Bazar günü, 2024-12-22, 8:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 28 » Mübahilə
2:17 PM
Mübahilə
Mübahilə - ərəb dilində tərəflərin bir-birinə qarğış etməsinə deyilir. Quran terminologiyasında isə mübahilə Allah dərgahından haqlı tərəfə dua edib haqsız tərəfin lənətlənməsinə deyilir.

Hz. Muhəmməd (s.ə.s)  peyğəmbərliyini elan etdiyi zaman Nərcan məntəqəsində nəsrani (məsihi) dininə mənsub və milliyyətcə ərəb olan Haris ibn Kəb qəbiləsi yaşayırdı.

Məzhəbindən asılı olmayaraq, demək olar ki, bütün təfsir alimləri "Ali-İmran" surəsinin 61-ci ayəsi haqqında eyni açıqlama vermişlər.

Ayənin təfsirində deyilir: Onlar Nərcana Yəməndən köç edən qəbilələrdən idilər. Cahiliyyət dövründə onların bir hissəsi "yəğus" adlı bütə pərəstiş edər, bir hissəsi isə Məsihi dininə mənsub olardı. Məsihi dininə mənsub olan nərcanlı ərəblər İsa Peyğəmbəri (ə) müqəddəs üçlükdən (müqəddəs ata, müqəddəs oğul və müqəddəs ruh) biri hesab edər və Qurani-Kərimdə onun peyğəmbərliyi və Adəm peyğəmbərtək atasız dünyaya gəlişi barədə verilən xəbərləri əsla qəbul etməzdilər. Bunu qəbul etməməklə yanaşı, onlar Hz. Muhəmmədin (s.ə.s) peyğəmbərliyinidə inkar edər və onu gözdən salmaq üçün dediklərinin yalan və uydurma olduğunu camaata təbliğ edərdilər. Belə bir şəraitdə Hz. Muhəmmdə (s.ə.s) öz həqqaniyyətini sübuta yetirmək üçün Allahın əmri ilə onları mübarizə meydanına çağırır. "Ali-İmran" surəsinin 61-ci ayəsi nazil olur və onları mübahilə meydanına çağırır. "(İnsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübarizə edənlərə de:" Gəlin bizdə öz oğlanlarımızı, siz də öz oğlanlarınızı, biz də öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahdan lənət etməsini istəyək!".

Məsihi alimləri Peyğəmbərin (s.ə.s) təklifini qəbul edir və səhəri gün qərar qoyduqları yerə gəlirlər. Çox keşmir ki, Peyğəmbərin (s.ə.s) qızı Fatimə (ə), əmisi oğlu Əli ibn Əbu Talib (ə) və onların oğlanları Həsən və Hüseynlə (ə) birlikdə gəldiyini görürlər. Nərcanlılar Peyğəmbərin (s.ə.s) və onun yanındakıların israrlı və əmin olduqlarını görüb mübahilə etməkdən imtina edirlər və Peyğəmbərə (s.ə.s) cizyə (vergi) verərək yaşadıqları yerdə qalmaqlarına icazə verməsini xahiş etdilər. Peyğəmbərdə (s.ə.s) onların təklifini qəbul edir. Zəxşəri və Fəxri Razi aəyə verdikləri açıqlamada daha sonra deyirlər:" Mübahilə ayəsinin ardınca Peyğəmbərin (s.ə.s) Əhli-Bəytin şənində başqa bir ayədə nazil oldu. Bu, "Əhzab" surəsinin 33-cü ayəsi idi".


"Ey Əhli-Bəyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ("Əhzab" surəsi, ayə 33)


Category: Diger me'lumatlar | Baxış: 919 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]