Bazar günü, 2024-12-22, 10:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Noyabr » 4 » Əlçatmaz qapı
7:46 AM
Əlçatmaz qapı
 
Əlçatmaz qapı
 
Kəbənin qapısı yerdən 1m. 97 sm. hündürlükdə yerləşir. Bu da adi insan boyundan 25-30sm. hündürdür. Bunu da dua zamanı zəvvarların əllərini yalnız qapının aşağı hissəsinə çatması ilə də müşahidə etmək olar.
 
Kəbənin qapısına üç yüz kiloqram təmiz qızıl işlənmişdir.
 
 
Bəs nə üçün?
Neç bu barədə düşünmüsünüzmü?
 Özünüzə zəhmət verib düşünməyin, Karvan bunu arayıb üzə cıxardı.
 
Sualın cavabı
Aişədən nəql olunan hədisdə öz əksini tapır:
 
O deyir:
  "Günlərin biri Peyğəmbərdən (s.ə.s) soruşdum:"Ay Allahın Peyğəmbəri, nə üçün Kəbənin qapısı yerdən bu qədər hündürdədir? Buyurdu:"Qureyş hələ cahiliyyət dövründə  istədikləri şəxsləri Kəbəyə buraxar, istəmədiklərini isə buraxmazdılar. Əgər onlar hələdə cahiliyyən adət-ənənələrini geridə qoymasaydılar, Kəbənin qapısı yerlə berabər edərdim".
 
Görəsən, Peyğəmbərdən  (s.ə.s) sonra nə üçün bu iş görülmədi? Yoxsa Səudiyyə Ərəbistanında hələ də Qureyş təəssübkeşliyi hökm sürür?
 
Hədisdən iki mühüm məsələ ortaya çıxır:
 
   1. Açarları Qureyşin əlində olan Kəbə evinin qapısının yuxarıda olması onların bura daxil olacaq şəxslərə dəyər vermələrindən, daxil olmalarını istəmədikləri şəxslərə manə olmaq istəmələrindən xəbər verir. Yeni Qureyş Kəbə evinə daxil olmağı bir növ imtiyaz hesab edir və belə bir süni şəraiti yarada bilmişdi.
   2.Peyğəbər (s.ə.s):" Əgər onlar hələ də cahiliyyət adət-ənənələrini geridə qoymasaydılar Kəbənin qapısını yerlə berabər edərdim"-buyurmaqla müsəlman ümmətinə hər şeyin bir vaxtı olduğunu öyrətmək istəyir. Çünki vaxtından əvvəl görülən bir çox işlər əksər hallarda ya nəticə vermir və ya davamiyyətsiz olur.
 
Category: Diger me'lumatlar | Baxış: 819 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]