Cümə günü, 2024-05-03, 11:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 4 » Milçək quşunun dilinin sirri açıldı
11:07 PM
Milçək quşunun dilinin sirri açıldı

Milçək quşunun dilinin sirri açıldı

 

 Alimlər aydınlaşdırıblar ki, milçək quşları bilavasitə necə su içirlər. Bu kiçicik quşlar gün ərzində öz kütlələrindən 14 dəfə çox çiçəklərdən şirə çəkə bilirlər.Məlum olub ki, təhqiqatçıların indiyə qədər müdafiə etdikləri damar hipotezi düzgün deyilmiş. Müəlliflər öz nəticələrini "Proceedings of he National Academy of Scinces" jurnalında dərc etdikləri məqalələrində təqdim ediblər, onlar haqqında qısaca olaraq "The Nevv York Times" qəzeti yazır.
Milçək quşlarının damar effektliyindən istifadə edərək suyu çəkmək fərziyyəsi 1833-cü ildə deyilmişdir və bu vaxta kimi mütəxəssislər bu fərziyyəyə yenidən baxmamışlar. Yeni işin müəllifləri qərara alıblar ki, yaranmış vəziyyəti eksperiment yolu ilə həll etsinlər - onlar çiçəyin maketini düzəldib, içərisinə itiçəkilişli cihaz yerləşdiriblər.
Alimlər müxtəlif növlərə aid 30 quşun necə şirə cəkmələrini qeydə alıblar. Əlavə olaraq 20 ölü quşun dil qurluşunu təhqiq ediblər. Öz işlərinin yekununda alimlər , quşların necə su içmələrini aydınlaşdıran yeni model təqdim ediblər.

deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 849 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]