Bazar günü, 2024-12-08, 5:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 28 » NƏFSANİ İSTƏK VƏ MEYLLƏR
6:56 AM
NƏFSANİ İSTƏK VƏ MEYLLƏR
 
İnsanın hər bir məsələ ətrafında düzgün qəzavət etməsi üçün ilk növbədə bitərəf mövqe tutması kərəkdir. Yəni həqiqətə nail olmaq istəyən hər bir şəxs təəssüb və inadkarlığı kənara qoyub mötəbər sənəd və dəlillərə tabe olmoriyalardan, nə də məntiqi analiz və qiyaslardan əldə etmək olar. Onu yalnız varlıqları dəyərləndirən insanın ruhunda görmək olar. Belə ki, insanda belə bir ilahi qüvvənin yaranması onda yaşadığı dünya və digər insanlar haqqında özünəməxsus təfəkkür tərzi yaradır.
Bir anlıq tarixə nəzər salaq. Dinə etiqadı olan, amma dünyəvi elmdən bəhrələnməyən cəmiyyətlərə nəzər saldıqda, cahiliyyət üzündən yaranmış milli, məzhəbi, etiqadi, və s. qarşıdurmalarla, kor-koranə dini təəssüblərlə üzləşirik.
Elmi nailiyyətlər əldə etmiş, amma dini etiqadı olmayan cəmiyyətlərdə isə mənəviyyatın və insani dəyərlərin heç bir məna kəsb etmədiyinin şahidi oluruq. Əvəzində bu kimi cəmiyyətlərdə istismar, hiylə, başqalarının üzərində hökmranlıq kimi qeyri-əxlaqi və qeyri-insani xüsusiyyətləri müşahidə edirik. Elmi-texniki nailiyyətlər əldə etmiş bir çox Avropa ölkələrini dediklərimizə misal çəkmək olar.
Keçən iki-üç əsri «elmə pərəstiş» və «imandan uzaqlaşma» dövrü adlandırmaq olar. Alimlərin bir çoxu belə güman edirlər ki, bəşəriyyətin bütün çətinlikləri elmi nailiyyətlərlə həll olunacaqdır. Amma təcrübələr bunun tam əksini sübut etdi.
Hal-hazırda bəşəriyyətin imana (qeyri-dini olsa belə) olan ehtiyacını inkar edən bir alim tapmaq olmaz.
Bertrand Rassel materialist olmasına baxmayaraq, etiraf edərək yazır: Yalnız maddi və şəxsi mənafe əldə etmək üçün çalışmaq yaxşı nəticələr verməz. Yaxşı nəticələr əldə etmək üçün insan elə işlər görməlidir ki, onun hər hansı bir şəxsə, hədəfə «imanı» olsun.
Hal-hazırda materialistlər özlərinin fəlsəfi baxımdan «materialist», əxlaqi normalar baxımından isə «ideolist» olduqlarını etiraf etməyə məcbur olmuşlar. Onlar deyirlər: Biz nəzəri baxımdan «maddi», hədəf və əməli baxımdan isə mənəvi şəxslərik. İnsanın nəzəri baxımından maddi, əməli baxımdan isə mənəvi olmasının mümkünlüyü bizə hələ də qaranlıq qalır və bu məsələni materialistlər özləri aydınlaşdırmalıdırlar. «Elm tarixi» kitabının müəllifi məşhur alim Corc Sarten «Altı qanad» kitabında elmin insani əlaqələrin bərqərar olmasında güclü olduğunu və bəşəriyyətin imana möhtac olduğunu belə bəyan edir: Elm, bəşəriyyətin tərəqqisində böyük nailiyyətlər əldə olunmasına səbəb olmuşdur. Amma o, insanların özünə aid olan milli və beynəlmiləli siyasət səhnəsində, hələ də özünü aciz hesab edir.
O, etiraf edir ki, insanın ehtiyac duyduğu iman, onun dinə və məzhəbə olan imanıdır. Sarten insanın üçlüyə «incəsənətə, dinə və elmə» olan ehtiyacı haqqında deyir: İncəsənət, gözəlliyi aşkar etdiyi üçün həyatın sevinci sayılır. Din insana məhəbbət, musiqi isə həyat bəxş edir. Elm agahlıq, həqiqət, düzgünlük, və əqli fəaliyyət deməkdir. Onların hər birinə – həm incəsənətə, həm dinə, həm də elmə ehtiyacımız vardır Elm dünyəvi məsələlərdə bizim üçün lazımi və zəruridir, amma təklik ehtiyacları ödənilməsində kifayət etmir.
Category: Exlaq | Baxış: 1061 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]