Bazar günü, 2024-12-22, 12:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 10 » Nostradamus kimdir?
9:54 PM
Nostradamus kimdir?
 Nostradamus kimdir?
 
Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqnozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir? Nostradamus 16-cı əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır... Mudafiəçilərindən biri olan Çarles Vardın sözlərilə "gələcəkdə baş verəcək anormal hadisələrdən” xəbər verən bir insan... Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qurupa ayırmaq olar. Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir şəkildə gələcək haqqında xəbərləri bildirib. Kahinlər isə bunu özlərinə bir məslək, sənət olaraq seçiblər. Vəhyə əsaslanmayan insanların gələcəklə bağlı xəbərləri bilmələri qeyri-mümkündür. Bu, açıq bir həqiqət olduğu halda, bəziləri insanların zəif cəhətlərindən faydalanıb, şöhrətə yiyələnib və maddi mənfəətlər əldə edi(r)blər. Kahinlikdən bu cür qazanc məqsədilə istifadə edilib. Belələrinin sözünə nə dərəcədə inanmaq olar? Əsrimizin insanı maddəçiliyin boğucu qaranlığından xilas olmağın yollarını axtarır, buna görə də bəzi fırıldaqçılar tərəfindən aldadılır. İnsanın astrologiyaya olan marağını da bu səbəbdə axtarmaq lazımdır. Amerikada hər dörd insandan birinin astrologiya ilə maraqlanması da bu həqiqətin göstəricisidir. Nostradamus kimilərin hələ də aktual olmalarının səbəbi budur. Bu mövzuda ciddi tədqiqatları ilə tanınan Erik Russel bir kahinlikdən (gələcək haqqında xəbərvermə) bəhs edir: "Avropalı astroloqlar gələcəkdə baş verəcək bir daşqından xəbər verərək: "Planetlər balıq bürcündə bir yerə gəldikləri zaman bütün dünya su altında qalacaq”, - deyirlər. hər kəs bundan qorxmağa başlayır. Bəzi insanlar guya bu daşqından qorunmaq üçün qayıq belə alırlar. Onların dedikləri zaman gəlib çıxır, lakin heç bir daşqın olmur.
 
 
 Lakin zamanın axarı bu açıq yalanı da silir və untdurur. Bundan sonra astronomiya alimləri yenidən bu mövzuya qayıdır, onu tədqiq etməyə başlayır və "Planetlərin balıq bürcündə bir yerə gələcəyi” sözünün heç bir elmi əsası olmadığı qənaətinə gəlirlər.” Nostradamus kimi insanların ən yaxşı dostu yalanları unutduran zamandır. Məsələn onlar, "filan tarixdə filan insan öldürüləcək”, - deyirlər. Əgər həmin insan həqiqətən də öldürülsə, bu müsbət bir göstərici olur və uzun müddət unudulmur. hadisə baş vermədiyi zaman isə bu yalan qısa bir müddətdə unudulub gedir. Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70- i müəyyən mənada doğru çıxıb. Onun doğru söyləmək nisbəti yeddi faizdir. Bunların da əksəriyyəti demək olar ki, hər bir insanda ola biləcək normal hadisələrdir. Nostradamus özünün gələcəklə bağlı xəbərlərində "müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini” etiraf edir. Onun gələcəklə bağlı müxtəlif işarələrini, öz ağlına görə izah etmək tam Nostradamusa uyğun olan bir saxtakarlıqdır. Çarles Vard onun haqqında belə deyir: "Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verdiyi Rouzin şəhərini də o özü yandırıb!” Nostaradamus qeyri-müəyyən, ikimənalı, hər bir şərhə açıq sözlər deməkdə usta idi. Bernard Cap isə onun haqqında: "O öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində oldu” ifadəsini işlədib. Məşhur tədqiqatçılardan Cames Laverin ifadələri isə daha maraqlıdır: "Onun yazıları şer və ədəbiyyat qaydalarına uyğun gəlməz; nizamsız, uydurmalarla dolu olan mənasız sözlər yığnağıdır. Şerlərindən doğru məna çıxarmaq mümkün deyil. Dediklərinin əksəriyyəti mənasız sözlərdən ibarətdir”. Qısası, Nostradamus bəzi mənfi niyyətli insanlar tərəfindən şişirdilmiş fırıldaqçıdır. Lakin məsələnin çətin tərəfi odur ki, Allah, axirət və alın yazısı kimi açıq həqiqətlərə inanmaqda çətinlik çəkənlər belə fırıldaqçıların boş sözlərinə aldanır, hətta bəziləri buna inanırlar. Mövzunu həzrət peyğəmbərin (s) bir hədisi ilə bitirək: "Bütün münəccimlər yalançıdır”


Category: Diger me'lumatlar | Baxış: 943 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 1
0  
1 anta   (2009-09-11 1:55 PM) [Daxil et]
duzdur.gelecek haqqinda hec kez deye bimez.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]