Bazar günü, 2024-12-22, 10:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Fevral » 27 » MUSİQİ
6:28 PM
MUSİQİ
 
MUSİQİ
Musiqi nədir?

       Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir. Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə kifayətlənirik:
      1- Bir tərifə əsasən, musiqi – səslərin ürəkaçan formada tərkibidir. Bu baxımdan, günah məclislərilə münasib olarsa, haramdır.
        2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə, düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.
        Misal olaraq, Farabinin Seyf əd-Dövlənin qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli yuxuya daldı.
     Bu kitabda söhbət açacağımız mövzu, birinci tərifdə toxunduğumuz haram musiqidir.

   Sinir sisteminin fəaliyyəti
        Musiqinin cismi zərərlərini bəyan etmək üçün, öncə bir müqəddiməyə işarə edirik.
Vegetativ sinir sistemi iki şöbəyə bölünür.
1. Simpatik şöbə
2. Parasimpatik şöbə
Simpatik sinir sistemi
32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və qarın boşluğunun arxa səthində onurğa sütunun iki tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.

          Parasimpatik sinir sistemi:
        Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və çiyin-çiyinə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı süstlük, tənbəllik, halsızlıq, yuxu, qəflət, səhv, unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini yavaşıtmaq və s. onun vəzifəsidir.
          Aydındır ki, kənardan əsəb üzərində təhriklər başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində müvazinətsizlik yaradan xarici amillərdən biri də, aşağıdakı zərərləri özündə yerləşdirən musiqi dalğalarıdır.

        Musiqinin cismi zərərləri
         1. Sinir sisteminin zəifləməsi 
          Simpatik və parasimpatik sinir sistemi arasında müvazinətin pozulması nəticəsində bədəndə yaranan müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən, musiqiçilərin (musiqi bilicilərinin) 80%-i sinir sistemi zəifliyinə düçardırlar.
        Kolumbiya universitetinin professoru doktor Velf Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi sədaları, insanın sinir sistemi üzərinə ən acı təsirləri bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha da çoxalır. Ərəbistan və İranın bəzi şəhərləri kimi isti yerlərdə son dərəcə mənfi təsirə malikdir.
         Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı nəşr etmiş və Amerikada minlərlə insan onun ardıcılı olaraq, musiqini özünə haram etmişdir. Bunlar, mütərəqqi dünyanın bədbəxtçiliklərindən biri sayılan sinir sistemi zəifliyinin qarşısını almaq və cəmiyyətin qurtuluşu üçün, geniş bir layihə hazırlayaq Amerika senatoruna təqdim etmiş və bütün növ ümumi konsertlərin qadağan edilməsini istəmişlər.

             Doktor Arnold Freydmani Nyuyork xəstəxanasının həkimi və başağrısı klinikasının baş həkimi, beyin dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə, sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və əsəbi başağrılarının əsas faktorlarından biri də, radio ilə yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə dinləyənlər üçün.

Doktor Aleksis Karlın sözü
         "Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir".
          2 – Dəlilik
         Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə dəlilik əlamətlərini üzə çıxarır.
         İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə diqqət yetirin.
           1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti əsnasında, bir kişi həyəcanın şiddətindən soyunaraq dəlicəsinə vokala tərəf yola düşdüyü zaman polis tərəfindən yaxalandı. 
          2 - Bir milyon əlli min nəfər bir konserti dinlədikdən sonra, musiqinin onlarda yaratdığı həyəcan nəticəsində qəflətən bir-birlərinin üzərinə tökülərək səbəbsiz bir-birlərini yaralamağa, zədələməyə başladılar. Hadisə yerinə polis yetişənədək bir neçə nəfər bıçaqlanma nəticəsində həyatını dəyişdi, neçə qıza təcavüz edildi və xeyli sayda insan yaralandı.
        3- Letil Rak ştatında bir cavan piyano öyrənirdi. Musiqi nəğmələri o cavanın ruhunda necə həyacan icad edirsə, heç bir səbəb olmadan öz yerindən qalxaraq on doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür.
          4- Musiqi dinləmək üçün Parisin meydanlarının birində toplaşmış cəmiyyət konsertdən sonra, necə həyəcana gəlmişdilərsə, vitrinləri sındıraraq mağazaları darmadağın etdilər və bir qrup yaralandı.
         5- Bethoven adlı məşhur musiqiçi 30 yaşında eşitmə qabiliyyətini bütünlüklə itirərək və sonda əsəb zəifliyindən dəli oldu.

        3. Qan təzyiqi
        Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox yayılmış qan təzyiqinin səbəbləri haqda araşdırma aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində açıb-bağlayır və eyni halda radionun düyməsini açıq saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən sonra, aşağıdakı nəticələri əldə edir:
       A) Musiqi xoşagəlməz olduqda, qan təzyiqi artır və ruhun süstlüyü və narahatlığı ilə sonlanan sədaları eşitdikdə, qan təzyiqi həkimi vəhşiləşdirəcək həddə gətirib çıxarırdı.
       B) Bir sıra musiqilər aramlaşdırıcı təsirə malik idilər və davam etdiyi müddətdə təzyiqi normal həddən aşağıya endirirdi (bu da təhlükəlidir).
        4. Görmə qabiliyyətinin zəifləməsi
         Qeyd etdik ki, simpatik və parasimpatik sinir sisteminin vəzifələrindən biri də, bəbəyi enəltmək və daraltmaqdır. Hansı ki, bu vəzifənin icrasındakı bacarıqsızlıq görmə qabiliyyətinin zəiflənməsində təsirə malikdir.
         Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları bir sıra xəstəliklərin musiqiyə qulaq asmaq nəticəsində olduğuna diqqət yetirmirlər. Biz yalnız bu xəstəliklərə düçar olmuşlardan bir neçə nümunəyə işarə etməklə kifayətlənirik.
         Alman musiqiçisi Fredrik Hendel, italyan müğənnisi Mariya Alna, fransız müğənnisi Muris Ravel hər üçü görmə qabiliyyətini əldən verdilər.
          İsveçrəli musiqiçi Bax duyğu pozuntusuna düçar oldu, və gözləri tutuldu.

        5. Mədə
          Pop musiqisini dinləyən bir qrup gənc üzərində aparılan araşdırmalarda, bu nəticəyə gəlindi ki, mədə şirəsinin və kolidrikin ifrazı pop musiqini dinləyərdə, digərlərindən daha çox azalmışdır.

     6. Ömrün qısalması
         Musiqiçilərin, bəstəkarların və müğənnilərin çoxu təbii ömürlərinin yarısına da çatmamışlar. Musiqiçilərin ömürləri haqda aşağıda müşahidə etdiyiniz statistika, bu reallığı sübuta yetirir.
1. Məşhur musiqi ustadı Malbranı, 27 yaşında mahnı oxuyarkən infarkt vurmuşdur.
2. İtaliyalı mügənni Porqluzi, 26 yaşında
3. İtalyan müğənnisi Belini, 34 yaşında
4. Fransız müğənnisi Muris Jurber, 40 yaşında
5. Fransız müğənnisi Şusun, 30 yaşında
6. Fransız müğənnisi Nikladveqrini, 32 yaşında
7. Fransız müğənnisi Jar Bije, 37 yaşında
8. Alman müğənnisi Mendeles, 38 yaşında
9. Alman müğənnisi Hüqo Velf, 43 yaşında
10. Alman müğənnisi Maks Reger, 43 yaşında
11. İçveçrəli müğənni Muzart, 35 yaşında
12. İsveçrə müğənnisi Şubert, 31 yaşında
13. İsveçrə müğənnisi Laner, 42 yaşında
14. İran müğənnisi Həbib Səmai, 45 yaşında
          Qeyd edək ki, bu statistika yalnız bu şəxslərdə məhdudlaşmır, bu sadəcə xeyli sayda olan fərdlərin kiçik bir hissəsidir.
          Bu göstərici bir və ya iki nəfər olsaydı, "müstəsna hal təşkil edir" deyə bilərdik. Ancaq mülahizə etdiyiniz kimi, statistik göztərici bir çox musiqiçilərin ömürlərinin az olmasını göztərir.
Bütün bu zərərlərlə, niyə biz musiqi dinlədiyimiz halda sağlamıq?
Sualın cavabında spirtli içkilər bölməsinə (Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?) müraciət edin. Eynilə burada da təkrarlanan bu cavabları sözün uzanmamasından dolayı gətirmirik.
         Musiqi və inək südünün çoxalması
           İnəyin südünün çoxalması üçün xüsusi musiqilərdən istifadə edilir. Görəsən belə bir təsiri faydalı adlandırmaq olarmı?
Cavab: İnək südünün musiqi ilə çoxaldığını sübuta yetirən alimlər, sonralar bu qeyri-təbii yolla sağılan südün keyfiyyətinin aşağı olmasını isbatladılar.
          Musiqi ilə fəaliyyətimiz çoxalırmı?
          Bəziləri zavod, fabriklərdə musiqidən istifadə etmiş, bu qənaətə gəlmişlər ki, bu yolla işçilər daha çox işləyirlər.
      Cavab:
      Əvvəla: musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır və əksinə zehni əməyin fəaliyyətini azaldır. Alimlər bu qənaətdədirlər ki, iş əsnasında musiqi dinləmək, zehni fəaliyyətlərin iş qabiliyyətini azaldaraq, sinir sistemində pozuntuların yaranmasına gətirib çıxarır (misal üçün: eyni halda həm musiqi dinləyib, həm də yazı yazan şəxsin yazı səhvləri daha çox olur).
        İkincisi: Musiqinin bədənin fəaliyyətinin artırmasını qəbul etdiyimiz təqdirdə, bunun törətdiyi fəsadları da göz ardına vurmamalıyıq. Musiqi ilə bədəni işə vadar etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki biz bədəni təbii olaraq qüdrəti qədər işləməyi üçün öz ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, daha artıq işləməyə məcbur etməməliyik. Bilməliyik ki, bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında daha artıq əmək sərf etsə də, ya iş yerindən xaric olduqdan sonra təbii halda və musiqi dinləmədən fəaliyyət etdiyi zamanla müqayisədə daha artıq yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq istifadəmiz üçün uzun müddətdə əldən düşəcəyik və ömrümüz qısalacaqdır; çünki bədəndən təbii qüdrətindən daha artıq istifadə etmişik. Bu eynilə idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, dopinq vasitəsilə bir müddət bədən daha artıq iş sərf edir, bəzən yarışların qalibi da olurlar, ancaq bu idmançılar öz sağlamlıqlarını dopinqdən istifadə etməyən idmançılarla müqayisədə daha tez əldən verirlər. Ömürləri isə qısalacaq və bu işlə bədənə xeyli zərərlər yetirəcəklər.

       Musiqi ilə Allaha yaxınlaşırıqmı?
      Bəzi şəxslər belə deyirlər ki, musiqi dinlədikdə özümüzü Allaha daha yaxın hiss edir və arifanə həyat sürürük.
        Cavab:
         Əvvəla belə olsaydı, mütriblər və böyük musiqiçilər ən arif və Allaha ən yaxın insanlar sayılardı. Halbuki onların çoxunun dinin və irfanın ləzzətini duymadıqlarını, eləcə də çoxlarının Allahdan uzaq düşdüklərini yaxşı bilirik. Bəziləri isə yaranmışların ən çirkinidirlər.
         İkinci bir tərəfdən Allah, onun peyğəmbəri və əhli-beyt (ə) Allaha yaxınlaşma yollarını hamıdan yaxşı tanıyırlar. Onlar yaxşı bilirlər ki, hansı şeylər bizi Allaha yaxınlaşdırır və hansı işlər bizi Allahdan uzaqlaşdırır. Onların nəhy etdiyi, çəkindirdiyi əməllər insanın Allahdan uzaqlaşmasına səbəb olur. Nəhy etikləri işlərdən biri də, haram musiqidir. Eləcə də, onların əmr etdikləri bütün əməllər, Allah-taalaya yaxınlaşmağa səbəb olur.
           Bilməliyik ki, sözügedən şübhə bizi Allahdan uzaqlaşdırmaq üçün istifadə etdiyi şeytanın hiylələrindən biridir.
             Üçüncüsü, musiqi məzmunsuzdur, məzmuna malik olduğu təqdirdə isə, onun forması ilə eynidir. Yəni, musiqi batini boş büsbütün zahirdən ibarətdir. Hər hansı bir hərbi musiqiyə qulaq asdıqda və ya musiqi ilə daha irfani halda olduğunuzu hiss etdiyiniz zaman, bu sizin hərəkətə gələn öz məzmununuzdur. Musiqi isə, öz daxilində reallıqdan kənardır, yalnız bizim daxili reallıqlarımızın təhrikedicisidir.
           Bu hərbi musiqini hərbçilik haqda məlumatı olmayan və ya irfani və ilahi məsələlər haqda heç nə bilməyən, ümumiyyətlə bu məsələlərlə uyğunluğu olmayan şəxs üçün qoyduqda, görəsən o da sizin duyğularınızı yaşayacaqmı? Musiqinin məzmunsuz olmasının mənası budur. Əgər onun məzmunu olsaydı, o musiqidən düşünülən hər kəsin şəxsi fikri deyil, bütün dinləyicilər üçün bir mənanı ifadə edərdi.
Ancaq şerə baxın; bir beyt şer, məna yaradır. Onu oxuyan hər kəs, həmin mənanı götürür (musiqinin əksinə olaraq belə bir şeri məzmunlu adlandırırıq). Musiqini bir taxtaya bənzətmək olar. Fərz edin ki, bir hovuzun qumu, lili və içindəki digər şeylər onun dibinə çökmüş və adi halda həmin vəziyyətdə qalmışdır. Su da laldır. Bu taxta parçası ilə, suyu qarışdırdıqda, hovuzun içindəkilər yayıyalaraq suyun üzünə qalxacaq. Sual budur ki, suyun üzərinə qaxmış maddələri taxtamı özündə yerləşdirmişdir, yoxsa hovuzun özündə bütün bunlar öncədən var idi?
Musiqi də bir vasitə kimi, bizim daxilimizdəkiləri qarışdırır, özü isə məzmunsuzdur. Buna ən gözəl nümunə aşiqanə musiqilərdir. Sevgi mahnılarını dinləyən hər kəs, öz məşuqunu, sevgilisini xatırlayır, hətta müğənni öz musiqi əsərində öz sevgilisinin adını çəksə də belə, yenə də dinləyici onu öz məşuquna aid edirik.

          Musiqi ilə müalicə
          Müasir dövrdə iddia edilir ki, musiqi ilə, bir çox xəstəlikləri müalicə etmək mümkündür. Müxtəlif çeşidli qəzet və jurnallar bu məsələ üzərində manevr verirlər.
Cavab:
          Əvvəla, biz haram musiqidən danışırıq. Bəlkə də musiqi ilə müalicə edənlər, halal musiqidən istifadə edirlər.
         İkincisi, biz də bəzi musiqilər, o cümlədən: Quran musiqisi, axar suların musiqisi və s. musiqilər, ahənglər vasitəsilə müalicəni qəbul edirik.
        Üçüncüsü, bəlkə də bir sıra xəstəliklər musiqi ilə müalicə edilə bilər, amma biz məsələnin zahirini müşahidə edirik. Onlar musiqi ilə bir xəstəliyi müalicə edir, ancaq bədənin digər üzvlərinə zərər yetirdiklərindən xəbərsizdirlər. Xəstəliyi müşahidə edərkən dərhal resept yazan həkimlər kimi. Onlar həmin xəstəliyi müalicə edirlər, bir halda ki, o dərmanın törətdiyi xəsarətlərdən xəbərsizdirlər. Ola bilər ki, dərmanın bu zərəri ilə öncəkindən daha ağır bir xəstəlik bədənə əlavə edilə bilər. Misal üçün, müxtəlif kodeinlər və kapsulalar və digər kimyəvi dərmanları göstərmək olar.

           Musiqi və bir sıra kimyəvi dərmanların acı təsirləri
          Keçmişdə bir çox dərmanlar üzərində manevr edir və onu yeni elmi ixtira hesab edir və həmin dərmanı geniş miqyasda təbliğ, reklam edirdilər (eynilə musiqi ilə müalicə kimi). Lakin bir neçə ildən sonra həmin dərmanı xəstələr üzərində yoxladıqda, o zaman onun hətta öldürücü zərərlərinin olmasını əldə etdilər. Nümunə olaraq Ekstazi həbini misal vururuq. Psixiatrlardan bəzisi kəskin düşkünlüyə düçar olmuş xəstələrə, bu həblərdən istifadəni məsləhət görürdülər. Bir neçə il keçdikdən sonra isə, Ekslə müalicə olanlar, ruhi xəstəliyə düçar oldular. Onların bəziləri dəlixanaya ötürüldü və ya bu dərmanlara vərdiş etdilər.
Eləcə də, müxtəlif xəstəliklərin qarşısını almaq üçün istifadə edilən antibiotiklər də bu qəbildəndir. Hazırda bu nəticəyə yetişmişlər ki, bunlar böyrək xəstəlikləri üçün təhlükəlidir. Həmçinin, bel ağrısı və artrit üçün istifadə edilən, ağrıkəsicilər, böyrəklərin iş qabliyyətini itirməsinə gətirib çıxara bilər. Eyni halda, yeni tədqiqatlar göstərir ki, ağrıkəsicilər ortayaşlı və yaşlı kişilərin cinsi fəaliyyətində aydın çatışmazlıqlar yaradır. Asperin, Stamonefin, İborofen və narkotik Amoftamin maddəsindən hazırlanan arıqlama həbləri bu dərmanlar sırasındadır. Amoftamin aclığı fərddən uzaqlaşdırır və tədricən həmin şəxs arıqlayır. Tərkibindəki narkotik maddə istifadəçini arıqladaraq, özünə bağlı vəziyyətdə saxlayır və sonda isə, vərdiş etmiş bir narkoman halına gətirib çıxarır. Vaxtilə bu dərmanlar çox reklam edilirdi. Habelə, illərlədir ki, enerji yolu ilə müalicə reklam edilir, hansı ki səhiyyə nazirliyi zahirən faydalı olan bu əməlin mənfi təsirləri haqda xalqa xəbərdarlıq edərək bildirmişdir ki, enerji yolu ilə müalicə, xəstələrin müalicəsində çatışmazlıqlara və onların elmi müalicələrinin gecikməsi və ya dayanmasına səbəb olur. Ölkənin səhiyyə nazirliyi bildirdi ki, ölkədə xəstəxanalarda yatan xəstələrin 8%-i dərmanın zərərindən yaranan xəstəliklə xəstəxanalara daxil olurlar.
Demək istədiyimizi budur ki, təsdiq edilən dərmanların bir çoxu, zərərlərə malikdir. Bu zərərlər zaman ötdükcə (insanlar dəyişdikcə) üzə çıxır. Çox güman ki, musiqi ilə müalicə də, yuxarıdakı nümunələr və yüzlərlə başqa nümunələr kimi, uzun illər ötdükdən sonra öz mənfi təsirlərini üzə çıxarda bilər.

QƏLBİ GÜNAHLAR VƏ CİSMİ XƏSTƏLİKLƏR

     Ruhla cisim bir-biri ilə sıx əlaqədə olduğundan, ruh xəstəliyə düçar olduğu zaman, cismə də sirayət edəcəkdir. Platon deyir: «Həkimlərin ən böyük səhvi budur ki, ancaq cismi sağaltmaq əzmindədirlər, hansı ki, fikrə və ruha şəfa vermək haqda bir an da belə düşünmürlər. Halbuki, fikir və cisim bir-birilə sıx əlaqədədir. Bu baxımdan onları ayrı-ayrı düşünmək və ayrılıqda müalicə etmək olmaz».
     Cəsarətlə demək olar ki, ruhi çatışmazlıqlar və xəstəliklərin qaynağı, qəlbi günahlar və əxlaqsızlıqlardır. İslam dininə əməl olunaraq qəlbi günahlar insandan silinər və ya azalarsa, bir çox cismi xəstəliklər aradan gedəcəkdir. Misal olaraq, İslam dininin məzəmmət etdiyi bir sıra günahlara nəzər yetirin.
     Paxıllıq, eqoistlik, təşviş (iztirab), ümidsizlik (məyusluq) və s. Diqqətinizi alimlərin bu barədə söylədiklərinə yönəldirəm.
     «Mayo» klikinakında çalışan doktor «Elvariz» deyir: «Mədə yaralarının azalıb-çoxalması bir çox hallarda, daxili həyəcanın azalıb-çoxalması ilə birbaşa əlaqədədir». Bu söz, mədə ağrısından şikayətlənən klinikaya müraciət etmiş 15 min xəstə üzərində keçirilmiş sınağa əsaslanır. Məlum olmuşdur ki, əsasən qorxu, iztirab, paxıllıq, yüksək eqoistlik, mühitlə uyğunlaşmamaq mədə xəstəlikləri və yaralarının başlıca səbəblərindəndir. Müraciət edənlərin beşdə bir hissəsinin mədə yaralarının heç bir tibbi səbəbi yox idi. Bunu da qeyd edək ki, mədə yarası təhlükəli xəstəliklər sırasında beşinci yerdə durur.
     Doktor Uilyam M.G. ABŞ həkimlər birliyində bəyan etdi ki, təşviş dişlərin çürüməsinə səbəb olur. Eləcə də qeyd etdi ki:
     «Təşviş, qorxu və nıqqıltıya səbəb olan duyğular və həyəcanlar, bədənin kalsiumunun müvazinətinin itirilməsinə səbəb olaraq, dişləri çürüdür».
     Doktor Frevuş «yüz yaşamaq üçün yüz məsləhət» kitabında yazır: 
     Ümidsizlik düşkünlüyə səbəb olur, düşkünlük isə, bədənin müqavimət sistemini zəiflədərək, sonda müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.
     Dünyanın yüz minlərlə insanı düşkünlüyə düçardırlar (bunun başlıca səbəbi ümidsizlikdir). Araşdırmalar göstərir ki, güclü düşkünlük bəşər ömrünün azalmasına gətirib çıxarır. («Yüz yaşamaq üçün yüz məsləhət», səh. 135)
     İslam dini ruhi xəstəliklər barəsində heyrətamiz sözlər buyurmuşdur. (Qəlbi günahlar haqda dəyərli kitablardan biri də, Şəhid Dəstgeybin «Qəlbi səlim» kitabıdır. Müəllif bu barədə deyir: Qəlbi səlim və böyük günahlar kitabı mənim ömrümün bəhrəsidir.)
     İslam bu haqda o qədər zərif, dəqiq və mahiranə məsləhətlər vermişdir ki, bu nurani göstərişlərə əməl edən hər kəs, təkcə ruhi, psixoloji və onun ardınca cismi baxımdan deyil, həm də İslamın dəyərli qanunlarına riayət etməyənlərdən xeyli irəliyə düşəcəkdir.

     
Müəllif: Mehdi Tahiri

Category: Diger me'lumatlar | Baxış: 1523 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]