Şənbə günü, 2024-12-21, 7:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 23 » Məsihilik-təhrif olunmuş din
9:56 PM
Məsihilik-təhrif olunmuş din

İlahi dinlər tarix boyu mənafepərəst fərdlər tərəfindən təhrifə məruz qalmış, dini mətnlərdə dəyişikliklər aparılmışdır. Bu qara əllər məsihilikdən (xristianlıqdan) də yan ötməmişdir.

Bəli, həzrət Məsih (İsa) təkallahlıq carçısı olmuşdur. Yuhannaİncilində deyilir: "Əbədi həyat odur ki, səni (Allahı) həqiqi yeganə məbud, İsa Məsihi Allahın peyğəmbəri kimi tanısın.”(1) Merqus İncilində deyilir: "Ey İsrail eşit ki, ilkin hökm budur! Allah, bizim Allahımız, vahid Allahdır. Xudavənda, öz Allahlığını bütün qəlblərə, bütün canlara, bütün yaddaşlara, bütün qüvvələrə Özün lütf et." (2)

Tövhid prinsipinə bir bu qədər diqqət yetirildiyi halda müşahidə edirik ki, həzrət Məsihin ardıcılları bu yoldan çıxmış, üç üqnum, üç məbuda pərəstişə başlamışlar. Belə bir sapıntı digər tövhid dinlərinə ardıcıllıq edənlər arasında da müşahidə olunur. Tövratda deyilir: "Bəni-İsrail Misir Fironunun sitəmlərindən qurtulduqdan və Sina səhrasına qədəm qoyduqdan sonra Musa peyğəmbərin qısa bir müddət olmadığı vaxt buzova pərəstiş etdi və tövhid dairəsindən xaric oldu.”(3)

Şübhəsiz, məsihilərin tövhid xəttindən çıxmasının müxtəlif səbəbləri, ictimai və tarixi amilləri var. Söhbətimizin gedişində bu nöqtələrə işarə edəcəyik. Təəssüflər olsun ki, üç üqnuma etiqad və Papa hökumətinə itaət məsihilərin ruhuna elə bir rəxnə (parçalanma) saldı ki, məsihi alimlər uyğun büdrəmə ilə mübarizəyə qalxa bilmədi. Onlardan biri ilə müxalifət digəri ilə sazişi labüd edirdi.

Məşhur məsihi islahatçısı Martin Lüter (1483-1546) protestantlığın (lüteranlığın) bünövrəsini qoydu. Bu şəxs Papanın nə üçün,niyəsiz fərmanlarına qarşı çıxıb, kilsə xadimlərinə qeyd-şərtsiz tabeçilikdən imtina etdi. Amma Martin Lüter də üç üqnum etiqadı ilə razılaşırdı və ardıcıllarını uyğun etiqaddan daşındırmaq gücündə deyildi.

Dövrümüzdə də Latın Amerikasındakı keşişlər azadlıq verən ilahiyyatdan danışır, məsihilik əqidəsini tarix və təcrübə ilə uyğunlaşdırmağa, onun ictimai səciyyələrini qabartmağa çalışırlar. Təəssüf ki, onlar da üç üqnum əqidəsinə qarşı çıxmır, məsihiyyət dünyasını girdabına almış şirk problemini həll etmirlər.

Axı müqəddəs bir dini anlaşılmaz və dolaşıq prinsiplərə tabe etmək necə mümkün olmuşdur? Axı bu dinin gerçək əsasları uzun illər kilsələrdə təlim alanlara məlum idi. İsa Məsih iki min il öncə Yerusəlimin küçə və bazarlarında uyğun üsulları xalqa bəyan etmiş və xalqın qəbuluna ümid bəsləmişdir. Amma həzrət Məsihdən sonra xürafi və saxta düşüncələr gündəmdə özünə yer aldı. Biz müsəlmanlar inanırıq ki, həzrət Məsih xalqı yeganə Allaha bəndəliyə çağırmışdır. Onun dəvətində açıq-aşkar prinsiplər yer tuturdu. Həzrət Məsih təkallahlılıq məsələsində digər İlahi peyğəmbərlərlə həmfikir idi və onun dini dünyagörüşü çətin anlaşılası və insan fitrətinə ağır gələsi deyildi.

Əsrimizdə kilsə xadimləri imperialistlərlə əl-ələ verərək İslam üzərinə qılınc çəkmiş, müsəlman gəncləri məsihiyyətə sövq edən təbliğata rəvac vermişlər. Bəzi qələm sahibləri məsihilik əqidələrini müsəlmanlara açıqlamaqla nəinki İslami etiqadları möhkəmləndirmir, əksinə kilsə xadimlərinin müsəlman düşüncəsinə nüfuzuna yol açır.

Əliəsğər Rizvani



(1) Yuhanna, 17-3.

(2) Merqus, 30-13.

(3) Tövrat, "Sifri xüruc”, bab 32.


islammektebi.org


Category: Xristianliq | Baxış: 1231 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]