Bazar günü, 2024-12-22, 8:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 26 » "Nisa" surəsi
1:46 PM
"Nisa" surəsi
Mədinədə nazil olan "Nisa" surəsi Quranın 4-cü böyük surəsidir. Xitabla başlanan on bir surənin birincisidir. Belə ki, surə "ya əyyuhənnas" (ey insanlar) xitabı ilə başlanır.

Surənin həcmi

"Nisa" surəsi Mədinədə nazil olub. 176 ayədən, 3764 kəlmədən və 16328 hərfdən ibarətdir. Hazırkı ardıcıllıq baxımından Quranın 4-cü, nazil olmaq baxımından isə 92-ci surəsidir.

Səb-ə tival
"Bəqərə" dən sonra Quranın ən böyük surəsidir. Bunun üçün də "Səb-ə tival" (yeddi böyük) surələrdən birini təşkil edir. "Nisa" surəsi Quranın 1/5 cüzünü təşkil edir. "Nisa" surəsi Mədinədə nazil olan 6-cı surədir.

Qadınlar
- Nisa (qadınlar) kəlməsindən bu surədə 20 dəfə istifadə olunub. Qadınlarla əlaqəli şərait hökümlərinin bir çoxu məhz bu surədə verilib. Surənin başqa bir adı "Nisaul-kubra" dır (qadınların böyük surəsi). Belə ki, Quranın 20-ci, "Talaq" surəsinə "Nisaus-suğra" və ya "Nisaul-qusra" (qadınların kiçik surəsi) adı verilib.

Mövzular
Surəsin əhatə etdiyi mövzular bunlardır: ailənin qurulması, qohumlara, valideynlərə, yoxsullara yaxşı münasibət, kafirlərə qarşı cihad, münafiqlər barədə olunan xəbərdarlıq, qadınların, yetim uşaqların hüquqlarının qorunması, vərəsəlik, İslam dövlətlərində rəhbərliyin əhəmiyyəti, ictimai ədalətin bərqərar olunması, dini ayinlərin qorunması və icra edilməsi üçün fəsadla dolu olan cəmiyyətdən sağlam cəmiyyətə müraciət.

Category: Diger me'lumatlar | Baxış: 922 | Added by: Ənfal | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]