Bazar günü, 2024-12-22, 10:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 7 » Məhərrəm ayı başladı
6:54 PM
Məhərrəm ayı başladı

Məhərrəm ayı başladı

Məhərrəm ayı Hicri-qəməri təqvimi ilə İslam dininin birinci ayıdır


Dekabrın 7-də Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, Aşura günü dekabrın 16-da olacaq. Hər il olduğu kimi, bu il də Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət edilməklə keçiriləcək, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunacaq.

Məhərrəm ayı Hicri-qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının başlanması münasibətilə fətva verib. "Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik", deyə fətvada bildirilir.

Fətvada qeyd edilir ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn əleyhissəlam naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır. Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən yiyələnəcəklər. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əziz tutan xalqımız sıx birləşərək torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda daha artıq əzmkarlıq nümayiş etdirəcəkdir, inşaallah”, - deyə fətvada bildirilir.

Category: Diger me'lumatlar | Baxış: 961 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 patriot777   (2010-12-08 8:23 AM) [Daxil et]
Erhemerrehimin Allahin Adi ile! Allah razi olsun sizden ve gorduyunuz ishlerden.Amma men Ashura gunun ən münasib əzadarlıq nümunəsi olmasi ile ve yalniz qan verme aksiyasina da cevrilmesi ile de razi deyilem.Qani bashqa vaxt da vermek olar. Ashura deyerlerinin,Kerbela hadisesinin mahiyyetini,Imam Huseynin (a) hedeflerini camaata basha salinmalidir ve ilden-ile MashaAllah insanlarin hem saylari, hem de agahliqlari artir.Her dovrun oz Kerbelasi,oz yezidi var.Bu sadece olaraq menim fikrim idi.Allah bizleri bu ayin feyzinden binesib elemesin.Vesselamu eleykom ve Rehmetullahi ve bereketu.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]