Bazar günü, 2024-12-22, 10:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 8 » Əlinin zülfüqarı
10:24 PM
Əlinin zülfüqarı
Zülfüqar - ərərb mənşəli sözdür. Lüğəti mənası onurğa sahibidir. "Fiqar" onurğa  sümüyü mənasını ifadə edən "fiqrə"  sözünün cəm formasıdır.

Qılınca belə bir adın verilməsi barədə müxtəlif mübarizələr irəli sürülmüşdür.

1. Qılıncın üzərindəki dərin cızıqlar, daha dəqiq desək, onurğa sümüyünə bənzəyən oyuqlar olduğu üçün verilmişdir. Hətta bu məzmunda İmam Cəfər ibn Muhəmməddən də (ə) hədis nəql olunmuşdur.

2. Şeyx Sədud onun barəsində deyir: " Zülfüqar - Peyğəmbərin (s.ə.s) İmam Əliyə (ə) bağışladığı qılıncın adıdır. Üzərində onurğa sümüyünə bənzəyən uzun ayuq vardır. Ona belə bir ad kafirlərin belini qırdığı üçün verilmişdir".

3. İmam Sadiq (ə) nəql olunan hədisdə buyrulur:" Cəddim Əli ibn Əbu Talib Zülfüqarla vurduğu şəxsləri bu dünyada həyatdan, axirət dünyasında isə Cənnətdən məhrum edər. Bu səbəbdən də ona belə bir ad verilmişdir".

Zülfüqar İmam Əliyə (ə) necə gəlib çatmışdır?

Qılınc Bədr döyüşündə İlam Əlinin (ə) əlinə qənimət olaraq keçir. Nadisə belə baş verir.
Məkkə müşrüklərindən olan Həccac Səhminin nəvəsi As hicrətin ikinci ilində Bədr döyüşündə İmam Əli (ə) tərəfindən qətlə yetirilir. Onun ikibaşlı qınıncı isə qənimət olaraq götürülür. Döyüş başa çatdıqdan sonra Peyğəmbərin (s.ə.s) hüzuruna gətirilir. Peyğəmbər (s.ə.s) qılıncı İmam Əliyə (ə) qaytararaq onu özünə hədiyyə etdi.

İndi Zülfüqar qılıncı hardadır?

Dünyanın bir çox mötəbər muzeylərində, o cümlədən Türkiyənin Topqapı, Sankt-Peterburqun Ermitaj və Misirin Qahirə muzeyində Zülfüqar qılıncı eksponatı olaraq  qoyulmuşdur. Əgər doğrudan da İmam Əlidən (ə) sonra Zülfüqar müxtəlif insanların əlinə keçmişsə, demək qılıncın əsl yuxarıda adıçəkilən muzeylərin hər üçündə deyil, yalnız birində ola bilər. Belə fikirləşməyənlərdə var. Əhli-Bəyt davamçıları bu barədə tamam fərqli mülahizələr irəli sürürlər. Onların fikrincə, Zülfüqarı İmam Əliyə (ə) Peyğəmbər (s.ə.s) bağışlamış, o isə onu oğlu İmam Həsənə (ə) vermiş, ondan sonra qılınc İmam Hüseynin (ə) ixtiyarında olmuş və beləcə məsum imamların birindən digərinə ötürülmüşdür. Hazırda isə qeybdə olam İmam Zamanın (ə.f) ixtiyarındadır. Hətta belə rəvayət olunur ki, Zülfüqar iməmətin əsas nişanələrindən biri olmuşdur. Yəni qılınc kimin ixtiyarında olmuşsa, o da zəmanənin məsum İmamı hesab edilmişdir. İmam Rzadan (ə) bu barədə nəql olunan rəvayətlərdə buyrulur:" Zülfüqar və zireh İmamətin nişanələrindəndir. İndi o mənim ixtiyarımdadır".


Xəndək döyüşü müsəlmanların qələbəsi ilə başa çatdıqdan sonra Peyğəmbər (s.ə.s) müsəlmanlara xitabən buyurur:" Əlinin xəndək döyüşündə vurduğu bir zərbə insan və cinslərinin ibadətindən daha üstündür"

Tarixi ibn Şəhr Aşubun verdiyi məlumata görə, Zülfüqar qılıncının iki başlığı olmuşduir. Lakin belə bir məlumat yalnız onun tərəfindən verilmiş və başqa heç bir tarixi kitablarda qeyd olunmamışdır. Tarixçilərin bir çoxu belə bir fikirdədirlər ki, Zülfüqar heç də iki başlı qılınc olmamış və adi qılıncdan fərqi yalnız üzərindəki onurğa sümüyünə bənzəyən oyuq olmuşdur.

Category: Diger me'lumatlar | Baxış: 5307 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 1
0  
1 ezrail   (2011-02-11 6:35 AM) [Daxil et]
Salamun ələykum. Bismillahir Rahmanir Rahim. Yerləşdirdiyiniz məlumat üçün sizə təsəkkür edirəm. Əvvala onu qeyd edim ki, Zülfüqar qılıncı Əli(s) qənimət kimi qalmamış Bədr döyüşündə Əli(s) qılıncı qırılır və Cəbrayıl(s) Allahın icazəsilə gəlir yerdə iki tiyəli ağac parçasını götürür və onu qılınca çevirib Əli(s) verir. İkincisi isə doğrudur ki, Zülfüqar qılıncı hal hazırda on ikinci imamizdadır. Bu sözlərimi təsdiqləyən kitabın adını dəqiq bilmirəm amma əhlibeyt alimlərinnin Bədr döyüşü haqqındakı kitablarında bu qeyd olunmuşdur.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]