Bazar günü, 2024-12-22, 11:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 1 » Mübahilə günü
3:30 AM
Mübahilə günü
 
«Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək!”
Zilhəccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilədir. Hicri 10-cu ildə, Həzrət Peyğəmbərlə (s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərir. Bu heyət Həzrətlə (s) mübahisə edir və tutarlı dəlillərə rəğmən, yenə də, Peyğəmbər (s) peyğəmbərliyini qəbul etmirlər. Həzrət İsanın (ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirdilər.
Peyğəmbərin dəlilləri müqabilində yenə də təəssübkeşlik edən məsihilər barədə Həzrət Rəsuləllaha (s) ayə nazil olur : "(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsu, 61) Bu ayə tarixə "Mübahilə” ayəsi kimi düşüb. Mübahilə kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir.

Peyğəmbər məsihilərə (s) bu təklifi verdikdə, onlar möhlət istədilər və Peyğəmbər (s) razılaşdı. Məsihilər belə qərara gəldilər ki, əgər, Peyğəmbər (s) bir ordu ilə gəlsə, mübahiləyə razılaşsınlar, əgər, öz yaxınları ilə gəlsə - çəkinsinlər. Zilhəccə ayının 24-ü təyin olunmuş vaxtda Həzrət Peyğəmbər (s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir. Bununla Həzrət (s) Allahın tapşırığına əməl etmiş olur: ayədəki "oğlanlarımız” kəlməsindən məqsəd Həsən (ə) və Huseyn (ə), "qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra (s.ə.), Peyğəmbərin (s) özü kimi təqdim edilən şəxs isə – Həzrət Əlidir (ə).

İlk öncə Peyğəmbər (s) buyurur: "Mən dua edim, siz "amin” deyin.” Xristiyanların başçısı isə: "Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”. Beləliklə də məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qaldılar.

Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin (s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.
Peyğəmbərin (s) Əhli-Beyti (ə) Əli (ə) Fatimə (s.ə), Həsən (ə) və Huseyndən (ə) ibarətdir, və ayədəki "qadınlarımız” ifadəsi onu göstərir ki, Peyğəmbər Əhli-Beytinə (ə) daxil olan yeganə qadın Həzrət Fatimədir (s). Digər cəhətdən "özlərimiz” ifadəsinin işlənməsi və Peyğəmbərin (s) özü ilə Həzrət Əlini (ə) gətirməsi bu iki şəxsin bir can kimi olduğunu göstərir. Ayədəki "oğullarımız” ifadəsi isə İmam Həsənlə (ə) İmam Hüseynin (ə) Peyğəmbərin balaları, nəslinin davamçıları olduğuna işarə edir.
"Mübahilə” günü, müsəlmanlar haqqın batil üzərində növbəti qələbəsini qeyd edirlər.
ahlibeyt.az

Category: Diger me'lumatlar | Baxış: 857 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]