Əsas səhifə » 2012 Yanvar 11 » Mənim nə atam var, nə də anam...
5:29 PM Mənim nə atam var, nə də anam... | |
Həzrət Muhəmməd (s.ə.s) dünyaya gəlməzdən əvvəl atası Abdullahı, anası Aminəni isə beş yaşında itirir. Səkkiz yaşından etibarən əmisi Əbutalibin himayəsinə keçir. "Zuha" surəsinin 6-cı ayəsində həyatının bu dövrünə işarə olaraq buyrulur:" Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!" Əbu Talib o dövrün tələblərinə uyğun olaraq ömrünün son günlərinədək imanını gizli saxlayır və ixlasla dünyasını dəyişir.Hərçənd, bəzi "nəzər sahibləri" heç bir əsaslı dəlil olmadan saxta hadisələrlə istinadən onun iman gətirmədən dünyasını iddia edirlər ki, KARVAN jurnalı 37-ci sayında Əbu Talibin dünyasını imanlar dəyişdiyini sübuta yetirir. http://gunahkar-bende.ucoz.org/news/i_man_yoxsa_kufr/2011-04-20-2520 Həzrət Muhəmməd (s.ə.s) on iki yaşında ikən Məkkədən Şama ticarət karvanı hazırlanır. Əmisi Əbu Talib də karvana qatılacaqdı. Səfər tədarükü sona çatdıqda Əbu Talib qardaşı oğlunu yanına çağırıb soruşur:" Sən də bizimlə gəlmək istəyirsən?" Həzrət Muhəmməd (s.ə.s) təbəssümlə getdiyini bildirmək istədi. Lakin qohum-əqraba bu uzun səfərin azyaşlı uşaq üçün çətin ola biləcəyini hesab edir, Əbu Talibə onu aparmamağı məsləhət görürlər. Əbu Talib onlarla razılaşıdqda balaca Muhəmməd (s.ə.s) ağlayaraq deyir;" Əmican, mənim nə atam var nə də anam! Məni kimin yanında qoyub gedirsən?". Bu sözlər Əbu Talibin ürəyinə ox kimi sancılır və nəyin bahasına olursa-olsun onu özü ilə aparmaq qərarına gəlir. :" And olsun Allaha, səni özümlə götürəcəyəm. Siz ey Haşimilər! Siz ey Qüreyş tayfası! Bilin və agar olun! Nə qədər mən sağam nə mən Muhəmməddən ayrı düşəcəyəm, nə də o məndən!". | |
|
Total comments: 0 | |