Bazar günü, 2024-12-22, 2:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 20 » Müsəlman qadını və gözəllik müsabiqəsi
9:14 AM
Müsəlman qadını və gözəllik müsabiqəsi
   İslama görə qadın gözəlliyinin davamlığı onun hicabında, iffət və namusunun qorunmasında, özünü naməhrəm baxışlardan qorunmasında və başqalarını günaha salmaqdan çəkinməsində cəmləşir.

    Müsəlmanlar bu ruhda tərbiyyə olundu və bu ruh ilə də İslamı bizə gətirib çıxardılar. Bəs biz? Axı biz də özümüzü müsəlman adlanıdır, İslamın keşiyində durduğumuzu iddia edirik.  Qadın və kişi hüquqlarının bərabərliyindən dəm vurub dünyanın " mədəniyyət" tələsinə düşdük biz müsəlmanlar. Qadınlarımızın başını açıb onları " gözəllik müsabiqələrinə" göndərdik. Sonra da qeyri-müsəlman münsiflərin onların bədənlərinə baxaraq, toxunaraq ölçü götürmələrinə də göz yumduq.
   Müsabiqənin qalibi olduqda isə bununla qürur hissi keçirib şəkillərini ağıla gələn və gəlməyən yerlərə vurduq. Axı "birinci"  olmuşuq!
   Nə tez unutduq Fatimə (ə) iffətini? Bir vaxtlar evinə gələn kor səhabədən özünü gizlədən Fatimədən. Atası - Allah peyğəmbəri (s.ə.s) ondan :" Qızım, onun ki, gözləri görmür, nə üçün hicabını taxdın?" soruşduqda ; "Mən ki, onu görürəm" - deyə cavab verən Fatimədən.
   İslamda qadının öz yeri var idi, kişinin öz yeri. Amma bu "Azadlıqpərəst" təşkilatının sayı göbələk kimi artmağa başladığı gündən qadınlar onlara aid olmayan reklam çarxlarına çəkilməyə başladılar.
   Dünya ticarəti "Biznes qanunu" adlı yeni hiyləyə əl atıb qadınların alt paltarlarını onların özləri ilə nümayiş etdirib bunu müsəlman ölkələrinə də öyrətdi. Ey qadın hüquqları təşkilatına rəhbərlik edən "qadın" rəhbərlər! Harada qaldı sizin qadınlıq heysiyyətiniz ki, istifadə olunan qadın bezləri aşkar şəkildə televizorlarda reklam olunur, siz isə ailənizlə birlikdə maraqla onları izləyirsiniz?! Tutaq ki, qadın zəifliyi buna yol vermir. Bəs namus keşikçiləri olan müsəlman kişilər?! Harada qaldı sizin Əli (ə) qeyrətiniz?
   Gözəllik müsabiqələri dünya da 1900-cu ildən təşkil olunur. 1926-cı ildə bu rüsvayçı müsabiqə müsəlman ölkəsi Türkiyyədə keçirilirdi. 1929-cu ildə isə rəsmi təşkilat yaradıldı.
    Yarışmanın nizamnaməsində deyilirdi; "  Gözəllik müsabiqəsində 16-25 yaşlarında namuslu türk qızları iştirak edə bilər, bar qızlarının yarışmada iştirakına icazə verilmir. 1929-cu il sentyabrın 2-3 - də keçirilən gözəllik müsabiqəsinin qalibi Feriha Tevfik olur.
   Ərəb dünyası, idman, mədəniyyət, elm və texnika sahəsində sivil ölkələrə ayaqlara bilməsə də, gözəllik müsabiqələri təşkil etməkdə heç də onlardan geri qalmırlar. 2006-cı ildən ərəb ölkələrində gözəllik müsabiqələri keçirilməyə başlandı. İlk müsabiqə Misirin turizm şəhəri olan Şərəmuş-şeyx şəhərində keçirilir. Düzdü, hələ ki, İslamı geyim və hicaba riayət olunur, amma hər şey elə bu çür adiləşir. Bu gün öz gözəlliyini müsəlman münsiflərinin qarşısında nümayiş etdirən müsəlman qadınları səhəri gün dünya səviyyəli müsabiqələrdə özlərini sınamaq qərarına gələcəklər. Müsabiqədə iştirak etmək istəyən müsəlman qadını 18-24 yaşlarında, 50 kq çəkidə, ali təhsilli və müsəlman dövlətlərinin birinin vətəndaşı olmalıdır. Bununla yanaşı, müsabiqə iştirakçısı ən azı, bir xarıcı dildə danışmağı bacarmalıdır. Müsabiqəyə qatılmazdan əvvəl müsəlman gözəlləri onlara verilən blankı doldurmalı və özləri barədə ətraflı məlumat verməlidirlər. Bundan sonra müsəbiqədə iştirak etmələrinin səbəbini qeyd etməli və komissiya bədənlərini bütünlükdə örtən xüsusi çimərlik paltarlarında şəkillərini göndərməlidirlər.
   Gözəllik müsabiqələrinin keçirilməsi müsəlman ölkələrində ciddi narazılığa səbəb olsa da ərəblər bunun öhdəsindən gəlirlər.

 Bir anlıq özünə gəl, ey müsəlman ümməti! Göz səni Fatimədən (ə), Zeynəbdən (ə) nə qədər uzaq saldılar!


Category: Bezi meslehetler | Baxış: 1298 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]