Bazar günü, 2024-12-22, 10:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 2 » Əməl edən az!
3:45 PM
Əməl edən az!

Əməl edən az!

İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətlərindən:

İslam-islam deyən çox, əməl edən az!


1- Beş vaxt namazı vaxtında qılın, gecə namazı da qılmağa çalışın. 
2- Vacibləri yerinə yetirib, haramlardan uzaq olun. 
3- Bazar ertəsi və cümə axşamı günləri imkan həddində oruc tutmağa çalışın. 
4- Çox yatmayın və Quranı-kərimi çox oxuyun. 
5- Sözünüzün üstə durun və vədlərinizi yerinə yetirin. 
6- Sadə və nümayişdən uzaq geymlər geyinin. 
7- Yoxsullara kömək edib, hər gün sədəqə verməyə çalışın. 
8- Çox xərc aparmış, dəbdəbəli məclislərə qatılmayın, özünüz də belə məclislər qurmayın. 
9- Çox danışmayın, çox dua edin. 
10- İnformasiyanızı artırın, dini diskussiyalara qatılın. 
11- Etdiyiniz yaxşılıqları unudun və keçmiş günahlarınızı xatırlayın. 
12- İdmana ciddi diqqət verin. 
13- İslam ölkəsinin ehtiyac duya biləcəyi bütün elmləri öyrənməyə çalışın. 
14- Hər baxımdan diqqətli və ayıq olun. 
15- Quran qiraəti və təcvid qaydalarını öyrənin. 
16- Günün tələbini öyrənin, aktual xəbərləri, xüsusilə də müsəlmanları maraqlandıran xəbərləri izləyin. 
17- Maddiyatda yoxsulları, mənəviyyatda rəbbani alimləri örnək götürün. 
18- Axşam yatmazdan əvvəl özünüzlə hesab çəkin, gün uzunu işləmiş olduğunuz günahlardan tövbə edin və gözəl işləriniz üçün şükür edin. 
19- Alimlərlə rabitəni əsla kəsməyin, davamlı olaraq onların söhbətində iştirak edin.

haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 894 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]