Bazar günü, 2024-12-22, 1:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 28 » Nostradamus: Həkim, astroloq, sufi, yaxud peyğəmbər?
2:09 PM
Nostradamus: Həkim, astroloq, sufi, yaxud peyğəmbər?
Nostradamus: Həkim, astroloq, sufi, yaxud peyğəmbər?
 
Dünya tarixini maraqlandıran şəxsiyyətlərdən biri də daha çox Nastradamus adı ilə tanınan Mişel de Notrdamdır. Əslində o, kim idi? Əfsanəvi həkim, yoxsa məşhur astroloq? Bəlkə ən gözlənilməz şərhlər üçün geniş imkan yaradan peyğəmbər idi? Və ən nəhayət, dahi sufi, yoxsa sehrli kələkbaz? 500 il keçməsinə baxmayaraq, bu suallar hələ də bu gün insanları maraqlandırır. Tarixdə elə astroloq yoxdu ki, bu şəxsiyyətə pərəstiş etməsin.
Milliyyətcə yəhudi olan Mişel de Notrdam 14 dekabr 1503-cü ildə Sen Remidə (Provans, Fransa) dünyaya gəlib. Ailə kasıb olduğundan ilk təhsilini elə evdə alıb. İbtidai təhsili klassik ədəbiyyatı, tarixi, astrologiyanı və xalq təbabətini əhatə edirdi. Daha sonra o, təhsilini davam etdirmək üçün Avinyon universitetinə daxil olur. Burda filosofiya, qrammatika və bəlağət elminə yiyələnir.
Dəhşətli taun ailəsini məhv edir
X1 əsrdə bütün Avropanı bürüyən dəhşət - bir çox insanın həyatına son qoyan «qara ölüm» kimi tanınan taun xəstəliyi Nostradamusun da ailəsindən yan keçmədi. Xəstəliyin dərmanını tapmaq çox çətin idi. Sanki Allah insanları cəzalandırmışdı. İlk dəfə olaraq bu xəstəliyin dərmanını Nostradamus kəşf edir. Bu dərman saf sudan, təmiz havadan və C vitaminindən ibarət idi. Dərman onlarla insanın həyatını xilas etsə də, təəssüflər olsun ki, onun həyat yoldaşını və uşaqlarını ölümün caynağından ala bilmir. Ailəsini itirəndən sonra şəhərdə qalmaq artıq mənasız idi. Çox fikirləşdikdən sonra qərara gəlir ki, uzun səyahətə çıxsın.1537-ci ildə əvvəllər yaşadığı Axeni tərk edir. 6 il sürən səyahətdən sonra nəhayət, 1547 - ci ildə Salon şəhərinə köçür. Salonda 2-ci dəfə ailə həyatı qurur. Bu evlilikdən 6 övladı olur: 3 qız, 3 oğlan.
Şəhərdə 2 mərtəbəli evi var idi. Evin 2-ci mərtəbəsində laboratoriya yaratmışdı. Laboratoriyada sehrli güzgülər, üstürlab (bucaq ölçən), manqal yerləşirdi. Bundan başqa, laboratoriya üçün Delfaxin Apollon xramındakı müqəddəs sacayağın bənzərini də düzəltdirmişdi.
1550-ci ildə çox fikirləşdikdən sonra müxtəlif yazıçıların əsərlərindən ibarət məcmuə nəşr etdirir. 24 rübaidən təşkil olunan məcmuənin məşhurluğu müəllifin gözlədiyindən də artıq olur. Məhz xalqın tələbi ilə ömrünün sonuna kimi hər il məcmuə çıxarmaq məcburiyyətində qalır.
1554-cü ildən «Senturiya»ya qoşulan Nostradamus 1 ildən sonra kitabın 4 hissəsini dərc etdirir. Bu hissələrin hər biri 100 rübaidən ibarət idi. 10-cu «Senturiya» 1558-ci ildə işıq üzü görür.
Nostradamus öz ölümü haqda qabaqcadan yazıb
Sonuncu olan bu hissə daha çox diqqəti cəlb edir. Çünki belə hesab edilir ki, bu hissənin rübailərinin birində o, öz ölümü haqqında qabaqcadan yazıb. Belə bir rəvayət də gəzir ki, 1566-ci il iyulun 1-də Nostradamus öz köməkçisi ilə gecə sağollaşanda ona deyib: «Mən sabah artıq həyatda olmayacam». Səhərisi gün onu öz kabinetində yerdə ölü vəziyyətdə tapıblar.Vəsiyyətinə görə onu fransız monastrında torpağa tapşırıblar.Qəbrinin üstündə yazılıb: «Burda Mişel de Notrdam uyuyur. Dünyasını dəyişən yeganə insandır ki, bir neçə əsr sonra baş verəcək hadisələri göylərin xeyirxah hökmü və öz ilahi qələmi ilə yazıya alıb».
«Nostradamus şifrəsi»ni açmaq onun yaradıcılığına bir çox intellektualları cəlb edib. Onlar bir neçə qrupa ayrılırlar. Bir neçəsi astroloji metodları aşkarlamağa, digərləri «ilk mənbələrə əsaslanan» saxtalaşmalara can atırdılar. 3-cü qrupa daxil olanlar isə bu şifrələrdən istifadə edərək bəşəriyyətin gələcəyi haqqında uydurmalar yayırdılar.
Əlbəttə, şifrələri açmaq olar. Amma onları ciddi tədqiqatçıların apardıqları kimi ehtiyatlı və düşünülmüş şəkildə tədqiq etmək lazımdı.
Məşhur astroloq özü haqqında yazırdı ki, bu şifrələrin yazılmasında o, insanların üzərində nüfuzu olan qanunlardan başqa öz intuisiyasından da istifadə edib. Nostradamus verdiyi məlumatların taleyini əvvəlcədən bilirdi. Bu məlumatlar elə məharətlə və ustalıqla şifrələnib ki, heç kim ondan öz maraqları üçün saxtalaşdıra bilməz: «Mən baş verəcək hadisələrin qarşısını almaq üçün gələcək nəsilə yazıb çatdırmıram.Əsas səbəb insanlara astrologiyanın baş verəcək hadisələr haqqında real məlumat vermək potensialının olduğunu sübut etməkdir. Bu elmi rədd etmək ağılsızlıqdır».


Category: Diger me'lumatlar | Baxış: 1294 | Added by: es-selat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]