Bazar günü, 2024-12-22, 4:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 9 » Məkkə və Mədinə Ayə və surələri
6:07 PM
Məkkə və Mədinə Ayə və surələri
Məkkə və Mədinə 
ayə və surələr 
Onları tanımağın nə kimi faydaları var? 
" Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız". ("Yusif" surəsi, ayə 2)

1.Elmi faydalar. 
Qurana olan etimadın artması 


Məkkə və Mədinə ayə və surələri ilə tanışlıq bizim Qurana olan etimadımızın daha da artmasına imkan verir. Belə ki, belə bir tanışlıqdan sonra daha arxayınlıqla Quranın təhrif olunmadığını, dəyişdirilmədiyini və bizlərə olduğu kimi çatdığını həm özümüzə, həm də başqalarına sübuta verə bilərik. Çünki müsəlmanlar Quran ayələrinin hicrətdən əvvəl və sonra, səfərdə, ya adı günlərdə, gecə və ya gündüz, qışda və ya yayda, yerdə və ya göydə nazil olmasına xüsusi diqqət yetirmiş və nazil olduqca onu yaddaşlarına həkk etmişlər. Bunun üçündə yad ünsürlərin Qurana əl uzadıb onu təhrif etmələrini qeyri mümkün hala çevirmişlər. 

2.Dəvət üslubları.
Hicrətdən əvvəl və yaxud sonra baş verən hadisələrlə tanışlıq.
 
Peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə mühacirət etməsi ömür və dəvətinin də iki hissəyə, yəni hicrətdən əvvəl və hicrətdən sonrakı dövrlərə bölünməsinə səbəb olur.  Belə bir bölgü üzrə Məkkə və Mədinə dövrlərində istifadə olunan dəvət üslubları, bu dövrdə atılan mühüm addımlar və baş verən hadisələrlə yaxından tanış olmaq imkanı verir. Beləliklə, iz Peyğəmbərin (s.ə.s) Məkkədə müsəlman ümmətinin və Mədinə İslam dövlətinin yaradılması yolunda gördüyü tədbirlər və tutduğu mövqelərdən agah ola bilirik.
 
3. Şəri hökümləri üzə çıxarmaq məqsədilə ayələrin müzmunu ilə tanışlıq.
 
Qurani-Kərimdə zahidə şəri hökmlərə dəlalət edən bir neçə ayəyə rast gəlmək olur. Lakin bu ayələr Məkkədə nazil olduqları üçün hələ qanun şəklinə salınmamışdır. Bunun üçün də bu ayələrə başqa bir açıqlama verilməlidir. Misal olaraq "Fussillat" surəsi, ayə 7-yə işarə etmək olar.  Ayədə Allah-Təala müşrükləri  zəkat vermədikləri üçün tənqid atəşinə tutaraq buyurur:" O müşrüklər ki, zəkat vermir və axirətə inanmırlar... Belə ki, kafirlərin küfr halında şəri hökmlərə əməl etmələrini vacib hesab edən təfsirçilərin  bir hissəsi zəkat verilməsində bu ayəyə istinad etmişlər. Lakin onlar dəqiq yetirsəydilər, görərdilər ki, "Fusillat" surəsi Məkkədə nazil olmuş, zəkatın vacibliyi isə hicrətdən sonra Mədinədə nazil olmuşdur.  Yəni həmin ayə nazil olduğu zaman zəkat müsəlmanlara belə vacib olmamışdı. Demək, surələrin Məkkə və ya Mədinədə nazil olduğu müəyyən etməklə tədqiqatçılar bu kimi məsələlərdə daha az səhvə yol verə bilərlər.
 
4.Kəlami dəlillər
 
Kəlam elmində istinad olunan ayələr, xüsusilərə Əhli-Bəytin fəziləti barədə nazil olan ayələrin bir çoxu Çədinədə nazil olub. Çünki bu kimi məsələlər Məkkədə deyil, Mədinədə açıqlanırdı. Alim bu təfsirşilərin bir hissəsi o ayə və surələri Məkkə dövrünə aid etmişlər ki, orada bu mövzulara dair əsaslı dəlil tapmaq mümkün deyil. Deməli, ayə və surələrin Məkkə və ya Mədinədə nazil olduğunu müəyyən etmək kəlam elmində olduqca zəruri məsələ hesab olunur.
 
5.Məkkə və Mədinə surələrinin tərifi
 
Quranşünas alimlər Məkkə və Mədinə surələrinin terminoloji tərifində üç əsas ünsürü meyar götürüblər. Zaman birinci tərifdə əsas meyar götürülür:" Hicrətdən əvvəl nazil olan hər bir ayə "Məkkə, hicrətdən sonra nazil olan ayələr isə Mədinə ayələri adlanır" (Hicrətdən sonra Məkkədə nazil olmalarına baxmayaraq). Məkkənin fəthi ərəfəsində nazil olan  ayələri buna misal çəkmək olar.  Məlum məsələdir ki, Məkkənin  fəthi hicrətdən sonra baş vermiş və həmin ayələr nazil olduğu zaman Peyğəmbər (s.ə.s) Məkkədə olmuşdur. Deməli, birinci tərəfdə əsas meyar məskən deyil, zaman götürülür. Bunun üçün də Peyğəmbər (s.ə.s) Məkkədən xaric olduqdan sonra  hicrət zamanı yolda Ona nazil olan ayələri Məkkə ayələrinə aid etmək lazımdır. "Qəsəs" surəsi, ayə 85-i buna misal çəkmək olar.
 
1. Məkkə və Mədinə ayə və surələrini bir-birindən ayırmaq üçün məkanı əsas meyar olaraq götürmüşlər. Tərifdə deyilir: " İstər hicrətdən əvvəl nazil olsun, istərsə də sonra, Məkkə və onun ətrafında nazil olan bütün ayə və surələr Məkkəyə, Mədinə və onun ətrafında nazil olan bütün ayə və surələr isə Mədinəyə aiddir" Verilən üçüncü tərəfdə isə əsas  meyar xitablar, yəni Quran ayələrində olunan müraciətlər nəzərdə tutulur. 
Tərifdə deyilir: " Məkkə əhalisinə  xitab olunan ayə və surələrə Məkkə ayə və surələri, Mədinə əhalisinə xitab olunan ayə və surələrə isə Mədinə ayə və surələri deyilir". 
Ayətulla Mərifət bu barədə bir qədər fərqli fikir irəli sürərək deyir: "Məkkə müşrüklərinə xitab olunan surələr Məkkə surələrinə, Mədinə möminlərinə xitab olunan surələr isə Mədinə surələrinə aiddir".
Zərkəsi yazır: "Ya əyyuhən-nas! -Ey insanlar!" xitabı olan surələr Məkkə, "Ya əyyuhəlləzinə amənu! - Ey iman gətirənlər!" xitabı olan surələr isə Mədinə surələrinə aiddir".
Zərqani deyilənlərə əlavə edərək yazır: "Məkkə əhalisinə xitab olunan, habelə "Ya əyyuhəlləzinə amənu!-Ey iman gətirənlər!" xitabı olan surələr Mədinə surələrinə aiddir. Digər xitab növləri də bu iki xitabdan birinə aiddir. (Ey Adəm övladı!) xitabı (Ey insanlar!) xitabına aid olduğu kimi.

2. Doğru tərif. Verilən təriflərdən birini doğru və düzgün qəbul etmək istəsək, gərək zamanın əsas meyar görürüldüyü birinci tərifi qəbul edək. Çünki Quranın etdiyi xitablar xüsusi deyil, ümumi səciyyə daşıyır. Nazil olduqları dövrdə onların Məkkə və ya Mədinə əhalisinə  aid olunması isə ayədə açıqlanan mətləb və verilən hökmlərin yalnız onlara çamil olunmasından xəbər vermir. Çünki madam ki, ayə istifadə olunan ibarələr ümumi səciyyə daşıyır, demək onun məna və məfhumu da ümumi olmalıdır. Digər tərəfdən Qurani-Kərimdə elə ayələr vardır ki, Mədinədə nazil olmalarına baxmayaraq, (Ey insanlar!) xitabı ilə başlamışdır.
"Bəqərə" surəsinin 21-ci, "Nia" surəsinin 1, 170, 174-cü və "Həcc" surəsinin 77-ci ayələrini buna misal çəkmək olar. Eyni qaydada olaraq Qurani-Kərimdə  elə ayələr vardır ki, Məkkədə nazil olmalarına baxmayaraq, orada (Ey iman gətirənlər!) xitabından istifadə olunmuşdur. Digər tərəfdən, Qurani-Kərimin bir çoc ayələrində nə Məkkə, nə də Mədinə əhalisinə xitab olunur.
Peyğəmbərə (s.ə.s), Adəm və İsrail övladlarına və s. qövmlərə olunan xitabları buna misal çəkmək olar. 
Məkanın meyar görüldüyü ikinci tərif də nöqsansız deyil. Belə ki, Qurani-Kərimin bir çox ayələri nə Məkkə, nə də Mədinədə nazil olmuşdur.
Təbukda nazil olan "Tövbə" surəsinin 42-ci ayəsini  və İsra gecəsində nazil olan "Zuxruf" surəsinin 45-ci ayəsini buna misal çəkmək olar. Demək, hər bir ayə və surə əgər hicrətdən əvvəl nazil olmuşsa, Məkkə ayə və surələrinə, hicrətdən sonra nazil olmuşsa, Mədinə ayə və surələrinə aid olmalıdır. Və onların bu iki haldan xaric olması qeyri-mümkündür. Bütün bunların üzə çıxarılması bir neçə baxımdan əhəmiyyət kəsb edir.

3. Şəri hökümlərin tanınmasında surə və ayələrin Məkkə və ya Mədinədə nazil olmasını müəyyənləşdirmək hökmün harada , hansı şərait və hansı səbəblər üzündən verilfiyini açıqlamağa imkan verir. Bunun üçündə, hər şeydən əvvəl, ayə və surələrin nazilolma tarixinə diqqət yetirməlidir.

4. Tarixin və Peyğəmbərin (s.ə.s) dəvətinin açıqlanmasında ayə və surələrin iki dövrə (Məkkə və Mədinə) bölünməsi Peyğəmbərin (s.ə.s) müxtəlif dövrlərdəki dəvət üslubları və baş verən mühüm tarixi hadisələrə yaxından tanış olmağa imkan verir.

Məkkə ayə və surələrin xüsusiyyətləri.

1. Üsulidinı (dinin əsaslarına) çağırış. Allaha və Qiyamət gününə olunan çağırışlar, Cənnət və Cəhənnəmin təsviri,Cənnət və Cəhənnəm əhlinin aqibətinin işıqlandırılması və s.

2. Əxlaqı dəyərlərə çağırış. İctimai hüquqa riayət etmək, küfr və digər günahlardan, habelə nadanlıq və günahlardan çəkinmək.  Bir olan Allaha iman gətirmək, başqalarına, xüsusilə də ata-anaya qayğı yanaşıb olanlara mehr-məhəbbət göstərmək, mənəvi saflığa çağırış və s.

3. Müşrüklərə (Allaha şərik qoşanlar) mübarizə və onların əqidə və təfəkkürünün batil olduğunun açıqlanması və kor-koranə ata və babalarının  getdikləri yolun davam etdiklərinə görə tənqid atəşinə tutulmaları.

4. Andların çoxluğu. 30 dəfəyə yaxın içilən andlarda Allah-Təala öz gözəl anlarına, Axirət gününə, Qurana, təbii varlıqlara, göy cimlərinə, mələklərə, Peyğəmbərin (s.ə.s) canına və s. əşyalara and içir. "Səffat", "Zariyat", "Əsr", "Zuha" kimi surələri buna misal çəkmək olar.

5. Ayə və surələrin qısalığı. Şer və ədəbiyyatın geniş yayıldığı bir yerdə heç bir oxşarlığı olmayan və fəsahət və bəlağət baxımından onlardan qat-qat üstüm olan Quran ayələri nazil olur və həm onların acizliyini, həm də öz üstünlüyünü sübuta yetirərək onların meydan sulamalarına birdəfəlik son qoyur.

6. Başlanğıcında və ya mətnində (Ey insanlar!) xitabı olan ayə və surələr. Bir şərtlə ki, həmin surədə (Ey iman gətirənlər!) xitabı olmasın. ("Həcc" surəsi istisna olmaqla (Belə ki, bu surədə her iki xitabdan istisna olunmuşdur.

7. Keçmiş peyğəmbərlər, ümmət və qövmlərin əhvalatını nəql edən və onların aqibətini, habelə Adəmlə İblisin əhvalatını açıqlayan ayə və surələr, ("Bəqərə" surəsi istisna olmaqla).

8. Kəlla- (Heç vaxt) kəlməsindən istifadə olunan ayə və surələr. Qurani-Kərimdə 15 yerdə 32 dəfə istifadə olunan bu kəlməyə Quranın son hissələrində rast gəlmək olur. Bu ayələrdə Məkkə müşriklərinin  inadkarlıqları kəskin şəkildə tənqid atəşinə tutulur. Vacib səcdə ayələri isə bunlardır: "Səcdə" 15, "Nəcm" 62, "Fussillat" 37, "Ələq" 19. 10 Müqəddə hərfləri ilə başlanan surələr bunlardır; "Bəqərə" və "Ali İmran" surələri istisna olmaqla, bu surələrin sayı 27-dir.


Mədinə ayə və surələrinin xüsusiyyətləri

1.Ayələrin və surələrin uzunluğu Quranın ən böyük surələri olan "Bəqərə" və "Ali-İmran" surələrini buna misal çəkmək olar.

2. Münafiqlərin məkrli niyyətlərinin üzə çıxarılması və onların izahlı əzabla qorxudulması.

3. Cihad ayələrinin çoxluğu və cihad hökmünün verilməsi.

4. Kitab əhli ilə aparılan mübahisələr və onları iftiraçılardan əl çəkməyə dəvət edən ayələr, "Bəqərə", "Ali-İmran", "Nisa", "Maidə" və "Tövbə" surələrini buna misal çəkmək olar.

5. Şəri hökümlərin açıqlanması. Bu məzmunda nazil olmuş ayələrdə vərəsəlik, iqtisadi, siyasi hüquqlara riayət etmək sazişi və əhd-peymanlara sadiq qalmaq və  sair ibadi və alış-veriş məsələlərinə dair hökümlər verilir.

6. Dinin həqqaniyyətini sübuta yetirən dəlillərin nazil olması.

7. "Ey insanlar!" xitabı olmayan və "Ey iman gətirənlər!" xitabı olan ayələr.


Category: Diger me'lumatlar | Baxış: 1530 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]