Bazar günü, 2024-12-22, 9:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 27 » Məşəd İmam Əli ibn Rza ziyarətgahı
9:03 PM
Məşəd İmam Əli ibn Rza ziyarətgahı

İmam Rza (ə) Əhli-Bəyt davamçılarının səkkizinci imamı hesab olunur. 765-ci və ya 770-ci ildə Mədinə şəhərində anadan olub. 816-cı ildə Məmunun sarayına dəvət olunmuş və taxt-tac vəliəhdi elan edilmişdir. Xəlifə Əhli-Bəyt davamçılarının rəğbətini qazanmaq üçün onu qızı Həbibə ilə evləndirir. Xəlifə Əhli-Bəyt davamçıları ilə əlaqəni kəsdikdən sonra İmam Rzanı (ə) 818-ci ilin sentyabrında, 55 yaşında ikən, yeni 20 illik İmamlıq dövründən sonra Abbası xəlifəsi Məmunun əmri ilə Xorasanda Tus şəhərinin yaxınlığındakı Nukən kəndində zəhərləyirlər.
"Məhşəd" ərəb dilində şəhid olunan məkan mənasını verir. Şəhərə belə bir ad İmam Rza (ə) orada dəf olunduqdan sonra verilir. Məhşəd İranın Xorasan əyalətinin mərkəzi hesab olunur. Əhalisi iki milyona yaxındır. Şəhər dəniz səviyyəsindən 980 metr hündürlükdə, paytaxt Tehrandan 920 km məsafədə yerləşir. İmam Rzanın (ə) ziyarətgahı İran arxitekturasının şah əsəri hesab olunur. Məscidin əsas günbəzi, iki yan minarəsi  və giriş qapıları xalis qızıl ilə örtülmüşdür.  Divar və tavan İran arxitekturasına xas olan üslubda güzgü, füruzəli kaşı mozaikalarla bəzədilmişdir. Divarları, tavana yaxın yerlərigözoxşaya kufi və süls xətti ilə bəzədilmiş və büsbütün islimi naxışlarla işlənmişdir.  Divarlarda əsasən Quran ayələrindən və Allahın adlarından istifadə olunmuşdur. Məscidin əsas qızıl günbəzinin hündürlüyü 20, 31 metrdir. Günbəzin bayır tərəfi xəttat Əlirza Abbas tərəfindən işlənmişdir. 932-ci hicri qəməri, 1528-ci miladi təqvimi tarixində Səfəvi hökmdarı Şah Təhmasib günbəzin kaşı mozaikalarını qızıl örtüklə əvəz edir. Lakin özbək hökmdarı Əbdülmumin xan Mütəhhəri ziyarətgaha hücum edərək günbəzin qızılını qarət edir. 1010-1016 h.q tarixində l Şah Abbas günbəzi yenidən qızıl kərpiclərlər örtür. Minarələr məscidə xüsusi yaraşıq verir. İran məscid arxitekturiyasına xas olaraq burada da günbəz iki tərəfdən minarələri əhatə edir. Məscidin qeyri-adi xüsusiyyətlərindən biri də günbəzin iki tərəfindəki  minarələrin uzaqdan baxdıqda eyni boyda görünməsi və günbəzin sol tərəfindəki minarənin həqiqətən onun kənarında olması sağ tərəfdəki minarənin fərqli hündürlükdə və tam başqa bir yerdə qərar tumasıdır. Belə arxitektura üsluundan ilk və sonuncu dəfə məhşur usta Şeyx Bəhaddin istifadə edir. Ziyarətgahın cənub minarəsi Əbdülmumin xanın işğalından sonra Şah Təhmasib tərəfindən yenidən bərpa olunur. 1142-ci h.q tarixi ilə Nadir şahın hakimiyyət dövründə yenidən qızıl kərpiclə örtülür. İkinci böyük minarə Abbası eyvanının kənarında yerləşir. Bu Minarə Nadir şah tərəfindən 1146-cı ildə inşa olunur. Minarənin hündürlüyü 35 metrdir. Cənub tərəfdə yerləşən minarədən fərqli olaraq Abbası eyvanındakı minarə romb formalı kərpiclərlər örtülmüşdür.


Category: Diger me'lumatlar | Baxış: 2465 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 1
0  
1 sahibezzaman   (2011-06-30 12:28 PM) [Daxil et]
allah razi olsun cox gozel idi

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]