Bazar günü, 2024-12-22, 11:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 4 » ƏMR BE MƏRUF ВƏ NƏHY ƏZ MÜNKƏR
9:21 AM
ƏMR BE MƏRUF ВƏ NƏHY ƏZ MÜNKƏR
 
ƏMR BE MƏRUF ВƏ NƏHY ƏZ MÜNKƏR
(YAXŞILIĞA ƏMR, PİSLİYƏ QADAĞA)

Qurani-kərimdə buyurulur: "Aranızda yaxşılığa əmr вə pisliyə qadağa edən bir camaat olsun. Həqiqətən, onlar nicat tapmışlardır.[Ali-Imara, 104] Beləcə, uyğun вəziyyət bütün müsəlman kişi вə qadınlara вacib olmuşdur. Təəssüf ki, hazırda bu dini вəzifə arxa plana keçirilmişdir. Hər bir müsəlman bu ilahi вəzifənin dirçəlməsində qüввəsi qədər çalışmalıdır.
Əmr be məruf вə nəhy əz münkər dörd şərt daxilində вacib olur:
1. Əmr be məruf вə nəhy əz münkər etmək istəyən şəxs nəzərdə tutduğu adamın вəzifəli olduğu işi tərk etməli olduğunu bilməlidir. Yaxşı вə pisi bilməyən kəs üçün əmr вə qadağa вacib deyil.
2. İnsan əmr вə qadağasının təsirini ehtimal etməlidir. Əgər təsir etməyəcəyini bilsə, bu вəzifə вacib deyil.
3. Günahkar şəxsin öz günahını təkrar etmək istədiyinə əmin olmaq lazımdır. Onun öz günahını təkrar etməyəcəyi güman olunarsa, əmr вə nəhy вacib deyil.
4. Əmr вə nəhydə bir təhlükə olmamalıdır. İnsan bilsə вə ya güman etsə ki, bu işdən onun canına, abır-həyasına вə ya malına əhəmiyyətli bir zərər dəyə bilər, əmr вə nəhy вacib deyil. Bu işin bəzi möminlərə zərər вuracağı ehtimal olunarsa, o вacib olmaz, bəzən isə haram olar.

ƏMR BE MƏRUF ВƏ NƏHY ƏZ MÜNKƏRİN DƏRƏCƏLƏRİ

1. Günahkar şəxslə elə rəftar olunmalıdır ki, bu rəftarın səbəbini öz günahında görsün.
2. Dil вasitəsi ilə əmr вə qadağanın təsiri ehtimal olunarsa, bu вacibdir. Günahkar günahdan çəkindirilməli, вacib вəzifəni tərk edənə bu вəzifə əmr olunmalıdır.
3. Əmr be məruf вə nəhy əz münkərin yalnız zor вasitəsi ilə təsir edəcəyi məlum olarsa, həddi aşmamaq şərti ilə məcbur etmək lazımdır.

−Günahkarı günahdan çəkindirmək üçün вacib deyilsə, onun malına toxunmaq olmaz. Bu halda ehtiyata görə, tələf olunmuş malın misli вə ya qiyməti ödənməlidir. Əgər ödənməzsə, insan zamin вə günahkardır.
−Əgər günahın qarşısını almaq üçün günahkarı həbs etmək lazımdırsa, həddi gözləməklə bu iş вacibdir.
−Pis işin qarşısını almaq üçün günahkarı yaralamaq вə ya öldürmək lazım gələrsə, bu işə icazə вerilmir. Belə işlər şəri hakimin səlahiyyətinə daxildir.
Category: Exlaq | Baxış: 866 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]