Bazar günü, 2024-12-22, 10:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 21 » Müsəlmanların eyiblərini araşdırmayın!
10:09 PM
Müsəlmanların eyiblərini araşdırmayın!

İnsan Allahın mükəmməl bir şəkildə yaratdığı varlıqdır. Buna baxmayaraq bəzən bilərəkdən, bəzən də bilməyərəkdən əxlaqa, dinə, qanunlara zidd hərəkətlər edirik. Mehmanı olduğumuz dünyada demək olar ki, hamının belə rəftar etməsi adi hal alsa da, yenə mümkün qədər davranışlarımıza diqqət etməliyik. Bu barə-də aləmlərə rəhmət olaraq göndərilən əziz Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurub: "Bütün insanlar səhv edir, onların ən xeyirlisi isə səhvindən dönən-dir".

Müqəddəs dinimiz İslam insanları hörmətdən salmaq məqsədiylə  günahlarını və eyiblərini cəmiyyət içində sadalamağa və onların şəxsi həyatlarını, ailə məh-rəmiyətlərini açan hərəkətlərə icazə vermir, bu cür davranışları əxlaqsızlıq kimi qəbul edir. Qurani-Kərimdə də insanların eybinin araşdırılması qadağan olunmuşdur ("Hucurat", 12).

Deməli, İslam mənfi hərəkətlərin araşdırılması və aşkar edilməsinin deyil, gizlədilməsinin tərəfdarıdır. Həzrət Məhəmməd (s) "bir bəndə bu dünyada başqa-sının eybini gizlətsə, Qiyamət günündə Allah da onun eybini gizlədər" , -bu-yurmuşdur. Bundan əlavə, əziz Peyğəmbərimiz eyb axtaranların zəif imanlı kəs-lər olduğunu da qeyd etmişdir: "Ey diliylə inanıb hələ ürəklərinə iman girmə-yənlər! Müsəlmanların qeybətini etməyin. Onların eyblərini araşdırmayın. Kim onların eyiblərini araşdırsa, Allah da onun xətalarını araşdırar. Allah kimin eybini araşdırsa onun evinin içində olsa belə sirrini açar, pərişan edər." Həzrət Əli (ə) də dəfələrlə öz hədislərində belə insanların sirrinin Allah tə-rəfindən açılacağını buyurmuşdur.

İndi düşünəcəksiniz ki, axı yuxarıda deyilənlərin nə zərəri ola bilər, bəlkə əksinə, insanların davranışlarında daha diqqətliliyə səbəb olar. Əlbəttə, bun-da da haqq payı var. Amma diqqətlə araşdırsaq görərik ki, bu məsələnin zərəri xeyrindən çoxdur. Birincisi, eyiblərin araşdırılıb ortaya çıxarılması insanla-rı bir-birindən soyutmağa, aralarında kin və düşmənlik toxumları əkməyə, pis-liklərin yayılmasına səbəb olar.

İkincisi, gizli qalmış qüsurların açıqlanması, hər kəsə eşitdirilməsi tədricən günahın adiləşməsinə, cəmiyyətdə utanma duyğularının yox olmasına, ictimai idarənin azalmasına və beləcə əxlaqsızlığın sürətlə yayılmasına gətirər.

Həzrət Peyğəmbərimiz və imamlarımız heç kəsin eybini araşdırmamış və araşdı-ranları da şiddətlə qınamışdır. Necə ki, Həzrət Əli (ə) buyurur: "Başqalarında eyb axtarmaq ən pis eyb və günahdır". İmam Baqir (ə) isə buyurur: "Mömin mömi-nin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur."

Digər tərəfdən, təsəvvür edin, günahkar adam bir zaman elədiyi xətasına görə tövbə edir və Allah da qəbul edir. Bir düşünün, bu zaman dedi-qoduçu, fəsadçı və eyibləri  araşdıran kəslərin aqibəti necə olacaq?

Bir vacib məsələni də qeyd edim ki, öz günah və qüsurlarını laqeydcəsinə baş-qalarına izah etmək də dinimiz tərəfindən qadağan edilmişdir. Bu hərəkəti edənlər Allaha, Onun Rəsuluna, İmamlara və möminlərə saymamazlıq edir, pislik-lərini yaxşılıq, günahlarını savab, xətalarını fəzilət sayır. Beləliklə, güna-hın cəmiyyətdə yayılmasına, onun normal bir davranış hesab edilməsinə səbəb olur.

Əziz möminlər! Gəlin əvvəlcə öz qüsur və səhvlərimizi axtaraq, onları aşkar etməkdən həya edək və imkan dairəsində düzəldək. Çünki müqəddəs dinimizə görə ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz səhvlərini görməsin. Başqalarının nə qədər xətalarını örtə bilsək, axirət günündə o qədər səhvləri-mizin gizlədiləcəyini düşünək və müqəddəs dinimizdə sirri ifşa etmənin deyil, əksinə gizlətməyin məqbul olduğunu əsla unutmayaq: "Ən pis adam səhvi bağışla-mayan və eybi örtməyəndir" (İmam Əli (ə)).

 

Emilya Tağıyeva 

faktxeber.com

islamaz.com

Category: Diger me'lumatlar | Baxış: 865 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]