü sayılır və bütün İran xalqı öz ailələri ilə birlikdə təbiətin qoynuna, dağ ətəklərinə və çöllərə gedərək səhərdən gün batana qədər orada keçirirlər.
          İran xalqının Novruz adətlərindən ev-eşiyi təmizləməyi səməninin cücərdilməsini, təzə paltar geyinilməsini, bayram günündə «balıqlı səbzi plov» və «riştə plov» kimi yeməklərin bişirilməsini, Novruz bayramlaşmasını və «həftsin süfrəsi»nin tənzim edilməsini qeyd etmək olar.
         Həftsin süfrəsi
         Həftsin süfrəsini tənzim etmək qədim inanclardan biridir. Belə ki, il təhvil olan zaman bütün ailə üzvləri həftsin süfrəsi ətrafında toplaşırlar. Ağ həftsin süfrəsində sin hərfilə başlayan yeddi qida maddəsi olur ki, bitki və əkinçilik məhsullarının bolluğuna nişanədir. Alma, səməni, sincid, sumaq, sarımsaq, sirkə, səməni və həmçinin Qurani-Kərim, güzgü, şam, süd, narınc, boyanmış yumurta, qırmızı balıq, çörək, gülab, gül, sünbül və sikkə İran həftsin süfrəsini təşkil edən ünsürlərdir. Bu süfrələr bir çox ailələrdə fərvərdinin on üçünə qədər açıq olur. 
        Tacikistanda Novruz
        Novruz bayramı Tacik xalqının, xüsusilə də Tacikistanın Bədəxşan məntəqəsi əhalisinin keçmişlərin milli bayramı, təbiətin dirilməsi və dostluq rəmzi sayılır. O, «Xıdır əyyam», yəni böyük bayram adlanır. Tacik xalqı Novruz bayramı günlərində evləri və evdə olan bütün qabları yuyub təmizləyirlər ki, onda keçən ildən toz qalmasın. Bu keçmiş adətlə yanaşı Novruz bayramı başlamamış evin xanımı payızda dağdan yığılıb saxlanılmış iki qırmızı rəngli süpürgəni evin girəcəyində qoyur və bir qırmızı parça da evin giriş qapısından asır. Qırmızı rəng onlar üçün bərəkət, qələbə və yaxşılıq rəmzidir. Onlar qırmızı rəngin evə şadlıq və bərəkət gətirməsinə inanır.
          Bu yerlərdə müxtəlif yemək və şirniyyat bişirmək də onların adət ənənələrinə bağlıdır. Həmçinin yumurta, xoruz və keçi döyüşdürmək, güləş bu yerlərdə keçirilən müsabiqələrdəndir. Qoyun başı və buğda ilə bişirilən «Bac» bayram günlərinin məşhur yeməklərindən sayılır və bu günlərdə qonaq qarşısına qoyulur.
          Əfqanıstanda Novruz
          Novruz Əfqanıstanda, başqa sözlə desək Bəlx və onun mərkəzi Məzari Şərifdə hələ də keçmişdəki kimi əzəmətlə keçirilir. İlin ilk günlərində Bəlxin bütün çölləri qırmızı güllə dolu olur. Bu gül ancaq Bəlxdə bitdiyi və nadir güllərdən olduğu üçün bu məntəqədə Novruz və qırmızı gül bayramı hər ikisi bir mənada işlədilir. Novruz bayramının ilk günündə Əlinin (ə) bayrağı xüsusi mərasimdə sübh vaxtı əzəmətlə dalğalandırılır. Onun dalğalanması ilə Novruz bayramı da rəsmən başlayır və qırx gecə gündüz davam edir. Bu qırx gündə ehtiyaclılar və xəstələr şəfa üçün bu bayrağın yanında otururlar. Bu yerin camaatının əqidəsinə görə bayraq dalğalandırılan zaman aram və sakit olarsa, qarşıdakı il də yaxşı olar. Bəlxin Novruz adətlərindən biri də Novruz gəlməmişdən xalçaları yumaq və evin tozunu almaqdır. Novruzda bu məntəqədə keçirilən keçi, dəvə və qoç döyüşdürülməsi və güləş müsabiqələrinə işarə etmək olar.
Türkiyə və İraqın kürdlər yaşayan məntəqələrində Novruz
Osmanlı və ya müasir Türkiyə Novruzu mühüm bir bayram kimi qeyd edir. Bu gündə Həkimbaşı padşahlar və saray əhli üçün xüsusi (Novruziyyə) adlanan məcun hazırlayardı. Deyilir ki, bu məcun qırx növ maddədən hazırlanırmış. O, bir çox dərdlərin dərmanı sayılaraq bədənin gücünün artmasına səbəb olurmuş. Bu torpağın əhalisi Novruzu baharın və təbiətin başlanğıcı və dünyada həyatın yenilənməsi və təravəti hesab edirlər. Bəziləri Novruzu qədr gecəsi və bəraət gecəsi kimi müqəddəs, bəziləri isə onu ittihad və birlik amili kimi qəbul edirlər. Bu camaatın bəzilərinin nəzərinə görə İmam Əlinin (ə) təvəllüdü, xilafətə təyin olunması və Fatimə (s) ilə evlənməsi bu gündə olmuşdur.
          Novruz Türkiyə Respublikasının ilk illərinə qədər Türkiyə türklərinin arasında qeyd olunurdu. Lakin zaman keçdikcə öz əvvəlki əhəmiyyətini itirib təkcə kürdlər yaşayan ərazi və bəzi şimal əyalətlərində öz mövcudluğunu qoruyub saxlaya bilmişdir.
          Türkiyədə yaşayan kürdlər illərlə Novruzun rəsmi bayram kimi qeyd olunması üçün çalışmışlar. Hal hazırda Türkiyədə Novruz bayramı rəsmi şəkildə qeyd olunur, lakin burada keçmiş ayinlərdən və təmtəraqdan heç bir şey qalmayıb.
         Qazaxıstanda Novruz
         Qazaxıstan xalqı Novruzu gecə-gündüzün bərabərləşməsi sayır və inanır ki, bu gündə göydə olan ulduzlar ibtidai nöqtəyə çatırlar hər yer təzələnir və yer üzündə şadlıq bərqərar olur. Həmçinin qazaxlar Novruzun ilin başlanğıcı olmasına inanırlar və onların arasında Novruz haqqında yaxşı bir söz vardır: Novruz elə bir gündür ki, onu bir il gözləyirlər, Novruz elə bir gündür ki, o gün yer üzünə xeyir gəlir, nəhayət Novruz elə bir gündür ki, Səmərqəndin rəngli daşı suya dönür.
Qazaxlar il təhvil olan gecə evin üstündə iki şam yandırırlar və evi təmizləyirlər. Qazax xalqının inamına əsasən il başlayanda evin təmiz olması onların həmin ildə xəstəlik və bədbəxtliyə düçar olmamaqlarının səbəbidir və hər il bu məsələyə riayət olunması lazımdır.
Qazax cavanları Novruzda dəlisov bir atı yəhərləyib özlərinin zənglərlə bəzətdikləri oyuncağı onun üstünə oturdurlar və gecə saat üç tamamda camaatı oyatmaq üçün buraxırlar. Oyuncaq həqiqətdə yeni ilin simvoludur və özünün at üstündə gəlməsi ilə hamıya bunu elan edir.
Novruz qazaxlar üçün çox müqəddəsdir. Əgər bu gündə qar və ya yağış yağarsa bunu yaxşılığa qəbul edirlər və inanırlar ki, irəlidə yaxşı illəri olacaq. Novruz günü bu yerin camaatı şadlıq rəmzi olan təzə və ağ paltar geyinirlər. Bu günlərdə qohumların görüşünə getmək və çiyin-çiyinə vurmaq qazax xalqının adətlərindəndir. Novruzda qışla xudahafizləşmək üçün «Guje» (kuje = aş) adlı qış yeməyi yemək bişirməkdə bu yerlərin adətlərindəndir. Bu yemək yeddi növ maddədən hazırlanır. Novruzda əsr vaxtı Aytış adlı şer və şairlik yarışı başlayır.
         Türkmənistanda Novruz
        Novruz bayramı türkmən xalqının qədim bayramlarından biridir. Bu bayram adət və ənənələrin dirçəlməsi bayramıdır. Türkmənistan xalqı bu günlərdə Novruzun məşhur yeməkləri olan Novruz kəcə, Novruz bame, səməni (səmənu) bişirir və türkmən cavanlarının icra etdikləri müxtəlif oyunlar bu bayrama başqa bir abı-hava verir. Novruzda bir birinin evinə getmək türkmənlər arasında xüsusi əhəmiyyətə malikdir.
              Qırğızıstanda Novruz
             Qırğızıstanda Novruz tək bir gün Fərvərdinin birinci ya ikinci günündə qeyd olunur ki, bu da İsfənd ayını iyirmi doqquz ya otuz gün olması ilə əlaqədardır. Sovet hakimiyyəti illərində bu bayram başqa Respublikalarda olduğu kimi Qırğızıstanda da unudulmuşdu, lakin sovetlərin hakimiyyəti dağılandan sonra daha da əzəmətlə keçirilməyə başlandı.
             Bayram tədbirləri müxtəlif yerlərdə dövlət tərəfindən tədarük görülür, kəndlərdə isə bayramı ağsaqqallar idarə edir. Qırğızıstanda bu gündə məşhur qırğız yeməkləri olan beş barmaq, mante, bersək və katma bişirmək adətdir. Bu yeməklər bayram şənliklərində paylanılır. Qırğızıstanda bu gündə bayram şənliklərindən əlavə at sürmək kimi müsabiqələr keçirilir.
             Pakistanda Novruz
            Pakistanda Novruza «aləm əfruz», yəni yeni gəlmiş gün deyirlər. Belə ki, Novruz öz gəlişi ilə dünyanı parlaq və işıqlı edir. Bu əhali arasında Novruz təqvimindən istifadə xüsusi əhəmiyyətə malikdir. Belə ki, müxtəlif dini və ictimai dəstələr öz təqvimlərinin başlanğıcında Novruzu təfsir edərək, onun qədir-qiymətindən və əhəmiyyətindən danışırlar.
Pakistan xalqının Novruz adətlərindən ev-eşiyi təmizləməyi, yeni paltar geyinməyi, gülab camen, rəs molayi, keyk, bərfi, şəkərparə, kermrul, suhan halva kimi müxtəlif şirniyyat və müxtəlif bayram yeməkləri bişirməyi, bayramlıq alıb-verməyi, qohumların evinə getməyi qeyd etmək olar.
           Pakistan xalqı Novruz günlərində xoşagəlməz sözlərdən çəkinərək bir-birilərini nəvaziş və ehtiramla səsləyirlər. Bu yerlərin adətlərindən biri də ordu, fars və ərəb dillərində qəsidə və qəzəl formasında olan Novruz şerlərinin yayılmasıdır. Pakistanlılar Novruzun məqsədinin sülh, ümid, əmniyyət və İslam dünyasında və dünyada barış olduğuna inanırlar. Azadlıq, azad yaşayış, xoşbəxtlik, kama çatmaq, məhəbbət, dostluq, bərabərlik və qardaşlıq baharın xoş ətirli gülləri kimi camaatın qəlbində və ürəyində olduqca bu bayram da olacaqdır.

       Tanzaniyada Novruz
       Novruz bayramı Afrika qitəsinə qədər gedib çıxmışdır. Tanzaniyada, məxsusən Zəngibar şəhərində bu mərasim hər il Novruz ərəfəsində xüsusi təmtəraqla keçirilir. Qədim zamanlardan Şiraz şəhərindən böyük bir qrup Afrikanın şərq sahillərində olan Zəngibar şəhərinə köçərək orada məskən salmışlar. Bu qrup iranlılar özlərinin adət-ənənələrini, o cümlədən Novruz bayramının ayinlərini qoruyub saxlaya bilmişlər. Bu gün Zəngibar şəhərində təqribən İran adətinə əsasən bütün bayramlar keçirilir. Novruz bayramı Zəngibarda «Novruzi» adlanır.

            Misirdə Novruz
           Misir qibtiləri hər il «neyruz» adlanan bayram keçirirlər ki, ona ərəbcə «əlneyruz» deyirlər. Bu bayram hər il payızın əvvəllərində keçirilir. Bu gün qibti tarixi ilə yeni ilin başlanmasıdır. Bu bayramın tarixi haqqında bəzi tarixçilər onun Həxamənişilərin Misiri tutduqları zamandan qalmasını iddia edirlər.
 
Daha etrafli gelen sayimizda...

Məcid Kamrani
Category: Diger me'lumatlar | Baxış: 2149 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 3
0  
3 el-kafirel_kufri   (2010-03-13 11:28 AM) [Daxil et]
va aleykum salam. Bu haqda daha etrafli mutleq yazilacaq.
Sabir Allah sizden razi olsun

0  
2 Sabir   (2010-03-13 11:02 AM) [Daxil et]
Aleykum salam. Kim deyir ki, novruz dini bayramdir, sadece adet-eneneye gore bayramlarimizi kecirmeye haqqimiz var.

Sual: 375: Novruz bayramı ilə əlaqədar nəzəriniz nədir? O, müsəlmanların ciddi şəkildə yerinə yetirdiyi Fitr və Qurban bayramları kimi şər’i cəhətdən sübuta yetmişdirmi, yoxsa cümə günü və sair münasibətlər kimi yalnız mübarək bir gün hesab olunur?

Cavab: Novruz bayramının dini bayramlardan, yaxud şər’i cəhətdən mübarək olan günlərdən olmasına dair mö’təbər bir rəvayətin olmamasına baxmayaraq o günü bayram keçirməyin, qohum-əqrəbanın görüşünə getməyin eybi yoxdur, hətta sileyi-rəhm hesabından bəyənilən bir işdir.

Sual: 376: Novruz bayramı və onun əməllərinin fəziləti barəsində nəql olunan sözlər düzgündürmü? Bu əməllərin (namaz, dua və s.) rəvayətlərdə gəlməsi qəsdi ilə yerinə yetirilməsi caizdirmi?

Cavab: Bu əməlləri rəvayətlərdə gəlməsi qəsdi ilə yerinə yetirmək məhəlli-işkaldır, amma onları rəca və bəyənilən iş olması ümidilə yerinə yetirməyin işkalı yoxdur.

Ayatullahul Al-Uzma Seyyid Əli Xamenei - "Əcbivətul-istiftaat", c.2, seh. 91-92


0  
1 muselmananar   (2010-03-13 9:26 AM) [Daxil et]
salam Aleykum. mence bunun Islama hec bir aidiyyati yoxdu . Xomeyni aga da risalesinde bu barede tutarli subut olmadigini deyir

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]