Bazar günü, 2024-12-22, 4:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 30 » "Nəhcül-Bəlağə" dən öyüdlər
7:59 AM
"Nəhcül-Bəlağə" dən öyüdlər
Ey Allah bəndələri! Hardadır o nemətlər qoynunda ömür sürənlər?! Harda qaldı özlərini hər şeyi bilən kimi göstərənlər?!Onlara ömür (möhlət) verildi. Lakin qəflətdə qaldılar. Sağ-salamat ikən hər şeyi unutdular. Uzun zaman fürsət əldə etsələr də, çətin əzablarla qorxutsalar da, nəticə çıxarmadılar.

Ey Allahın bəndələri!  İnsanı ölüm çuxuruna atan günahlardan, qəzəbə uğrayan eyblərdən qorxun! Ey görən gözləri, eşidən qulaqları olanlar! Ey dünya malına uyaraq axirəti unudanlar! Bir qaçacıq yeriniz var? Sığınmalı, güvənməli himayəçiniz var? Var, yoxsa yoxdur? Elə isə hara gedirsiz, nəyə aldanırsınız? Bilin ki, ucu-bucağı görünməyən bu yer üzünün yalnız sizin boyunuzda olanı sizindir.
Ey Allahın bəndələri! Nə qədər ki, boynunuza ip salınmayıb, nə qədər ki, canınız bədəninizdədir, oyanın qəflət yuxusundan. İndi doğru yolu tapmaq, qalan ömrünüzdən faydalanmaq zamanıdır. Nə qədər ki, sağ-salamtsız, çarə tapmağa vaxtınız var. Hələ ki, ömrünüzdə möhlət var, gücünüz, qüdrətiniz var, tövbə etməyə də vaxtınız var. Hələ ki, gənclik çağındasız. Sıxıntıya, çarəsizliyə düşməmiş, çalışın. Görünməyən və vaxtı Allahdan başqa kimsəyə bəlli olmayan ölüm həyat qapınızı döyməzdən əvvəl qurtulmağa çalışın.


Category: Exlaq | Baxış: 925 | Added by: Ənfal | Rating: 2.3/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]