Cümə axşamı, 2024-12-26, 4:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 26 » Mehemmed Mehemmedi İştiharidi
9:38 PM
Mehemmed Mehemmedi İştiharidi
 
 
İSLAM QANUNLARINDA QADINLA KİŞİ NİYƏ FƏRQLƏNDİRİLİR?
 

İslam dinində bəzi mövzularda qadınla kişi arasında qanun və hökm cəhətindən fərqlər mövcuddur. Məsələn; qadın qazi, rəhbər və şər’i hakim ola bilməz. Kişi öz həyat yoldaşını boşaya bilər, lakin qadın bunu edə bilməz. Qadın öz qardaşlarına apardığı irsin yarısına malik olur, qadına cihad vacib deyil və s. Soruşurlar ki, bu fərqlər nə üçündür? Bu, qadın məqamının kişidən aşağı olmasına dəlil deyilmi? Bu sualın cavabını bilmək üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır. 1. Qadın və kişinin vücudunun təbiəti və yaradılışı fərqlidir. Bunu elm və təcrübə sübut etmişdir, təsdiqinə ehtiyac yoxdur. Aleks Karl, Qustav Lebon və («Şərq fəhlələri» kitabının müəllifi) Müsye Luple kimi tanınmış alimlər qadınla kişinin, onların bədən üzvləri və xüsusiyyətlərinin fərqlərini bəyan etmişlər ki, onları burada qeyd etməyi lazım bilmirik. Ancaq bu barədə Qustav Lebonun dediklərinə diqqət yetirin: «Mən həmin bu (kişi ilə qadın arasındakı təbii fərqlərin mövcudluğu) əqidəsində olanlardanam.
Bu mövzunu ayrıca «Beyin fəzasında baş verənlərin sirri haqqında anatomik və riyazi bəhslər» başlığı altında ətraflı şəkildə nəşr etdirmişəm». 2. İslam dinində vəzifə üstünlük deyil, məsuliyyət hesab olunur. Əgər qadın ruhi və təbii cəhətdən, qəzavət (məhkəmə hakimi) məqamından məhrumdursa, bunun əvəzinə övlad tərbiyə etmək (yəni analıq məqamı), pak insan yetişdirmək kimi təlim-tərbiyə məqamına sahibdir. Bu məqam və məsuliyyət qəzavət məqamından daha yüksəkdir. Təlaq (boşanma) hüququna gəldikdə, qadın növü həddən artıq hissiyyatlı olduğu üçün, əgər ona bu ixtiyar verilsəydi, kiçik bir hadisə onu təlaq verməyə vadar edərdi və kiçik bir cəmiyyətin (ailənin) həyatı aradan gedərdi. Məlumdur ki, belə olan halda cəmiyyət xoşagəlməz hadisələrlə üzləşə bilərdi. Yaxud irs barəsində, qadına kişiyə çatan irsin yarısı qədər pay verilirsə də, yaşayışının təminatı (yemək, geyim və məskən kimi) ərinin öhdəsinədir, həmçinin mehriyyə haqqı da vardır. Qadın öz şəxsi malını özü üçün saxlaya bilər və s.
Son nəticədə görürük ki, qadının haqqı çox olmasa da, kişinin haqqından da az deyil. Cihad məsələsində də həmçinin, hamı yaxşı başa düşür ki, bu çox ağır işdir və şiddətli müqavimət, insanı taqətdən salan ağır hadisələrə və çətinliklərə dözüm tələb edir. Qadın üçün belə çətinliklərə dözmək onun imkanı həddindən kənardır. Beləliklə, burada ona nəinki zülm olunur, hətta ona xüsusi diqqət və ehtiram olunur. Nəhayət o, qəhrəman və mücahid yetişdirmək və müharibənin arxa və ön cəbhəsində yaralılara kömək etməklə cihadda iştirak edə bilər. Ev işlərini idarə etmək, əmlakı qorumaq, evdəki kişiləri cihad cəbhəsinə göndərmək də cihada kömək etmək deməkdir. Deməli, həqiqətdə qadın da bir növ cihadda iştirak etmiş olur. Müdafiə məsələsində də (İslam döyüşləri adətən müdafiə xarakteri daşıdığı üçün) qadınla kişi bərabərdirlər və hər ikisinə vacibdir ki, müdafiədə iştirak etsinlər.
Tanınmış Fransız bioloqu Doktor Karl Aleks yazır: «Qadınların diqqətini analıq vəzifəsindən ayırmağımız məntiqsizdir. Hətta cavan qızların barəsində cavan oğlanların haqqında nəzərdə tutduğumuz həmin tərzi-təfəkkürü, yaşayış və ideal həyatı nəzərdə tutmamalıyıq. Təlim-tərbiyə mütəxəssisləri gərək kişi ilə qadının ruhunu, bədən üzvləri və onların təbii vəzifələrini nəzərə alsınlar. Bu mühüm məsələyə diqqət yetirmək gələcəkdə onların kamilləşməsində əhəmiyyətli rol oynayar».
Digər bir alim isə yazır: «Bundan əvvəlki nəsillər qadın barəsində təfrit (orta həddən aşağı səviyyədə) yolunu tutmuşdular. İyirminci əsrin insanları isə ifrat (həddi aşmış şəkildə) yolunu gedərək elə ədalətsiz və məntiqsiz sözlər danışıblar ki, qadın ayağını yorğanına görə uzatmayıb və nəticədə Qərb aləmində müşahidə etdiyimiz ən təhlükəli ictimai pozğunluqlar ortaya çıxıb. Məsələn, Amerika Birləşmiş Ştatlarından verilən statistik məlumata əsasən hər il qeyri-qanuni cinsi əlaqələr nəticəsində dünyaya gəlmiş otuz- qırx min uşaq yaranmış irsi xəstəliklərdən ölür. Qadınların 75 faizinin cinsiyyət üzvlərində aparılan cərrahiyyə əməliyyatı cinsi əlaqələrdən yaranan xəstəliklərin nəticəsidir». İndi isə qadının mühüm məsuliyyətlərinə diqqət edək.
 
QADINLARIN ÜÇ MÜHÜM VƏZİFƏSİ

Yuxarıda qeyd etdik ki, İslamda vəzifə məsuliyyət deməkdir. Hər kim öz vəzifəsini yaxşı yerinə yetirsə - istər kişi olsun istərsə də qadın - onun məqamı Allah yanında çox böyükdür. Qadın öz iffət və hicabını qorumaqla mühüm işlərdə iştirak edə bilər. Lakin onun mühüm və daha vacib olan üç vəzifəsi var:
1. Evdarlıq, ailədəki səfa səmimiyyəti qoruyub saxlamaq.
2. Övladın təlim-tərbiyəsi ilə məşğul olmaq, yəni pak və kamil insan yetişdirmək vəzifəsi.
3. Ərə qayğı və onunla uyğunlaşma. (Əlbəttə kişilər də qadınlara qayğı göstərməkdə İslami qayda-qanunlara riayət etməlidir).
EVDARLIQ MƏS’ULİYYƏTİ
Cəmiyyətin ilkin bünövrəsi olan ailəyə nəzarət, onu qorumaq və yaxşı yaşatmaq, yə’ni ailə qayda-qanunlarına riayət olunmaqla evi idarə etmək çox çətin bir işdir. Cəmiyyət tək-tək insanlardan qurulur, böyük cəmiyyətlər də öz növbəsində kiçik cəmiyyət sayılan ailədən başlanır. Daha aydın şəkildə desək, kiçik cəmiyyət olan ailəni kamil və islami şəkildə təşkil etmək, böyük cəmiyyətin əsasını və bünövrəsini kamilləşdirmək deməkdir. İslam dinində bu məs’uliyyətin mükafatı daha böyükdür. Bu barədə İslam peyğəmbəri (s) buyurur: «Evdə oturub bir saat xidmət etmək, min il ibadətdən, min həcc əməlindən, min ümrə əməlindən, min qul azad etməkdən və daha yaxşı və daha fəzilətlidir».[
Qadınların Peyğəmbərə (s) bey’ət etməsi macərasında[10] belə nəql olunur ki, qadınlardan biri soruşdu: «Allah cihadı kişilərə vacib edib. Əgər onlar bu yolda ölsələr, Allah yanında şəhidlik məqamı, yaralansalar mükafatları var. Ancaq biz, ərləri cəbhəyə gedən qadınlar evdə oturub ərlərimizin mallarının keşiyini çəkirik, övladlarımızın qayğısı üçün çalışırıq. Görəsən biz də öz döyüşçü ərlərimizlə şərikik?» Həzrət Peyğəmbəri (s) buyurdu: «Ey qadın, yaxşı qulaq as və başqalarınada de! Kişilərlə mehriban olub, evdə yaşayanların qayğısını çəkməyin, evi idarə edib saxlamağın Allah yolundakı mücahidlərin mükafatlarına bərabər mükafatı var».

ÖVLAD TƏRBİYƏ ETMƏYİN MƏS’ULİYYƏTİ

Yaxşı övladlar tərbiyə etmək və onlara təlim vermək, yə’ni kamil insan və mücahid yetişdirmək, şəhid vermək və necə də yüksək məqamdır. Belə bir məqamın mükafatı daha çoxdur. Peyğəmbər (s) buyurdu: «Hər kəs öz övladını öpsə, onun üçün yaxşı mükafatlar yazarlar. Hər kəs övladını şad etsə, Allah onu qiyamət günü şad edər».[12] Bu rəvayətdə ananın övlada olan kiçik mehribanlığının böyük mükafatından başa düşmək olur ki, analıq məqamı və o cür ağır zəhmətlərlə övlad tərbiyəsinin böyük mükafatları var.

ƏR QAYĞISI MƏS’ULİYYƏTİ

Həyat yoldaşı ilə (hər iki tərəfin) mehriban rəftar, övladların düzgün tərbiyəsində və ailədəki səfa-səmimiyyətin qorunmasında mühüm əsasdır. Bu məsələ İslamda çox mühüm olduğu üçün həzrət Peyğəmbər (s) bu barədə buyurur: «Əgər Allahdan qeyrisinə səcdə etmək üçün bir kimsəyə əmr etməli olsaydım, deyərdim ki, qadınlar öz ərlərinə səcdə etsinlər».[13] Bu məs’uliyyətin bütün məs’uliyyətlərin əsası olması (əgər İslam ilə həmahəng olmasa, təlaq, fəhşa, münkərat və tərbiyəçinin olmaması üzündən uşaqların yollarını azması və sair ilə nəticələnəcək) barəsində aşağıdakı üç əhvalatı diqqətinizə çatdırırıq.

ARVAD ƏLİNDƏN EVDƏN QAÇMAQ

(Tanınmış şair) Sə’di səfərə çıxmaqdan və səyahət etməkdən yorulmaq bilmirdi. Sə’dinin «Bustan» və «Gülüstan» kitabı məclislərdə, şəhərlərdə və müxtəlif ölkələrdə əldə etdiyi təcrübələrinin məhsuludur. Sə’dinin tanışlarından biri ondan soruşdu: «Bu qədər təcrübəni harada əldə etmisən?» Sə’di dedi: «Uzun-uzadı səfərlərdə». O soruşdu: «Bəs səyahətlərin yorğunluqlarına necə dözmüsən?» Sə’di dedi: «Dar ayaqqabıdansa ayaqqabısızlıq yaxşıdır, evdəki dava-dalaşdansa səfərdəki yorğunluq yaxşıdır». Onun hüzurunda olanlar başa düşdülər ki, Sə’dinin həyat yoldaşı xoşxasiyyətli bir qadın deyil. Onlardan biri dedi: «Bununla belə Şeyx Sə’dinin həyat yoldaşı, bizim üçün ağıllı və müdrik bir kişi yetişdirib».

ƏXLAQSIZ KİŞİNİN CƏZASI

Sə’d ibn Məaz Peyğəmbərin (s) çox yaxın köməkçilərindən idi. Onun imanı elə bir həddə idi ki, Rəsulullah (s) buyurmuşdu: «Sənə müjdə olsun ki, Allah sənə şəhidlik nəsib edəcək və hökmünlə küfr əhlindən bir dəstə (bəni Qurəyzə yəhudiləri) həlak olacaq. Rəhmanın (Allahın) ərşi sənin ölümündən titrəyəcək və Bəni-Kəlb tayfası heyvanlarının tüklərinin sayı qədər insan sənin şəfaətinlə behiştə girəcək». Sə’d Ühüd döyüşündə yaralandı və evdə yatırdı. Ancaq bədənindəki yaralar sağalmadığı üçün dünyadan getdi. Sə’di axirətə yola salan zaman Rəsulullah (s) başı açıq və ayaqyalın onun cənazəsini götürdü və qüsl verdi. Namazdan sonra Rəsulullah (s) onu qəbrin ortasına qoyaraq üstünü şəxsən özü torpaqla örtdü və o qəbri kamil şəkildə saf (düz) və təmiz etdi. Sonra qəbri düzəltməkdə bu qədər diqqətə görə e’tiraz edənlərin cavabında buyurdu: «Bilirəm ki, Sə’din bədəni çürüyəcək və torpağa qarışacaq. Lakin Allah çox istəyir ki, bəndəsi bir iş görəndə onu yaxşı və kamil şəkildə yerinə yetirsin».
Sə’din anası oğlunun qəbrinin yanına gəldi və dedi: «Ey Sə’d, behişt sənə müjdə olsun!» Peyğəmbər (s) Sə’din anasına buyurdu: «Allahın işləri barəsində qəti fikir söyləmə. Sə’d üçün qəbir sıxıntısı (əzabı) olacaq». Qayıdan zaman səhabələr Peyğəmbərin (s) üç suala cavab verməsini istəyib dedilər: Ey Allahın Rəsulu! Siz heç kimin cənazəsinə bu qədər ehtiram göstərib müşayiət etməyibsiniz. Sə’din cənazəsini isə başı və ayağı açıq müşayiət etdiniz. Bə’zən tabutun sağ və bə’zən də sol tərəfindən götürürdünüz. Cəsədin qüslünə nəzarət edib, namaz qıldınız və şəxsən özünüz qəbrə qoydunuz, qəbri kamil şəkildə torpaqla örtdünüz. Lakin sonradan onun anasına belə buyurdunuz: «Sə’d üçün qəbir sıxıntısı olacaq (bizim üçün aydınlaşdır ki, niyə belə buyurdunuz?)».
Peyğəmbər (s) birinci sual barəsində buyurdu: «Cənazəni müşayiət edəndə mələkləri başı açıq, ayaqyalın görüb onlar kimi etdim». İkinci sualın cavabında buyurdu: «Əlim Cəbrayılın (ə) əlinin içində idi. Əlimi hara hərəkət etdirsəydi, mən də itaət edərdim». Üçüncü sualın cavabında buyurdu: «Bəli, onun üçün qəbir əzabı vardır. Çünki evindəkilərlə (və həyat yoldaşı ilə) pis rəftar edərdi».[14] Beləliklə görürük ki, Səd bu cür məqama malik olmasına baxmayaraq, onun evdəki azacıq bədrəftarlığı ağır cəzalanmasına səbəb olur.
Category: Exlaq | Baxış: 924 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]