Bazar günü, 2024-12-22, 10:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 22 » Maddənin mənaya çevrildiyi an
10:00 AM
Maddənin mənaya çevrildiyi an
Zərrə - adi halda nəzərə çarpmayan, yalnız günəş şüaları altında görünən xırda hissəciklərdir. Zərrə heç bir ölçü vahidi ilə ölçülməyən xırda hissəciklərə deyilir.

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrin) görəcəkdir (mükafatını alacaqdır)" ("Zilzal", 7).

Müasir elmin inkişaf etmiş sahələrdən biri də Nano texnologiyasıdır. Burada dünyanın ən kiçik zərrəcikləri - atomlar ölçülür, onların üzərində araşdırmalar aparılır. Elm bununla kifayətlənməyib atomdan kiçik hissəcik, daha dəqiq desək, onun tərtib hissəsini təşkil edən neytron və protonları, onlardan da kiçik, kvark adlanan hissəcikləri və nəhayət, sonuncularda daha xırda spinləri də ölçüyə ala bilir. Bəs sppinlərdən xırda hissəciklər necə, mövcuddurmu? Hələ ki, elm bura qədər irəliləyə bilmişdir. Elmin kifayət qədər inkişaf etməsinə baxmayaraq, nə zərrəni kəşf edə, nə də onun mahiyyətini mükəmməl şəkildə aça bilmişdir. Elmin ölçüyə ala bilmədiyi elementi maddiyyatın sonu adlandıra bilərik? Əsla, çünki dünyada heç bir varlıq mütləq mənada sona çatmır. Başqa sözlə desək, birdəfəlik yoxa çıxmır. Burada maddiyyat mənaya çevrilir. Məna isə bu dünyanın deyil, Axirət dünyasının mövzusudur. "(Kim dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir)". Diqqət yetirin, mənanın çəkisindən söz açılır. Görəsən, dünyanı hansı rəqəmsal tərəzisi bu ölçünü çəkiyə almağa qadirdir? Ümumiyyətlə, həcmindən asılı olmayaraq bəşər övladı bu vaxta qədər yaxşılığı ölçə biləcək meyar ixtira edə bilmişdir? Yolxucu xəstəliyin qarşısını ala biləcək dərman ixtira etməyə nail olan və milyonlarla insanın həyatını xilas edən  həkimin yaxşılığını hansı ölçü vahidi ilə hesaba almaq olar? İnsanın sağlamlığını qaytaran, tutulan gözlərinə nur bəxş edən cərrahın yaxşılığının qarşılığını nə ilə ödəmək olar? Məgər verilən mükafatlar nisbi və təxmini deyilmi?


Category: Diger me'lumatlar | Baxış: 849 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]