Bazar günü, 2024-12-22, 10:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 24 » "Mən Hüseyndənəm, Hüseydə məndəndir!"
7:47 AM
"Mən Hüseyndənəm, Hüseydə məndəndir!"
  Peyğəmbər övladı

İmam Hüseynin (ə) Peyğəmbərin (s.ə.s) qız nəvəsi olması kimsədə nə sual, nə də şübhə doğurur. Lakin Peyğəmbərin (s.ə.s) İmam Hüseyndən (ə) olması bizi bir qədər düşünməyə vadar edir. Peygəmbər (s.ə.s) "Mən də Hüseyndənəm!" buyurmaqla görəsən, nələri nəzərdə tuturdu? İmam Hüseyn dünyaya gəldikdən sonra Hz. Fatimənin (ə) südü bir müddət azalır. O, hər dəfə aclıqda Peyğəmbər (s.ə.s) ilahi möcüzə olaraq baş barmağını nəvənin ağzına qoyar və o da bu yolla doyardı. İmam Hüseyn (ə) 7-8 yaşa çatdıqda  Nərcan yəhudiləri Peyğəmbəri (s.ə.s) həqqa niyyətini sübuta yetirmək üçün mübarizə meydanına dəvət edərdilər. "Mübahilə" ayəsi nazil olur və orada İmam Hüseynlə (ə) İmam Həsənin (ə) Peyğəmbər (s.ə.s) övladları olduqları qeyd olunur. "Gəlin biz də oğullarımızı, siz də oğullarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü (buraya) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!" (Ali-İmran" surəsi, ayə 61).

 İmam Hüseyn (ə) Kərbəla çölünə gəldikdə öz hədəf və məqsədini dəfələrlə açıqlayır. Onlardan birində belə buyrulur:" Mən cəddim Muhəmmədin (s.ə.s)dinini qorumaq üçün qiyam etdim".
Demək, İmam Hüseyn (ə) babası Hz. Muhəmmədin (s.ə.s) dinini qoruyub saxladığı üçün "Hüseyn məndəndir!" deməklə təmamilə haqlı olmuşdur.


Category: Diger me'lumatlar | Baxış: 805 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]