Bazar günü, 2024-12-22, 1:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyul » 5 » Məşhər günü
3:55 AM
Məşhər günü

Məşhər günü

(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.("Nəml" 17)


Həşr - ərəb dilində nəyisə bir yerə yığmaq toplamaq mənasını verir.

    Quran terminologilasında  "həşr" İsrafil mələyin şeypuru çalındıqdan sonra insanların sorğu-suala çağrılmasına deyilir.

Lüğəti məna

    Bəzi lüğət alimləri "həşr" sözünü "narahatlıq və başağrısı" kimi də maraqlandırmışdır.

    Həşr - Qiyamətin mərhələlərindən biri və məadın (ölümdən sonra yenidən dirilməyin) nəticəsidir. Həşr barədə nazil  olan ayələrindən belə məlum olur ki, qiyamət günü qəbrlərindən qalxan insanlar əsasən üç dəstəyə bölünəcəklər.

Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız: ("Vaqiə" 7)

    Bu üç dəstə dində "sabiqun" öndə gedənlər (Peyğmbərə (s)  hamıdan əvvəl iman gətirənlər) və "əshabuşşimal" (əməl dəftərləri sol əlinə verilənlər) adlandırılır.

    Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)

    Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)

    Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)  ("Vaqiə" 8-9-10)

    Daha ümumi şəkildə bəyan etmək isttəsək, insanlar iki dəstəyə bölünəcəklər.

    1. mütləqlərə: O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik. ("Məryəm" 85)

    2. Günahkarlara - Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün ) ("Ta-ha" 102)


Günahkarları  kateqoriyası

    Günahkarlar bir neçə dəstəyə bölünərlər;

    Onlardan bəziləri məşhərə kor :"Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”." ("Ta-ha" 124), bəziləri lalvə kar: "Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik" ("İsra" 97); bəziləri  isə əl-ayaqları bağlı halda gətirilər...."

    Bir sözlə, insanlar dünya həyatında eyni xüsusiyyətə malik olmayıb müxtəlif həyat  tərzi sürdükləri kimi, axırıt dünyasında da məşhərə fərqli hal və surətdə daxil olarlar.

    Peyğəmbər (s) buyurur; "İnsanlar məşhərə niyyətlərinə görə daxil olarlar"

    Qurani-Kərimdə insanlar məşhərə toplanmaları ilə yanaşı, digər varlıqların da toplantısından xəbər verir 

    1. Şüytan (şeytanlar) adlanan cin tayfası.

    (Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. *"Ənam" 128)

    2. Heyvanat aləminin toplantısı.

    Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; ("Təkvir" 5)

    Heyvanat aləminin şüurlu varlıq aləmini nəzərə alaraq  onların məşhərdə sorğu-sual çəkmələrini başa düşmək olar. Bəs heyvanat aləmi? Biz heyvanat aləmini şüursuz etsək də, Qurana görə, onlarda şüurlu varlıqlardır. "Ənam" 32, 38, "Səba" 40 və "Yunus" 28-ci ayələrində süleyman peyğəmbərin (ə) əhvalatında şanapipik, bal arısı və qarışqanın şüurlu varlıq olmalarından xəbər verilir ki, bunu nəql olunan hədislər də bir daha sübuta yetirir.

    Demək heyvanat aləmi də məşhərə toplanacaq və öz şüurları səviyyəsində sorğu-sual olunacaqlar.


Category: Diger me'lumatlar | Baxış: 1177 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
+1  
1 Sadiq114   (2012-07-08 7:35 PM) [Daxil et]
allah bizleri o gunun ezabindan qorusun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]