Bazar günü, 2024-12-22, 10:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 30 » Namazı məsxərə edənlər
10:13 PM
Namazı məsxərə edənlər

Namazı məsxərə edənlər nadanlardır



Bəzi maddi mənafeyə aldanmış şəxslər özlərini müasir dünyanın insanları hesab edərək dinə və xüsusi ilə dinin sütunu hesab edilən namaza tənə vurur və namaz qılan şəxsləri məsxərə edirlər. Allah-taala belə şəxslərin avam, cahil, ağılsız olduqlarını bəyan edir.


وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلوةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْقِلُونَ


"Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır”[Maide 58]. 

     Belə şəxslər haqq yolundan azmışlar, heç bir sağlam əqidəyə malik olmayan fasiq insanlardır. Məlum ayənin davamında onlar haqqında oxuyuruq:


قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
"(Ya Rəsulum!) De: "Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyi yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!”[Maide 59]

     Günümüzdə də bir dəstə aldanmış şəxslər özlərini "postmodernist” adlandıraraq İslam düşmənlərinin sözçülərinə çevrilmiş, heç bir dini dəyəri tədqiq və tətbiq etmədən heç bir məntiqə sığmayan fikirlər irəli sürürlər. Təbii ki, onların cavabları savadlı dindarlar tərəfindən verilir. Lakin, bu aldanmış şəxslər himayədarlarından aldıqları pul hesabına və qəlblərində olan qərəz üzündən sözlərinə ara vermirlər.

Niyam Aqil 


Category: Diger me'lumatlar | Baxış: 861 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]