Bazar günü, 2024-12-22, 9:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 20 » "Mövlud Günü"nün əməlləri
11:01 PM
"Mövlud Günü"nün əməlləri
Xəbər verdiyimiz kimi, qarşıdan İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) mövlud günü gəlir. Mövlud - İslam Peyğəmbərinin (s) doğum günü deməkdir. Bütün İslam dünyası bu günü böyük bayram günü kimi qeyd edir. Biz də bunu nəzərə alaraq, bu günün əməllərini dəyərli oxucularımızın diqqətiinə çatdırırıq.

"Mövlud Günü"nün əməlləri:

1. Qusl almaq.

2. Oruc tutmaq. Bu günün orucu çox fəzilətlidir. Rəvayət olunur ki, bu gün kim oruc tutsa, Allah ona bir il tutulan orucun savabını yazar. Bu gün - bütün il boyu oruc tutmaq savabına bərabər olan dörd gündən biridir.

3. Peyğəmbərin (s) ziyarəti. Bu gün həm yaxından, həm də uzaqdan Peyğəmbərin (s) ziyarəti çox fəzilətlidir.

4. Həzrət Əlinin (ə) ziyarəti.

5. İki rükət namaz qılmaq: Günəş qalxandan sonra iki rəkət namaz qılmaq. Namazın hər rükətində "Həmd" surəsindən sonra 10 dəfə "Qədr", 10 dəfə də "Tövhid" surəsini oxumaq. Namazdan sonra bu duanı oxumaq: اللّهمّ انت حىّ لا تموت( "Allahummə Əntə Hayyun, Lə təmut" - tərcümə: "Allahım, Sən həmişə hazırsan, dirisən, heç vaxt ölməzsən")

6. Bu günü əzəmətli bilmək. Lazımdır ki, bu günü müsəlmanlar əzəmətli və dəyərli bilsinlər. Və yüksək səviyyədə qeyd etsinlər. Xeyriyyə işləri etsinlər, sədəqələr versinlər. Möminləri sevindirsinlər. Məşhəd şəhərini ziyarət etsinlər.

Emin Nasir,
/Deyerler.org/

Category: Diger me'lumatlar | Baxış: 1699 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]