Bazar günü, 2024-12-22, 9:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 3 » Məşhur müğənnilər xoşbəxtdirmi?
8:35 AM
Məşhur müğənnilər xoşbəxtdirmi?

Məşhur müğənnilər xoşbəxtdirmi?


Dünyanın ən populyar qadın müğənnilərindən olan Anjelika Varum səhnə ilə vidalaşdığını bildirib. Pop-müğənni jurnalistlərə bildirib ki, qalan həyatını ailəsinə sərf etmək üçün karyerasına son verib.
Anjelika səhnəyə hətta tam çılpaq çıxmağa qərar vürən müğənnilərdəndir. Amma bu onu xoşbəxt etdimi? Təkcə onu yox, həyatını səhnəyə qurban vermiş minlərlə populyar müğənnini səhnə xoşbəxt edibmi? Səhnə ilə birgə parnoqrafiya, narkotika, kazino həyatı yaşayan müğənnilərin sonu nə olur?
Anjelika bildirib ki, heç bir vida turu təşkil etməyəcək. O bütün bunları atrıq iş sayır. Müğənni xanım əri Leonid Aqutinə və qızına daha çox vaxt ayırmalı olduğunu düşünür. Hazırda qızı ABŞ-da babası ilə yaşayır. 
Ekspress-qəzet yazır ki, Varum keçmiş həyatından tam ayrılmaq üçün Mayamiyə getmək istəyir. Həyatını azğın yola sərf etmiş bütün insanlara doğru yola dönüş arzulayırıq!
Amma töbvədə, əxlaqsız, günahkar həyatdan dönüşdə möhkəm olmaq lazımdır. Bəzən dinar insanlar belə eyni bir günahın toruna düşür və ona son qoya bilmirlər. 
Necə ki, sənət dünyasında Alla Puqaçovadan tutmuş Lolitaya qədər tövbə qılır, amma çox keçməmiş geri dönür. Bu insanları qınamaq lazım deyil. Əgər sadəcə siqareti atmaq böyük hünər sayılırsa kübar, əyyaş həyatı Allahın yardımı olmadan tərk etmək çətindir.
Anjelika bundan sonra əsil ana həyatı yaşamaq istəyir. Kaş yaşaya bilə! Bu arzunun arxasında daha bir xeyirxah niyyət dayanır: populyar müğənnlilərin çox böyük bir hissəsi cinayət aləmi ilə əlaqəlidir və bu tordan xilas ola bilmir.

Süheyla Arazlı
HaqqYolu üçün

Category: Diger me'lumatlar | Baxış: 1021 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]