Bazar günü, 2024-12-22, 10:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 25 » Nəfs və övlad tərbiyəsi
11:00 AM
Nəfs və övlad tərbiyəsi
Nəfs və övlad tərbiyəsi

Bismillahir-rəhmanir-rəhim

 

Düşmənlərin düşməni

Şeyx Məhəmməd Təqi Amuli yuxuda görür ki, düşməni ona hucum edir. Özünü müdafiə etmək üçün düşmənini dişləyir. Elə bu vaxtı yuxudan atılıb oyanır. Görür ki, öz əlini dişləyib.

اعدي عدوك نفسك التي بين جنبيك

"Sənin ən qəti düşmənin nəfsindir.”

 

Evladların tərbiyəsində diqqətli olmalıyıq

Amerikada 23 yaşlı bir qız baş ağrısından əziyyət çəkir. Həkimlər onun baş beynində cərrahiyyə əməliyyatı aparmağı qərara alırlar. Əməliyyatdan bir müddət sonra qız huşa gəlir. Həkimlər görürlər ki, qız fransız dilində bir nəğməni züm-zümə edir. Onun ata anası ilə söhbət etdikdə deyirlər ki, qızımız fransa dilini bilmir, fransız dostuda yoxdur. Bu haqda bir müddət fikirləşib düşünəndən sonra yadlarına düşür ki, bu qız iki aylıq olanda bir gün bərk ağlayırdı. Qonşuluqda yaşayan fransalı bir tibb bacısı onu sakitləşdirmək üçün qucağına alıb, fransız bir nəğməni qulağına oxuyub.

Ey mehriban ata və analar! Evladların tərbiyəsində diqqətli olmaq lazımdır. Çünki hər bir əməl, söz, fikir və düşüncə onların tərbiyəsində təsir qoyur.


islammaarifinde.com

Category: Bezi meslehetler | Baxış: 1402 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]