Bazar günü, 2024-12-22, 6:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 14 » Nəzir - Niyaz
1:59 PM
Nəzir - Niyaz
Nəzir - Niyaz

يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا

Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar.( İnsan" -7)

Nəzir iki növ olur;
    1. Şərti nəzir - məsələn, "əgər xəstəliyim sağalarsa, Allaha xatir 10 gün oruc tutacağam"
    2. Mütləq nəzir - (buna qeyd-şərtsiz nəzir də deyilir). Məsələn, "nəzir edirəm Allaha xatir 10 gün oruc tutum".

    Nəzirin sözləri dilə gətirilməməlidir.
    Məsələn, " Əgər imtahandan uğurla çıxaramsa, Allaha xatir 10 yoxsula bir gün yemək verərəm". Nəziri qəlbdən küçirmək kifayət etmir və onu istənilən dildə oxumaq olar.
    Nəzir edən şəxs yetkinlik yaşına çatmalı, ruhi xəstə olmamalı və bu işi ixtiyari olaraq etməlidir. əsəbi halda, məcburiyyət qarşısında və qeyri-ixtiyari niyyət edilən  nəzirlərin heç bir etibarı yoxdur.
    İnsan nəzir etdiyi işi qaydasında yerinə yetirməlidir. Məsələn, ayın əvvəlində sədəqə verməyi nəzir edən şəxs gərək bunu məhz ayın əvvəlində həyata keçirsin. Və ya sağaldıqdan sonra sədəqə verəcəyini nəzir edən şəxs gərək sağaldıqdan sonra nəzirini versin.
   Nəzir təyinatı üzrə sərf olunmalıdır. Məsələn, bir yoxsula sədəqə verəcəyini nəzir edən şəxs bunu başqa yoxsula verməməlidir.
    İxtiyari olaraq nəzirə əməl etməyən şəxs kəffarəsini verməlidir: ya bir qul azad etməli; ya 60 yoxsulu yeməklə təmin etməli; ya iki ay ardıcıl oruc tutmalıdır.
    Məcburiyyət qarşısında və qeyri-ixtirarı olaraq yerinə yetirilməyən nəzirlərin isə kəffarəsi olmur.
    Günümüzdə qul olmadığından bunu borc və cərimə üzündən tutulan şəxslərin azad olunması ilə həyata keçirmək olar.

   Haram və məkruh işlərin yerinə yetirilməsi və ya vacib və müstəhəb işlərin tərk olunacağına dair olunan nəzirlərin heç bir əsası yoxdur.
    Nəzir olunan işin yerinə yetirilməsi, maddi, mənəvi və fiziki baxımdan mümkün olmalıdır. Deməli, Kərbəlaya piyada gedə bilməyən şəxs belə bir nəzir edərsə, onun nəziri düzgün deyil.

     Məsum imamlardan (ə) birinin ziyarətinə getməyi nəzir edən şəxs başqa bir Məsum imamın (ə) ziyarətinə gedərsə kifayət etməz. Onlardan müəyyən birini ziyarət etməyi nəzir edən şəxs isə istədiyini ziyarət edə bilər.

Category: Diger me'lumatlar | Baxış: 876 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]