Bazar günü, 2024-12-22, 10:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 18 » ƏLİNİN (Ə) SON GECƏSİ
5:28 AM
ƏLİNİN (Ə) SON GECƏSİ
Qədr gecələrinin əzəməti Quranın nazil olunması ilə yanaşı, həm də möminlərin əmiri Əlinin (ə) şəhadəti ilə də əlamətdardır. Bu gecə Kəbə evində dünyaya gələn Allah aşıqı Allah evindəcə şəhid olunur. O gün insanların ən yaxşısı insanların ən pisi tərəfindən qətlə yetirildi. O gün Kufə yetimləri deyil, asimanın bütün mələkləri fəryad qopardı...

   Ümmü Gülsün deyir:" Ramzan ayı atam övladlarından birinin evində iftar edərdi. Həmin gün atam mənim evimdə iftar etdi. Süfrə saldım, bir qədər çörək, duz və bir qabda süd gətirdim. Atam məni çağırıb təəccüblə soruşdu:" Qızım, atanın nə vaxt iki növ yeməklə iftar etdiyini görmüsən? Günlərin biri baban Peyğəmbərdən (s.ə.s) bu sözləri eşitdim:" Buyurdu: "Ey Əli! Bir gün Cəbrail mələk mənim yanına gəlib dedi: "Ey Allah peyğəmbəri! Yerin şahlığınıŞ onun içində olan bütün sərvətləri sənin üçün gətirmişəm".  Bu təklifdən sonra mən ondan soruşdum: "Ey Cəbrail, de görüm bütün bunların sonu nədir?". Dedi:" Sonu ölümdür, ey Allahın peyğəmbəri, hamı öləcək, sən də bir gün dünyanı dəyişəcəksən". Sonra mən ona dedim:"İndi ki, hər şeyin sonu ölümdür, onda gətirdiyin dünya malı mənə gərək deyil, mən onlardan imtina edirəm". "Qızım, sənin atan həmin peyğəmbərin əlindən su içib, mənə tərbiyə verən  həmin şəxs olub, götür bu yeməklərdən birini".
  Ümmü Gülsüm deyir:" Mən südü atamın qabağından götürdüm, o, duzla bir-iki tikə çörək yeyib iftarını bitirdi.  Bir neçə gün əvvəl qardaşımın evində iftar edərkən də çox az yedi. Ondan bunun səbəbini soruşduqda buyurdu:" Bir vaxtlar baban Peyğəmbər (s.ə.s) mənə şəhid olacağımı vermişdi, bax həmin gün yaxınlaşıb. Bu səbəbdən də dolu qarınla dünyamı dəyişmək istəmirəm. Mən həmin hadisəyə hazırlaşıram".
   Ümmü gülsüm deyir:" Həmin gün atam səhərə qədər ibadət etdi, dualarında elə hey təkrar edərdi: "İlahi! Ölümü mənim üçün bərəkət et. İlahi!  Səninlə görüşə hazırlaşıram, o görüşü mənim üçün bərəkətli et". Sonra qardaşım Həsən bunun səbəbini atamdan soruşdu: " Oğlum, yuxuda Cəbrail mələyi gördüm. O, Əbu Qubeys dağından gətirdiyi iki daşı Kəbə evinin üzərində bir-birinə çərpdı, daş un kimi ovulub bütün evlərə səpildi". Qardaşım Həsən ondan soruşdu:"  Ata, sən bu yuxunu necə yozarsan?". Buyurdu:" Ölümüm yaxınlaşıb, mənim ölümümlə bütün evlərə qəm dolacaq. Möminlər mənim ölümümlə qəm-qüssəyə qərq olacaqlar". Bunu deyib sübh namazını qılmaq üçün məscidə getdi, orada yatanları oyadıb azan verir.  Sübh namazının birinci rükətinin birinci səcdəsində məsciddə onlar onun bu nidasını eşitdi. " And olsun Kəbənin Allahına, rahat öldüm!". Möminlərin əmiri Əli ibn Əbi Talib (ə) Xəvaricdən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən zərbətlənir.
   Peyğəmbərdən (s.ə.s) sonra haqq-ədalətin tək nişanəsi olan İmam Əli (ə) ölüm ayağında oğlu Həsənə (ə) bu vəsiyyəti edir:" Oğlum, ona mən yediklərimdən yedirdin, içdiklərimdən içirdin. Əgər ölərəmsə, ona tək bir zərbə vurun. Amma bilin ki, güzəşt Allaha daha yaxındır. Yox, əcəl möhlət verərsə, onun mühakiməsi mənimdir".



Category: Diger me'lumatlar | Baxış: 904 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]