Bazar günü, 2024-12-22, 2:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 11 » Nəfs
1:18 AM
Nəfs
(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır!) ("Furqan" 43)
   İnsanlar Allahdan, iman və nəfslərdən lazımınca istifadə etmirlər. Nəfs barədə təsəvvürlərimiz isə çox zaman yalnış olur. Bəzən nəfsi insandan ayrı və müstəqil hesab edirik. Halbuki nəfs elə insanın özüdür. Peyğəmbərin (s.ə.s) "Və ma ubərriu nəfsi" buyurduğu həm ( mən nəfsimi təmizə çıxarıram), mən də (mən özümü təmizə çıxarıram) anlamında ola bilər ki, 2-ci məna daha məqsədəuyğundur. Əslində, Quran insanı bu mövzuda sərbəst buraxmışdır. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik.("Qaf" 16)
   Quran təbiri ilə desək, nəfs insanın daxilindəki "mən" dir Nəfsə qarşı tədbirlərə gəldikdə isə öldürülməsi, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Çünki nəfsin öldürülməsi intihar deməkdir ki, bu da İslam dininə görə, haram və böyük günahlardan biridir. Yox, əgər insanın daxilindəki "mən" nəzərdə tutulursa, bu da mümkün deyil. Çünki əgər daxili nəfsin öldürülməsinə yol verilsəydi, bunu ilk növbədə, peyğəmbərlər edərdilər. Amma onlar bunu nə etmiş, nə də onlara iman gətirənlərə tövsiyyə etmişlər. Bunu aləmlərin Rəbbi olaraq göndərilən dualarda "Ey mənim Rəbbim, bir göz qırpımı qədər olsa belə, məni öz nəfsimlə başbaşa buraxma" deyən Həzrət Muhəmməd (s.ə.s) etmədi. O öz nəfsi barədə buyurardı: "Nəfsim mənə hakim olmasın deyə, gün ərzində yetmiş dəfə "əstəğfirullahə Rəbbi və ətubu iləyh" zikrini dilə gətirib Allaha pənah aparır və Ondan bağışlanmağımı diləyirəm". Allah Öz peyğəmbərinə "Və sənə yəqinlik gələnədək Rəbbinə ibadət et!" ("Hicr" 99) əmrini verir, o da ömrünün sonunadək Allahdan bağışlanmağı diləyir. Bütün bunları nəzərə alaraq nəfsin öldürülməsində deyil, tərbiyə olunmasından söhbət gedə bilər. əgər belədirsə, "filan şəxs nəfsini tərbiyə edə bilib" deyə bilərikmi? Əsla! Çünki nəfs bir dəfə tərbiyyə olunaraq sərbəst buraxılacaq bir şey deyil. İnsan unutqan və hər an yolunu aza biləcək varlıqdır. Qəzəb, şəhvət və s. fitri xislətlər insan üçün nə qədər önəmlidirsə və onların yoxluğu onun üçün nə qədər təhlükəlidirsə, nəfsin varlığıda insan üçün bir o qədər önəmli və onun yoxluğu onun üçün bir o qədər təhlükəlidir. Yəni qəzəb, şəhvət və digər fitri xislətlərə nəzarət olunduğu kimi, nəfs də nəzarət olunmalı və tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Qəzəb, şəhvət və nəfsin öldürülməsi Allahın insan vicudunda qərar verildiyi fitrətə qarşı çıxmaq deməkdir. Bəs əgər nəfs tərbiyə olunmalıdırsa, onu kim tərbiyə etməlidir? Nəfsi tərbiyə edən Allahın özüdür. Bunun üçün O Özü ilə bəndələri arasında "vəhy" kanalını yaradır, Vəhyin gətirdiyi vacib və haramlardan, məkruh və müstəhəblərdən də məqsəd nəfsin tərbiyəsidir. Bir sözlə, əgər bu gün nəfsimizi tərbiyə etmiriksə, sabah o bizi özünə ram edəcək.
("Cin" 2, "Nazirat" 40, "Şəms" 7-9-cu ayələrdə nəfsə and içilir.

   Mən öz nəfsimi təmizə çıxarmıram. Çünki nəfs həmişə Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla - pis işlər görməyi əmr edir. Həqiqətən, Rəbbim bağışlayan və rəhm edəndir.
   Nəfsə təslim olan şəxs dinindən, imanından uzaq düşər. Belələri Quran təbiri ilə desək, Allahın nəzərində dördayaqlı heyvanlardan da aşağı səviyyəyə düşərlər.
   Heyvanların nəfsi olmadığından ehtiyaclarını əldə etdikdən sonra ödəyərlər. Lakin nəfsinin köləsinə çevrilən insan ehtiyac duymadığı dünya malından hərisinə çevrilər.

      İmam Əli (ə): «Pis işlərə əmr edərək zahiri yalandan gözəl göstərən nəfs, münafiq kimi yaltaqlanır və özünü münasib və ürəyiyanan dost kimi göstərir. Elə ki, (insanı) aldadaraq (onu) ələ aldı, düşmən kimi hakim olur, özündən razılıq və quldurluqla hökmranlıq edir, (insanı) pis və məhvə səbəb olan yerlərə sürükləyir». (Ğurərul-hikəm, hədis 2106)
       İmam Əli (ə): «Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu adətlərinə hərislikdən saxlayın». (Nəhcül-bəlağə, hikmət 359)
       İmam Əli (ə): «Nəfslərinizlə daim cihad etməklə onlara hakim olun». (Ğurərul-hikəm, hədis 2489)
       İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin dərdinin dərmanı….və nəfslərinizin çirkinliklərini təmizləyəndir!» (Nəhcülbəlağə, xütbə 198)
      İmam Əli (ə): «(Pis işlərə əmr edən) Nəfsinə arxa çevirməklə özünə (fəzilətli insani nəfsinə) üz tut!» (Ğurərul-hikəm, hədis 2434)

Category: Diger me'lumatlar | Baxış: 904 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]