Bazar günü, 2024-12-22, 11:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 25 » Mənim üzüm bir yanə, sənin üzün bir yanə
8:05 AM
Mənim üzüm bir yanə, sənin üzün bir yanə
 
Mənim üzüm bir yanə,
sənin üzün bir yanə
 
İndi yönəldiyin qibləni (Kə’bəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) tə’yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir. ("Bəqərə" surəsi, ayə 143-144)
Ölkəmizdə din azadlığına şərait yaradıldıqdan sonra bir sıra məscidlər təmir olunub əhalinin ixtiyarına verildi. Yəni inşa olunan bir çox məscidlər isə möminlərin sevincini birə on artırdı. Təzə tikilən məscidlərdən biri də Şəhidlər Xiyabanının cənub hissəsində yerləşən, Türkiyə Dəyanət işləri Vəqfinin vəsait hesabına tikilmiş "Şəhidlər məscidi" oldu. İllərdir, möminlər bu məscidə gələrək Allaha dualar edib günahlarının bağışlanmasını diləyir. Amma indiyə qədər məscidin qapıları möminlərin üzünə bağlıdır. Səbəbi isə bir Allaha məlumdur, bir də onu bağlayanlara. Deyəsən, Allah evinin qapılarının bağlı qalması narahat olunmalı şəxsləri əsla narahat etmir. Görünür gün-gündən göbələk kimi artan, adları da qərbsayağı olan şadlıq saraylarının gətirdiyi gəlirlər daha çox, onların fəaliyyəti daha məqsədə uyğundur.
Bir anlıq Hz. Muhəmmədin (s.ə.s) Mədinə şəhərinə daxil olduğunu xatirlayaq. Onun Mədinədə gördüyü ilk tədbir müsəlmanlar üçün ev deyil, məscid tikdirmək olur. Biz isə Muhəmməd (s.ə.s) ümməti olaraq ya məscidləri sökür, ya da onların qapısını bağlayırıq.
"Şəhidlər məscidi" barəsində söz düşmüşkən, ondan cəmi yüz metr aralıda yerləşən şəhidlər Xiyabanını nəzərinizə gətirin. Buradakı məscidin qibləsi isə, Azərbaycan üfüqü ilə 201 dərəcə cənub-qərbə, şəhidlərimizin qiblələrinin qibləsi isə cənuba tərəf 135 dərəcədir. Bu 66 dərəcəlik nəzərəçarpan belə bir fərq görəsən kimlərin diqqətindən yayınmışdır və nəyə görə indiyədək bu yöndə lazımi tədbirlər görülmür?!
 
Category: Diger me'lumatlar | Baxış: 889 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]