Şənbə günü, 2024-11-23, 12:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 10 » Mürtəd!!!
8:51 AM
Mürtəd!!!
 
Mürtəd!!!
 
Mürtəd - İslam dinindən çıxaraq digər dinlərə yönələn şəxslərə deyilir. Onlar əsasən, iki dəstəyə ayrılırlar: fitri mürtədlər və milli mürtədlər.
 Fitri mürtəd - ata, anası, yaxud onlardan biri, həmçinin yetkinlik yaşına çatan özüdə müsəlman olan, amma sonradan İslamdan imtina edən şəxslərə deyilir.
 
 Milli mürtəd - əvvəllər kafir olan, sonradan İslamı qəbul edən və sonda yenidən İslamdan imtina edən şəxslərə deyilir. Şəriətdə hər iki dəstənin özünəməxsus hökmləri vardır. Lakin onların arasında başlıca fərq etdikləri tövbə ilə əlaqəlidir.. Belə ki, milli mürtədlər dəstəsinə aid olan şəxslərin tövbələri qəbul olunur, fitri mürtədlər isə tövbələri qəbul olunmadan İslam qanunlarına əsasən edam olunurlar. Əgər nigah bağlandıqdan sonra kişi mürtəd olarsa, həyat yoldaşı ona haram olur. Əgər cinsi yaxınlıqda olan qadın yaisə (aybaşı olmayan( və uşaq deyildisə, talaq iddəsində deyildiyi kimi, vəfat iddəsi gözləməlidir. Əgər cinsi yaxınlıqda olmayıb yaisə, yaxud uşaq olarsa, yenə də ehtiyata əsasən, vəfat iddəsini gözləməlidir.
 
Əgər iddə əsasında kişi tövbə edib həyat yoldaşı ilə birlikdə yaşamaq istəyirsə, yenidən kəbin kəsilməlidir, əksinə, ayrılmaq istəyirsə, talaq verilməlidir.
 
Category: Diger me'lumatlar | Baxış: 895 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]