Bazar günü, 2024-12-08, 5:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 26 » Ən üstün insanlar
8:42 PM
Ən üstün insanlar
Ən üstün insanlar
Bir insanı başqalarından üstün edən onun imanı, elm və biliyi, təqvasıdır. Mömin insanlar başqalarından dəyərli sayılır. Əməl əhli olan alimlər başqa möminlərdən dərəcə etibarı ilə üstündür. Təqvası zirvə həddinə çatanlar isə hamıdan fəzilətli və dəyərlidir. Qurani-Məcid və rəvayətlər bu üç yönümdə lətif nişanələrə və dəqiq ifadələrə yer verir.

İman əhli
Qurani-kərimdə buyurulur: "Allah-təala möminləri sizdən bir dərəcə üstün etmiş alimlərimizi daha uca dərəcəyə çatdırmışdır. Allah gördüyünüz işlərdən xəbərdardır.”("Mücadələ”, 11 )
Möminin dəyəri o qədər böyükdür ki, ayə və rəvayətlərdə möminə məhəbbət Allah və onun rəsuluna məhəbbət, möminə kömək Allah və onun rəsuluna kömək, mömini sevindirmək Allah və onun rəsulunu sevindirmək, mömini incitmək Allah və onun rəsulunu incitmək kimi dəyərləndirilir. İmam Baqir (ə) girami Peyğəmbərdən (s) belə rəvayət edir: "Mömini sevindirən, şübhəsiz, məni sevindirmişdir, məni sevindirən, həqiqətən, Allahı sevindirmişdir.”(Kafi”, 2-188 )
İmam Baqir (ə) buyurur: "Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək, xoşhal etməkdir.”("Kafi”, 2-189 ) İmam Sadiq (ə) buyurur: "Möminin istəyini yerinə yetirmək Allah qarşısında ziyartəçisi yüz min dinar infaq etmiş iyirmi Həcdən üstündür.”("Kafi”, 2-193 ) Başqa bir rəvayətdə həzrət buyurur: "Şübhəsiz, mömin qardaşlarından birini doyurmaq bazara daxil olub Allah yolunda qul alıb azad etməyindən daha sevimlidir.”("Kafi”, 2-203 )

Elm əhli
Həzrət Peyğəmbər (s) alimlərin üstünlüyü haqqında buyurur: "Alimlərin başqalarından üstünlüyü mənim ən alçaq insanlardan üstünlüyüm kimidir.”(Təfsiri-Safi”, 2-675 ) Həzrət (s) başqa bir rəvayətdə buyurur: "Alimin abiddən üstünlüyü on dörd gecəlik ayın ulduzlardan üstünlüyü kimidir.”("Əvaliyul-ləali”, 1-257 ) Həzrət (s) başqa bir rəvayətdə buyurur: "Qiyamətdə üç zümrənin şəfaəti qəbuldur: Peyğəmbərlər, alimlər, şəhidlər.”("Təfsiri-Safi”, 2-676) İmam Baqir (ə) buyurur: "Elmindən faydalanan alim yetmiş min abiddən üstündür.”("Kafi”, 1-33 )

Təqva əhli
Quran təqva əhli haqqında buyurur: "Şübhəsiz, sizin Allah qarşısında ən sevimliniz ən pəhrizkar olanınızdır. Həqiqətən, Allah bilən və agahdır...”("Hucurat”, 13 ) İslam peyğəmbəri (s) buyurur ki, Allah Qiyamət günü xalqa belə müraciət edər: "Sizə (ibadət və bəndəlik) əmri verdim, amma siz əhd bağladığınız bu işi puça çıxardınız və bağlılıqlarınızı gücləndirdiniz. Mən bu gün bəndələrimi mənə bağlayan əlaqəni genişləndirərəm, sizin ata-babalarınıza bağlılığınızı alçaldaram. Haradadır təqva əhli? Allah qarşısında sizin ən sevimliniz ən pəhrizkar olanınızdır.”("Məcməül-bəyan”, "Hucurat” surəsinin təfsiri )


Category: Exlaq | Baxış: 1062 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]