Bazar günü, 2024-12-22, 2:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 7 » Modern, QLOBALLAŞMA
4:02 AM
Modern, QLOBALLAŞMA
Modern, QLOBALLAŞMA
    Arxada qoyduğumuz və yaşadığımız əsrdə əsas müzakirə obyektinə çüvirən məsələlərdən biri də qloballaşma mövzusudur.
    Qloballaşma mövzusu yeni olsa da, onun ideal nümunəsi 15 əsr bundan əvvəl Həzrət Muhəmmədin (s) əməllərində göstərilib. Quran bu cərəyanın meydana gəlişini belə açıqlayır: "  Biz səni başqa şey üçün deyil, yalnız aləmlərə rəhmət olaraq göndərdik".
    Lakin müasir dünyada müzakirə olunan qloballaşma İslamın təqdim etdiyi qloballaşmadan təmamilə fərqlənir.

    İslam - mərhəməti, sevgini, ədaləti, bərabərliyi, rifahı, asayişi, sülh və əmin-amanlığı qloballaşdırdığı halda, modern dünya zülmü, ədalətsizliyi, müharibələri, düşmənçilikləri, böhranı, infiyasiyanı və iztirabla dolu həyat tərzini qloballaşdırdı. Müasir dünyamızda nəşr olunan bir aylıq qəzeti alıb onun başlıqlarına diqqət yetirin. Orada ən çox bu sözlərlə qarşılaşacaqsız: " Müharibə, qarşıdırma, böhran, borc, infiyasiya, ixrac, idxal, silah satışı, silah istehsalı və s". Bu da modern dünyanın təqdim etdiyi qloballaşma. Dəyər və mənəviyyatın adına belə  rast gəlmək olmur. Çünki dəyərin yerini "qiymət" adlı təmamilə başqa bir məfhum tutmuşdur. İnsan satdığı mala qiymət qoya bilər.Bəs nəyəsə dəyər vermək? Dəyərin özünə necə, qiymət qoymaq olarmı? Əsla! Çünki dəyər satılmaz!
    Qiyməti olanlar satılar, satıldıqca da azalar. Lakin dəyəri olanlar nə satılar, nə də onlara qiymət qoyular. Sərf olunduqca da artaraq çoxalar. Ədaləti, mərhəməti hansı qiymətə sataq? Onlar satılmaz! Çünki onların dəyərini Allah müəyyən etmişdir. Bunun üçün də başqalarına sevgi, mərhəmət göstərdikcə, haqq-ədalətə riayət etdikcə onlar daha da artar, çoxalar. Deməli, modern qloballaşmada dünyamız dəyərini deyil, qiymətlərin dünyasına çevrildi. Bunun üçün də burada insana qiymət qoyaraq "qiymətin neçəyədir?" kimi suallar ortaya çıxdı.
    İndi isə gəlin qloballaşan dünyada təsis olunan BMT adlı təşkilatın 2001-ci ildə apardığı hesabata nəzər salaq. Dünya ölkələrinin illik gəliri 30 trilyon dollar təşkil edir ki, bunun da 24 trilyon dolları dünya ölkələrinin 16% payına düşür. Yəni dünya gəlirinin 84%, dünya ölkələrinin yalnız 16%, yerdə qalan 6 trilyon dollar isə dünya əhalisinin 84% payına düşür. Budurmu sivil dünyanın dəm vurduğu ədalət? belə "əxlaqa" sahib olan insana israfı başa salmaq olar? Əsla! Çünki bundan əvvəl o, ixtiyarında olan sərvətin əmanət olduğunu başa düşməlidir.
    Gəlin hesabata qayıdaq. İsverçrədə adambaşına illik gəlir 40 000 dollar təşkil etdiyi halda (Avropa dövlətlərinin bir çoxunda belədir), bu rəqəm Banqladeşdə cəmi 80 dollar, Birmada isə 57 dollar civarındadır. dünyanın 82 ölkəsində hər il 8000 milyon insan aclıq şəraitində yaşayır. Təkcə 2000-ci ildə dünyada 90 milyon insan aclıqdan dünyasını dəyişmişdir.
    Bəs İslam? İslamın şüarı budur:" Qonşusu ac yatan bizdən deyil!" 
    Rəqəmlərə davam edək. dünya ölkələrində borc böhranı üzündən hər gün 19000 uşaq dünyasını dəyişir. Bunu övladı olanlar daha yaxşı başa düşər. Bir anlığa düşünün. O uşaqlardan biri də bizim övladlarımız ola bilər. Əfqanıstanda dünyaya gələn uşaqların 1/4, Nigeriyada isə 3/1-i beş yaşına  çatmadan dünyasını dəyişir. dünyanın ən varlı 358 ailəsinin illik xərci dünya əhalisinin 1/3-nin illik xərcini təmin edə bilər. Su çatışmazlığından hər il 30 milyon insan dünyasını dəyişir. Bunun müqabilində hər il çirkab suların təmizlənməsi üçün cəmi 7 molyard vəsait xərclənir. Halbuki Avropa ölkələrində hər il itlərin saxlanmasına 17 milyard pul sərf olunur.
   Biz belə qloballaşan dünyada silaha, pozğunluqlara, qumara və havanın çirkləndirilməsinə sərf olunan pullardan söz açmadıq. Sözümüz, söhbətimiz çoxdur.
     Ardını  gələn sayda gözləyin.
 Nə olacağımızı görə bilmək üçün nə olduğumuzu bilməyimiz gərəkdir.

    
Category: Diger me'lumatlar | Baxış: 888 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]