Çərşənbə axşamı, 2024-04-23, 9:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyul » 26 » Ən aciz şəxs
2:26 PM
Ən aciz şəxs
Ən aciz şəxs


Təqvalılar mövlası həzrət Əli (ə) buyurur:


İnsanlarla elə rəftar edin ki, öləndə sizə ağlayan olsun; sağlığınızda isə sizi sevsinlər.

 

* * *

Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşimançılıq çəkər. Əgər peşiman olmasa, dəliliyi qətidir.


* * *

Ən aciz şəxs insanlar arasında dostu olmayandır, onlardan da acizi dostu olub onu itirənlərdir.


* * *

On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir.


* * *

Şəhvətə qul olan pulla alınan kölədən, quldan da aşağıdır.


* * *

Dil yırtıcıdır, cilovu buraxıldımı, hücum çəkər, parçalar.

haqyolu

Category: Diger me'lumatlar | Baxış: 938 | Added by: Ənfal | Rating: 2.3/3
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]