Bazar günü, 2024-12-22, 1:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 3 » Özündən utandığın olub?
12:10 PM
Özündən utandığın olub?


Mövzunu sadə dillə araşdıraq. Cəmiyyətdə həyalı insan dedikdə günahdan, özününümayişdən, əcayib geyimlərdən, insanların xoşlamadığı işlərdən, haqqı olmayanı istəməkdən utanan, xəcalət çəkən insan başa düşülür. Bir qadın və ya kişi cəmiyyətə yarıçılpaq vəziyyətdə çıxırsa çoxları onu həyasız adlandırır.
Dində həya insanın məsumluğunu, günahsızlığını göstərən bir sifətdir. Hicab zahiri, həya batini məsumluq göstəricidir. Həya insanı hicaba, hicab isə öz növbəsində həyaya sövq edir. Əllamə Məclisi (r) buyurur: "Həya insanı pis işlərdən çəkindirən xasiyyət, səciyyədir.” Həzrət Əli (ə) buyurur: "Həyanın zirvəsi budur ki, insan özündən həya edir, utanır.” Məsələn, tək olduğu vaxt da günaha yol vermir, hətta özünə çılpaq vəziyyətdə baxmaqdan həya edir. 
Ayətullah Müctəba Tehrani buyurur:
Həya və din arasındakı rabitə əhatəli bir mövzudur. Mən yalnız dini hökmlərlə həya arasındakı rabitəyə işarə edirəm. Həya ilə din arasındakı rabitə olduqca dəqiq və möhkəm rabitədir. Bu mövzu mərifətlə bağlı mövzudur. Həyanın əql, qəlb, nəfs və cisimlə - bədən üzvləri ilə rabitəsi hər biri ayrıca mövzudur. İmam Sadiq (ə) buyuyrur: Həyası olmayanın imanı yoxdur.” İmam Baqir (ə) buyurur: "Həya və iman iki yoldaşdır – biri hərəkət etsə, o biri ardınca gedər.” İman və həya bir sapa düzülmüş təsbeh dənələri kimidir. Sap qırılmalıdır ki, onlar ayrılsın. Peyğəmbər isə bu mövzunun əhəmiyyətini ən bariz şəkildə ifadə edir: "Həya bütünlüklə dindir!”
Həya ilə bağlı maraqlı rəvayətlər çoxdur. Bu rəvayətlər məsələnin ciddiliyini göstərir. Həya şərti gözlənilmədikdə başqa günahlara yol açılır. Peyğəmbər buyurur: " İki bacı on yaşa çatdıqda onların yatağını ayırın!” Bəli, söhbət bacı-qardaş yox, iki bacıdan gedir…

HaqqYolu
Elm və Mədəniyət bölməsi

 

Category: Diger me'lumatlar | Baxış: 696 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]