Bazar günü, 2024-12-22, 9:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 22 » Əli əleyihissalam kimdir? (16)
9:10 PM
Əli əleyihissalam kimdir? (16)
HƏZRƏT ƏLİNİN (Ə) İMAMƏTİNİ TƏSDİQ EDƏN ƏQLİ DƏLİLLƏR
Birinci dəlil: Həzrət Peyğəmbərin (s) vəhy və Qur’an sahibi olması, yaranış sirlərindən xəbərdarlığı, kamal və əxlaq baxımından birinciliyi şiə və sünnilər tərəfindən yekdil olaraq qəbul edilmişdir.
Öncə qeyd etməliyik ki, həzrət Peyğəmbərin (s) canişini kim olursa olsun, düz adam olmalıdır. Bütün zəruri şərtləri kənara qoyub yalnız insanın düzlüyünü me’yar götürək. Çünki düz olmayan adamın xalqın işinə qatışmaq haqqı yoxdur. Belə bir sifət adi insanlar üçün adi bir şey olsa da, müsəlmanların xəlifəsi üçün son dərəcə zəruridir. Düzgünlüyün əlamətlərindən biri budur ki, insan öz haqqına qane olsun. Amma iki şəxs bir məqama iddialıdırsa, onların hər ikisini düzgün saymaq olmaz.
Həzrət Peyğəmbərdən (s) sonra İslam ümməti arasında yaranan ixtilaflı məsələlərdən biri xilafət məsələsi idi. Peyğəmbərdən (s) sonra ilkin xəlifə şiələrin nəzərincə həzrət Əli (ə), sünnülərin nəzərincə isə Əbu-Bəkr olmalı idi. Həzrət Əli (ə) iddia edirdi ki, imamət məqamı ilahi bir məqamdır və həzrət Peyğəmbər (s) Allahın əmri ilə onu öz canişini tə’yin etmişdir. Əbu-Bəkr isə Səqifədəki şuranın qərarına əsasən xəlifəliyi öz haqqı sayırdı. Biz iki iddiadan birini qəbul etməyə məcburuq.
Məsələni riyazi baxımdan şərh etməyə çalışaq. Əgər şiələrin əqidəsini əsas götürsək, Əbu-Bəkri yalançı və xilafət məqamını qəsb etmiş adam kimi tanımalıyıq. Amma sünnilərin əqidəsini əsas götürdükdə, Əbu-Bəkri haqlı saymalı, həzrət Əlini (ə) yalançı kimi qəbul etməliyik. Biz sünnə əhlindən soruşuruq: «Əgər Əli (ə) düz adam deyildisə, nə üçün üç xəlifədən sonra xalq onun ardınca gəldi və xəlifəliyə məcbur etdi? Bə’zi sünni alimləri şiələrin məntiqi qarşısında söz tapmayıb, bəhanə gətirirlər ki, həzrət Əli (ə) özü xilafəti istəməyib və Əbu-Bəkrin xəlifəliyi ilə razılaşıb. Amma onların nəzərinə çatdırmalıyıq ki, Əlini (ə) Əbu-Bəkrin yanına məcburi şəkildə gətirdilər. Fatimə dünyasını dəyişənədək həzrət Əli (ə) Əbu-Bəkrə bey’ət etmədi. İkincisi, məcburi bey’əti razılıq saymaq olmaz.
İkinci dəlil: Tutaq ki, imamət ilahi məqam deyil və həzrət Peyğəmbər İslam ümməti üçün canişin tə’yin etməmişdir. Belə olduğu halda xəlifə seçimində bütün müsəlman qəbilələrinin iştirakı zəruri olur. Hansı ki, Xəzrəc, bəni-Haşim və bir çox məntəqə müsəlmanları şura məsələsindən xəbərsiz olmuşlar. Səhabələrin də bir çoxu Əbu-Bəkrə bey’ət etməmişdir. Əslində Səqifədəki şuranın qərarı bir fitnə idi. Burada Əbu-Bəkr, Ömər və Əbu-Übeydənin əvvəlcədən hazırladığı plan əsasında hərəkət edilirdi. Onların məqsədi haşimiləri xilafət məsələsindən kənarlaşdırmaq olmuşdu.
Əgər Səqifədə toplanmış şuranı həqiqi şura saysaq da, məsələ həll olunmamış qalır. Əgər xəlifəni xalq seçirsə, elə bir adam seçilməlidir ki, onun ruhani və əxlaqi keyfiyyətləri başqalarından üstün olsun. Sünnə əhlindən soruşuruq: «Ümmətin ən fəzilətlisi və üstünü kim idi? Şücaətdə, səxavətdə, mühakimədə, hikmətdə, elmdə, ədalətdə, təqvada və sair müsbət səciyyələrdə həzrət Əli (ə) üstün idi, yoxsa Əbu-Bəkr? Əgər həzrət Peyğəmbər (s) Əlinin (ə) fəzilətləri barədə dəfələrlə danışmışsa və sünnə əhli bu buyuruqları qəbul edirsə, nə üçün xəlifəliyə başqası seçilməli idi? Məgər Qəzzali, ibn Əbil-Hədid kimi məşhur sünni alimlərinin mövqeyi sünnə əhlinə mə’lum deyilmi? Onlar öz kitablarında yazırlar: «Əbu-Bəkr minbərə çıxıb dedi: «Bir halda ki, Əli (ə) sizin aranızdadır, məni azad buraxın. Mən sizin aranızda hamıdan üstünü deyiləm».
Bəli, həzrət Əli (ə) xilafətə daha çox layiq olmuşdur. Bütün digər şərtləri kənara qoyub sırf fəzilət baxımından məsələyə yanaşsaq, yenə də xəlifəlik Əlinin (ə) haqqı olur. Bəs necə olur ki, Əlinin (ə) üstünlüyünü e’tiraf edən bir şəxs xəlifə seçilir?
Müsəlmanların xəlifəsi ən üstün rəhbər və gözəl komandan olmalıdır. Rəhbərin qəlbində acizlikdən, qorxudan əsər tapılmalıdır. Bəs bu baxımdan necə, Əbu-Bəkr və Ömər üstündür, yoxsa Əli (ə)? Ühüd, Xeybər, Hunəyn döyüşlərində Əbu-Bəkrdən və Ömərdən sorağ yox idi. Həzrət Əli (ə) düşmənin sel tək hücum çəkən qoşununun qarşısında tək-tənha dayanıb, qılıncından od yağdırardı. Əgər həzrət Əli (ə) olmasaydı, İslam qoşununun müharibələrdəki qələbəsindən danışmağa dəyməzdi. Xəndək döyüşündə Ömər israr etdi ki, Peyğəmbər (s) müşriklərlə sülh bağlasın. Ömər Əmr ibn Əbdüvədin məğlubedilməz qəhrəman olduğunu səbəb kimi göstərirdi. Əmrin şücaətindən qorxan Ömər müsəlmanların ruhiyyəsini süstləşdirirdi. Amma həzrət Əli (ə) nəinki Əbdüvəddən qorxmadı, hətta onu dünya ilə vidalaşmağa vadar etdi. Məgər Ömər özü Əlinin (ə) şücaətini e’tiraf etməmişdirmi?
Bəli, sünnə əhli bütün bu suallar qarşısında acizdir.

SÜNNƏ ƏHLİNƏ BİR NEÇƏ SÖZ
Biz söhbətimizin bu hissəsində möhtərəm sünni qardaşlarımızdan onların xilafətlə bağlı məsələlərdəki incəliklərə tərəfsiz yanaşmalarını istəyirik. Əgər bizim dediyimiz sözlərdə yalan və iftira yoxdursa, onları təəssübsüz qəbul etmək lazımdır.
Ey əziz qardaşlar! Şübhəsiz ki, hər bir insan öz e’tiqadına ehtiramla yanaşmalıdır. Amma bu da aşkar həqiqətdir ki, bütün e’tiqadlar həqiqi sayıla bilməz. Çoxları uşaqlıq dövründən gördüyü tərbiyə nəticəsində ata-babalarının dini ilə gedir və ömür boyu tutduqları yolun doğru olub-olmadığı barədə düşünmürlər. Hansı ki, hər bir insan danışdığı əqidənin həqiqətə uyğun olub-olmadığını şəxsən araşdırmalıdır. Təəssüb ucbatından tutduğunu buraxmamaq insanın öz ziyanına tamamlanır.
Siz deyirsiniz ki, Peyğəmbər (s) xəlifə tə’yin etməyib. Əgər doğrudan da Peyğəmbər (s) xəlifə tə’yin etməmişdisə, bəs nə üçün Əbu-Bəkr özündən sonra xəlifə tə’yin edirdi. Əbu-Bəkr özünü Peyğəmbər (s) xəlifəsi adlandırırdı. Əgər Peyğəmbər xəlifə tə’yin etməmişdisə, nə üçün Əbu-Bəkr belə bir məqama iddialı idi?
Ömər özü Əbu-Bəkr tərəfindən tə’yin olunduğu halda, özündən sonra yenidən şura məsələsini ortaya atdı. Əgər məsələ şurada həll olunmalı idisə, nə üçün bütün xalq bu şurada təmsil olunmurdu? Ömər hələ şura başlamamışdan qabaq qərar çıxarmışdı ki, müxaliflər, azlıqda qalanlar öldürülsün. Belə bir göstərişə necə haqq qazandırmaq olar?
Ötən söhbətlərdə sübuta yetirildi ki, imamət ilahi bir məqamdır. İmamı şura yolu ilə seçmək cinayətdir. Əgər doğrudan da bu istiqamətdə xalqa söz verilsəydi, şübhəsiz ki, Əli (ə) seçilərdi. Üçüncü xəlifədən sonra nisbətən azad mühitə düşmüş xalq Əlinin (ə) evinə üz tutmadımı?
Həzrət Peyğəmbər ölümündən qabaq kağız-qələm istədi. Ömər isə onun bu istəyinə belə cavab verdi: «Vəsiyyətə ehtiyac yoxdur, Allahın kitabı bizə bəsdir». Əgər vəsiyyətə ehtiyac yoxdusa, nə üçün Əbu-Bəkr və Ömər özləri vəsiyyət etdilər? Əgər imamət məsələsinə, bu məqamın Allah tərəfindən tə’yin olunmasına inanmırsınızsa, heç olmaya ilk üç xəlifənin səhabələrdən fəzilətli olmadığını e’tiraf edin.
Sünni qardaşlarımız unutmasınlar ki, bizim bu kitabda gətirdiyimiz dəlillər əqli və məntiqi dəlillər idi. Bizim müxtəlif mövzularla bağlı söhbətlərimizdə əsas mənbələr sırasında sünni mənbələri də dayanırdı. Biz bütün üzr və bəhanələri kəsmək üçün ən məşhur sünni alimlərindən sitatlar göstərdik. Əlbəttə ki, bütün bu ixtilaflara baxmayaraq, zahiri birliyi qorumaq zəruridir. Həzrət Əli (ə) də belə etmişdir!

HƏZRƏT ƏLİNİN (Ə) ÖVLADLARI VƏ SƏHABƏLƏRİ
Tarixçilər həzrət Əlinin (ə) övladlarının sayını müxtəlif rəqəmlərlə göstərmişlər. Bə’zi tarixçilərin bildirdiyinə görə həzrətin on səkkiz oğlu və on səkkiz qızı olmuşdur. Şeyx Müfid və Əllamə Təbərsi həzrətin iyirmi səkkiz övladı olduğunu zikr edirlər. Həzrətin övladlarının adı ilə tanış olaq: Həsən, Hüseyn, Zeynəbi-Kubra, Zeynəbi-Suğra (Ümmü-Gülsüm), Məhəmməd Hənəfiyyə (anası Xəvlə), Ömər və Rüqəyyə (Ümmü-Həbibədən olan əkizlər), Abbas, Cə’fər, Osman, Abdullah (Ümmül-bənin), Yəhya (anası Əsma), Ümmül-Həsən və Rəmələ (anaları Ümmü-Səid), Məhəmməd-Əsğər (anası Leyla), Nəfisə, Zeynəbi-Suğra, Rüqəyyeyi-Suğra, Ümmü-Hani, Ümmü-Kiram, Cəmanə, İmamə, Ümmü-Sələmə, Məymunə, Xədicə, Fatimə.
Həzrət Əlinin (ə) yaxın səhabələri ilə tanış olaq: «Malik Əştər Nəxəi, Üvəys Qərəni, Məhəmməd ibn Əbu-Bəkr, Meysəm Təmmar, Kumeyl ibn Ziyad, Abdullah ibn Abbas, Qənbər, Ruşəyd Hicri, Səhl ibn Hunəyf, Sə’səə ibn Suhan, Zeyd ibn Suhan, Əmmar Yasər, Hucr ibn Ədi, Qeys ibn Sə’d, Ədi ibn Hatəm və başqaları.

Ardı var...

Müəllif: Fəzlullah Kompani  

Category: Tarix | Baxış: 1181 | Added by: Mursəlat | Rating: 5.0/3
Total comments: 1
0  
1 025   (2011-12-23 12:41 PM) [Daxil et]
ALLAH sizlerden razi olsun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]