Bazar günü, 2024-12-22, 12:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 20 » Maskalanmıs qadın
12:24 PM
Maskalanmıs qadın
Maskalanmıs qadın

Salam yenə mən gəldim. Simamla əyləşdim qarşında. Hə dəyiş məni. Gizlət mənim simamdakı bütün cizgiləri. Gözlərimin dərinliyində gizlənmiş bütün qorxularımı əlindəki qara qələmlə gizlət. Çək gözlərimin dövrəsinə o qara qələmdən. Haşiyələndir qara günlərim tək gözlərimi.

Elə çək ki, göz yaşlarımı qurutsun bir neçə saatlıq. Çək gözlərimin qapaqlarına əlindəki o rəngli boyaları.

Hər kəs xoşbəxt bilsin məni. Tök gözlərimə o zərlərdən. Dərinlikdə gizlənən qəhərimi, dərdimi öz parıltısında gizlətsin o zərin parıltısı. Vur üzümə kirşanı. Qoy illərin qırışlarını gizlətsin . Qoymasın insanlar hər qırışda gizlənən çətin ömrümü duya bilsin. Çək yanaqlarıma o qırmızını. Xöşbəxt günlərin utancaqlığı tək hopsun yanaqlarıma süni qırmızı. Hər kəs məni xoşbəxt bilsin. Qırmızı rəng gizlətsin özündə yanağımdakı sönüklüyü. Çək dodaqlarıma əlindəki o rəngli boyanı. Gizlət dodağımdakı o ağrının acısını.

İnsanlar oxumasın dodağlarımdan günlərin ağrı acısını. Bəxş et o boyanla mənə süni gülüşü. Maskalayaraq məni çıxar insanlar qarşısına əziz ustam. Axı dost var, düşmən var...

Təranə Azəri


islamazeri.az


Category: Diger me'lumatlar | Baxış: 952 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]