Bazar günü, 2024-12-22, 2:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 23 » Nazil olan səmavi səhifələr
2:45 PM
Nazil olan səmavi səhifələr
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ

صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ

Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur - İbrahimin və Musanın səhifələrində. ("Əla" 18-19)

İbrahimin səhifələri - 

   İbrahim (ə) peyğəmbərə nazil olan vəhylərin yazılı lövhələri. Əbuzərdən nəql olunan rəvayətdə deyilir: "Allah peyğəmbərindən (s) bu vaxta qədər neçə səmavi kitabın nazil olunduğunu soruşdum. Buyurdu: Şüeyb peyğəmbərə 104 kitab, Şeys (ə) peyğəmbərə 50 səhifə, İrdis (ə) peyğəmbərə 30 səhifə, İbrahim (ə) peyğəmbərə 10 səhifə, Musa (ə) peyğəmbərə Zəbur, mənə də Quran nazil olub" .  Göstərilən səhifələrdən heç biri bu günümüzə gəlib çatmamışdır. Həmin mənbələrdə yazılanların məzmunu da heç kimə məlum deyil.
   Səmavi kitablardan isə təhrif olunmadan öz orijinallığını qoruyub saxlayan tək Qurani-Kərimdir. Qurani-Kərimdə İbrahim (ə) və Musa (ə) peyğəmbərlərə nazil olan səhifələrdən iki yerdə söz açılır. Və hər iki yerdə Musa (ə) peyğəmbərin səhifələrindən dərhal sonra İbrahim (ə) peyğəmbərin səhifələrinə işarə olunur. "Yoxsa ona Musanın səhifələrində olanlar xəbər verilmədi? Və (əhdə) çox vəfalı olan İbrahim (sühüfündəkilər bildirilmədi?)" Nəcm", 36-37.
   Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur - İbrahimin və Musanın səhifələrində. ("Əla" 18-19)
   Bəzi alimlər surənin bütün ayələrini, bəzi təfsirçilər isə yalnız son ayələrini Musa (ə) və İbrahim (ə) peyğəmbərin səhifələrində əksini tapdığını qeyd etmişlər.
   Əbuzərdən nəql olunan başqa bir rəvayətdə deyilir:" Peyğəmbərdən (s.ə.s) soruşdum: "Ya Rəsulullah! Musa (ə) və İbrahim (ə) peyğəmbərlərə olunanlardan sənə də bir şey nazil olmuşdur? Buyurdu;" Bəli, ey Əbuzər". Bundan sonra "Əla" surəsinin son altı ayəsini tilavət etdi".

قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.

وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ

O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا

Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!

وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ

Halbuki axirət daha xeyirli və daha baqidir.

إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ

Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur -

صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ

İbrahimin və Musanın kitablarında!




Category: Diger me'lumatlar | Baxış: 834 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]