Bazar günü, 2024-12-22, 10:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 21 » NOVRUZ BAYRAMININ DİNİ KÖKLƏRİ VARDIRMI?
5:11 AM
NOVRUZ BAYRAMININ DİNİ KÖKLƏRİ VARDIRMI?

NOVRUZ BAYRAMININ DİNİ KÖKLƏRİ VARDIRMI?

 

(Dəyərli alim Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən) 

Bəzi hədislərdə Məsum İmamlar (ə) Növruz bayramını yada salaraq, onun haqda xoş sözlər deyərdilər. Məsələn, İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: "Növruz o gündür ki, Allah Öz bəndələri ilə peyman bağlamışdır ki, Ona ibadət etsinlər, Ona şərik qoşmasınlar və Rəsullarına və İmamlarına (ə) iman gətirsinlər. Novruz o gündür ki, günəş o günü doğur və elə bir Novruz yoxdur ki, həmin günü çətinliklərimizin aradan getməsinin intizarında olmayaq. Ona görə də Novruz - bizim və biz Əhli-Beyt (ə) davamçılarının günlərindəndir”.

Başqa bir hədisdə isə gəlir: "Novruz gələndə qüsl alın, gözəl paltar geyinin, özünüzə ətr vurun, həmin günü oruc tutun”.

Başqa bir hədis İmam Musa ibni Cəfər (ə) haqda gələn hədisdir. Bu Həzrət, Mənsur Abbasinin Novruz günündə insanları təbrik etmək xahişinə cavab olaraq, buyurmuşdur:"Cəddim Peyğəmbərdən (s) gələn xəbərlərdə bu gün haqda məlumat tapmamışam”.Mərhum Məclisi bu hədisi nəql etdikdən sonra deyir: "Mümkündür ki, bu cavab dini əqidəsini gizlətmək üçün olmuşdur”.

Əlbəttə, həmin günü qohumları sileyi-rəhm etmək, xəstələri, qəbirləri ziyarət etmək, yoxsullara əl tutmaq və başqa bəyənilmiş əməlləri həyata keçirə bilərik. Həmin günü bizim əməllərimiz İslam dininin təşviq edilməsi olmalıdır və bizim üçün bayram ola bilər. Başqa bir tərəfdən də Həzrəti Əlinin (ə) göstərişinə görə: "O, gün ki, Allahın əmrindən boyun qaçırdılmazsa, həmin gün bayramdır”. Belə ki, Novruz günü günahdan və onun kimi işlərdən uzaq olarıqsa, bizi Allaha yaxınlaşdıran işlərlə məşğul olarıqsa, bizim üçün həqiqi bayram olar.

Allaha ibadət etmək, Quran oxumaq, evin təmizliyi, yeni paltar geyinmək, oruc tutmaq, dostları və qohumları görməyə getmək çox bəyənilmiş və dəyərli bir əməllərdir. Ancaq 21 mart gününə, yeddi "s” hərfi ilə başlayan qidaların olmasına, çərşənbə axşamı mərasiminə inam - şəri və dini əsası olmadığından tərk edilməlidir. 

Hazırladı: Məşhədi Xanım,
"Dəyərlər”

Category: Diger me'lumatlar | Baxış: 898 | Added by: Ənfal | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]