Bazar günü, 2024-12-08, 7:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 22 » NAMƏHRƏM QADINLARA BAXMAQ HARAMDIR
7:27 PM
NAMƏHRƏM QADINLARA BAXMAQ HARAMDIR
NAMƏHRƏM QADINLARA BAXMAQ HARAMDIR
Qurani-kərim buyurur: «Mömin kişilərə de ki: Gözlərini haram edilmiş şeylərdən çevirsinlər, [naməhrəmə baxmasınlar]. Ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.»
«Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, [naməhrəmlərə baxmasınlar]. Ayıb yerlərini qorusunlar."(Nur surəsi-30-31 )
Ərəb dilində «yəğuzzu» feli əslində, "əzz" sözündən olub, azaltmaq və naqisliyə deyilir. Çox yerlərdə səsi azaltmaq və nəzəri azaltmağa deyilir. Beləliklə, ayə buyurur: «Öz nəzərinizi azaldın.»
Bu ifadə, naməhrəm qadınla üzləşən zaman insanı tərbiyəliolmağa sövq edən ən lətif ibarətdir. Əgər gözümüzü bir dəfəlik örtsək, yol yerimək mümkün olmaz. Lakin, baxışımızı qadının surət və bədən qismətindən döndərsək, sanki, öz baxışımızı azaltmış olur və qadağan olunmuş səhnəni birdəfəlik öz nəzərimizdən uzaqlaşdırırıq.
Qeyd etdiyimiz kimi Allah-taala, Qurani-kərimdə naməhrəm kişi və qadınlara bir-birinə baxmağı qadağan buyurmuşdur. Çoxlu rəvayətlərdə bu əmr bəyan olunmuşdur. Bəzi yerlərdə baxışların zərər və ziyanları açıqlanmışdır.
"Vəsailüş-Şiə" kitabında bu mövzuda xüsusi "fəsl" açılmışdır. Bu fəslin adı «Naməhrəm qadınlara baxmanın haram olunması və onun təsirləri»dir. Bu mövzudakı rəvayətlərin birincisində buyurulur:
İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur ki, buyurur: «Naməhrəmə baxmaq, Şeytanın oxlarından biridir və zəhərlidir. O qədər baxışlar var ki, uzun həsrətlərə səbəb olur!»(Vəsail-Şiə. 14-cü cild, «Kitabun Nikah» səh-138. )
Bu hədisdə baxışın Şeytanın oxuna oxşadılması o cəhətdəndir ki, ox, hədəfə yetişdikdə onu dağıdır, yersiz baxış da ismət və paklıq pərdəsini dağıdır. Hədisin ardınca buyurur: «Yersiz baxış, çox vaxt uzun-uzadı həsrətə çevrilir.»
Bəli! Çox haram baxışlar var ki, onun ardınca insan ömrünün axırına kimi aradan getməz bədbəxtçiliklərə düçar olur. Ömür boyu peşimançılıqda olub, heç bir nəticə də ələ gətirə bilmir.
Bu mövzuda başqa rəvayət də gəlib. İmam Sadiqdən (əleyhissəlam) nəql olunur, buyurur: «Bir baxışdan sonrakı (naməhrəmə) baxış, insanın qəlbində meyillər və şəhvət toxumunu səpir. Baxışdan səpilmiş toxum, sahibini fitnəyə salmaqdan ötrü kifayətdir.»(Vəsail-Şiə. 14-cü cild, «Kitabun Nikah» səh-138. )
Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissəlam)-dan nəql olunur, buyurur:
«Hər kim, gözü naməhrəmə sataşdıqdansonra baxışını kəssə, ya göyə tərəf baxsa ya da baxışını azaldıb gözünü örtsə, həmin anda, Allah-taala Behiştdə ondan ötrü «Hurul-eyn» qərar verər.»(Vəsail-Şiə. 14-cü cild, «Kitabun Nikah» səh-138. )

Category: Exlaq | Baxış: 1223 | Added by: Ənfal | Rating: 5.0/5
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]