Bazar günü, 2024-12-22, 12:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 25 » NƏBİNİN YADIGARININ DÜNYADAN KÖÇMƏK ARZUSU
4:53 AM
NƏBİNİN YADIGARININ DÜNYADAN KÖÇMƏK ARZUSU
NƏBİNİN YADIGARININ DÜNYADAN KÖÇMƏK ARZUSU 

(Təbyan saytına istinadən)

Tarix boyu şahid olmuşuq ki, bütün insanlar Allahdan uzun ömür və can sağlığı arzu etmişdilər. Buna peyğəmbərlər (ə) də aiddir. Nuh (ə) yaş cəhətdən elə həddə idi ki, Quranın buyurduğu kimi, 950 il qövmünü Allaha pərəstiş və itaətə dəvət etmişdi. Əcəli gələndə hələ də dünyadan doymamışdı. Ömrünün sonunda ondan soruşanda ki, dünyanı necə gördün? Cavab verir: "Dünyanı iki qapısı olan ev kimi gördüm ki, qapının birindən içinə daxil olursan və o birisindən çıxırsan”. Bu sözlərdən başa düşmək olur ki, Nuh peyğəmbər (ə) hələ də bu həyatdan doymamışdı.



Həzrət İbrahim (ə) Allahdan istəmişdi ki, ölümü arzu etməyincə, onu bu dünyadan aparmasın. Həzrət Musa (ə) bu dünyadan ayrılan anlarında ölüm mələyi ilə mübahisə etmişdi və bu dünyadan qəlbini ayıra bilmirdi. Bəli, bunlar ancaq peyğəmbərlər haqqında idi ki, bu qədər mənəvi əməzətə malik olaraq, dünyadan ayrılmaq istəmirdilər.



Ancaq Həzrət Fatimə (s.ə) bu cavan yaşında dünyanı tərk etmək intizarında idi. Atasının onun öləcəyini söyləməsini sevinc və şadlıqla qəbul etmişdi. O, çox sevinirdi ki, tezliklə atasına qovuşacaqdır. Bu məsələ Əhli-beytin (ə) mənəvi və ruhi əzəmətinin sirridir. Elə məsələdir ki, ancaq onlara aiddir.



Xanım (s.ə.) Mədinə məscidində atasının vəfatı haqqında belə buyurmuşdu: "Allah onu öz rəhməti ilə özünə tərəf qəbzi-ruh etdi. Bu dünyanın məşəqqətindən, əziyyət və dərdindən rahat etdi. Öz rizvan və razılığına şamil etdi”.



Bu dərin sözlərdən Həzrət Fatimənin (s.ə) ölüm haqqındakı düşüncələrini aydın görmək olar. Həqiqətdə bu sözlər çox dərin məna kəsb edərək, Xanımın dünyagörüşünü tərənnüm edirdi. Xanımın fikrinə görə, bu dünyadan köçmək dünya əziyyətdən qurtulub, Allah rəhmətinə qovuşmaqdır. O kəsin ki, ölümə qarşı nəzəri bu cür olarsa, təbiidir ki, öz ölümü haqqında da bu cür fikirləşir. Xanımın atasının ölümü haqqındakı bu düşüncələri onun mənəvi vəziyyətindən xəbər verir və Həzrət Fatimənin (s.ə) ölməyə necə hazır olduğunu bir daha sübut edir.



Hədislərdən belə görünür ki, Həzrət Fatimə (s.ə) var gücü ilə Əmirəl-möminin (ə) vilayətini və İslam hökumətini müdafiə edir və bu yolda çox sayda müsibətlərə düçar olurdu. O zaman ki, İmam Əlini (ə) hökumətdən kənarda görür və Qədir-Xum hadisəsinin yaddan çıxarılmasını müşahidə edir, hüquqlarının tapdalandığını görür, insanların onun ağlamasından narahat olmasını hiss edir, dua etməyə başlayır. Allahdan Onunla və Peyğəmbərlə (s) görüşməyini arzu edir.



"Nəhcul-həyat” kitabında belə yazılır: "Peyğəmbər (s) Həzrət Fatimənin (s.ə) qəmi haqqında səhabələrinə belə xəbər vermişdi: "Qızım bəlalar və müsibətlər dalğasında o qədər qəmgin və nigaran idi ki, əllərini duaya qaldırıb, Allahdan ölüm və şəhadət arzusu edəcək. O, deyəcək: "Pərvərdigara! Həyatdan yorğunam və üz döndərmişəm. Dünyaya bağlı olanlardan bəlalar və müsibətlər görmüşəm. Allahım, məni atam Allahın Rəsuluna (s) qovuşdur və ölümümü tezləşdir”.



Həzrət Zəhranın (s.ə) günü-gündən gücsüz olmağının səbəbi təkcə onun xəstəliyi deyildi, qəm-qüssə və fikir çəkmək ona təzyiq göstərirdi. O zaman ki, otağında başını balışa qoyardı, min bir fikir zehninə gələrdi: "Atamın vəsiyyətinə niyə etina etmədilər. Ərimin xəlifəliyini zəbt etdilər. Xilafətin xəcalətli təsiri Qiyamətə qədər qalacaqdır. Xilafət zor gücünə və hiylə ilə insanlara hakim edildi. Bunun aqibəti xeyirli deyildir. İslamın tərəqqi və inkişaf səbəbi müsəlman dünyasının vahid və yeganə olmasıdır. Necə də böyük bir qüvvəni əldən verdilər. Daxillərinə münaqişə saldılar. Vahid gücü dağıtdılar. İslam dünyasını zəifliyə və zillətə saldılar. Ah! Mən həmin Fatimə və Peyğəmbərin (s) əziz saydığıyam ki, xəstəlik yatağına düşmüşəm. Həmin ümmətin zərbələri nəticəsində ağrıdan nalə çəkirəm və ölümü müşahidə edirəm. Peyğəmbərin (s) bu qədər sifarişi nə oldu? Allahım, Əlini (ə) nə edim ki, bu qədər şücaət və qüdrəti ola-ola çarəsiz olmuşdur. İslamın mənfəətini qorumaq üçün əlini əlinin üstünə qoymuşdur. Haqqı olana qarşı sükut edir. Ah! Ölümüm yaxınlaşır və cavan yaşlarında dünyadan gedirəm. Qəm və qüssədən nicat tapıram. Ancaq yetim övladlarımı nə edim? Həsən, Hüseyn, Zeynəb, Ümmü Gülsüm başsız qalacaqlar. Ah! Əzizlərimin başına nə müsibətlər gələcəkdir. Mən dəfələrlə atamdan eşitmişdim ki, buyurub: "Həsənini zəhərləyəcəklər. Hüseynini qılıncla qətl edəcəklər”. İndi onun əlamətlərini görürəm”.



Bəzən Hüseyni götürər və boynunun altından öpərdi. Müsibəti üçün göz yaşı tökərdi. Bəzən Həsəni sinəsinə sıxar və məsum dodaqlarından öpərdi. Bəzən gələcək giriftarlıqlar və Zeynəb və Ümmü Gülsümün dözülməz hadisələrini yada salar və onlar üçün ağlayardı”.



Bəli, bu fikirlərin hamısı Zəhranı (s.ə) narahat edərdi. Ona görə də günü-gündən zəifləyərdi. Hədislərdə nəql edilir ki, Həzrət Fatimə (s.ə) vəfat edən zaman ağlayırmış, Həzrət Əli (ə) buyurur: "Niyə ağlayırsan?” Cavab verir: "Sənin gələcək çətinliklərin üçün ağlayıram”. Buyurur: "Ağlama, Allaha and olsun ki, bu kimi məsələlər mənim üçün mühüm deyildir”.

Allah bizləri Xanıma layiq olanlardan qərar versin və onun qəlbini az olsa sevindirə bilək. İnşaallah!

Hazırladı: Məşhədi Xanım,

deyerler

Category: Tarix | Baxış: 970 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]