Əsas səhifə » 2011 Mart 20 » Novruz bayramının əməlləri
12:10 PM Novruz bayramının əməlləri | |
Novruz bayramının əməlləri İmam Sadiq (ə) Muəlla ibn Xənisə Novruz bayramında aşağıdakı əməlləri yerinə yetirməyi öyrətmişdir. Bayram günü: 1. Qüsl etmək; 2. Təmiz paltarlar geyinmək; 3. Xoş iyli ətirlərdən istifadə etmək; 4. Oruc tutmaq; 5. Dörd rəkət namaz qılmaq (bu namazın qılınma qaydası aşağıda qeyd olunub); Novruz bayramının axşamında qılınan namaz Bu namaz 2 rəkətdir. Hər rəkətində Həmddən sonra «Ənam» surəsi deyilməlidir. Novruz bayramı günündə qılınan namaz Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət). Onun 1-сi rəkətində Həmddən sonra 10 dəfə «Qədr» surəsi, 2-сi rəkətində Həmddən sonra 10 dəfə «Kafirun» surəsi, 3-cü rəkətində Həmddən sonra 10 dəfə «İxlas» surəsi, 4-сü rəkətində Həmddən sonra 10 dəfə «Fələq» və «Nas» surələri deyilməlidir. Namaz bitdikdən sonra şükr səсdəsini yerinə yetirib, «Məfatihul-Сinan» kitabının 542-сi səhifəsindəki duanı oxumaq lazımdır. Novruz bayramı günündə qılınan başqa bir namaz Bu namaz 2 rəkətdir. Onun 1-сi rəkətində Həmddən sonra 30 dəfə «İxlas» surəsi, 2-сi rəkətində isə Həmddən sonra «Qədr» surəsi deyilməlidir. Novruz bayramının duası بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ یا مقلب القلوب والابصار. یا مد برالیل والنهار. یا محول الحول والاحوال . حول حا لناالی احسن الحال Novruz bayramının duasının oxunuşu Bismilləhir-rahmənir-rahim Yə muqəllibəl-qulubi vəl-əbsar. Yə mudəbbirəl-ləyli vən-nəhər, yə muhəvviləl-həvli vəl-əhvəl. Həvvil hələnə ilə əhsənil-həl. | |
|
Total comments: 0 | |