Bazar günü, 2024-12-22, 10:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 25 » Niyyət
8:21 PM
Niyyət
Niyyət
Allah-Taala niyyət barəsində buyurur: «De ki, Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!»(Ənam, 162)
     Niyyət qəsd mənasındadır və qəsd elm və əməl arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu bilməsə, həmin işi görməyə qəsd etmir və nə qədər ki, qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun başlanğıcı qəsddir. Bunun üçün də salik müəyyən məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur.
     Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz əməldən daha yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: «Mömin insanın niyyəti əməlindən daha yaxşıdır». («Üsuli-kafi», c. 2, səh. 84 (Beyrut çapı) və həmçinin «Bihar», c. 70, səh. 201, bab 53, rəvayət 32.)
     Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə də Həzrət buyurur: «Əməllər niyyətdən asılıdır («Sünən», İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və həmçinin «Bihar», c. 67, səh. 111, bab 30, rəvayət 21.), yəni bədənin həyatı ruhdan asılıdır.
     Və yenə də buyurubdur: «Hər kim, hər işdə hansı niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır». 
     Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş hər zaman kamalın əldə edilməsini tələb edər. Necə ki, Allah-Taala buyurur: «Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) böyük mükafat verəcəyik!» («Nisa», 114)
     
XACƏ NƏSİRƏDDİN TUSİ
Category: Exlaq | Baxış: 924 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]