Bazar günü, 2024-12-22, 2:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 7 » Əl - Muhit (Əsmayi hüsna)
7:07 AM
Əl - Muhit (Əsmayi hüsna)
"Əsmaul - hüsna" (Allahın gözəl adları) - kəlməsindəki "əsma" isimlər mənasını verən "isim" sözünün cəm forması, "hüsna" isə gözəl mənasını verir.
   Bu günümüdə ixtiyarımızda olan "əsmaul-hüsna" (Allahın gözəl adları) cədvəli bizə ya hədis alimi Tirmizinin yaxud da ibn Macənin kitablarından gəlib çatmışdır. Hər iki mühəddiz (hədis alimi) hədisi Peyğəmbərin (s.ə.s) dilindən nəql edir. Hədisdə deyilir: "Allahın 99 adı vardır, onları sadalayan şəxs Cənnətə daxil olar".
   Lakin bir çox sabiq və müasir mühəddislər bu hədisi Peyğəmbərin (s.ə.s) dilindən nəql olunmadığı və "müdrəc" (sənəd və mətinə bəzi hissələrin əlavə və ya əksinə olaraq ixtisar olunduğu və oxucunu başa sala biləcək bu ixtisar və əlavələrin qeyd olunmadığı hədislərə deyilir) hədislər toplusuna aid olunduğunu iddia edirlər.
   Qəribə budur ki, "Əsmaul-hüsna" barədə nəql olunan hədisdə Quranda işlədilən 26 ada rast gəlmək olur. Bu isə o deməkdir ki, Allahın Quranda sadalanmayan digər adları var. Məsələn, Quranda 967 dəfə istifadə olunan "Rəbb" adına məşhur siyahıda rast gəlmək olmur.
   Tirmizinin və ibn macənin nəql etdikləri hədisin digər çatmayan cəhətidə var; hədisdə Allahın bütün felləri Onun sifətləri ilə əlaqələndirilir və fellər sifət halına salınır. Çünki əgər Allahın hər felindən isim düzəltmək doğru olarsa, onda bütün fellərdən isim düzəltmək doğru və dügün olardı. Halbuki bu, təmamilə yalnış fikirdir.   Aşağıdakı ayələrə diqqət yetirək:
   Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır.("Nisa" 142)
   Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).("Ali-İmran" 54)
   Bu və bu kimi ayələri nəzərə alaraq yuxarıda qeyd olunan fellərdən (İsimlərdəm) Allah üçün isim nəzərdə tuta bilərik?
   Başqa bir ayəyə nəzər salaq:
   Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin.("Ənfal" 17)
Ayəyə istinadən "atıcılıq" sifətini Allaha aid edə bilərik?
   Əlbəttə ki, yox!
   Demək "Əsmaul-hüsna" ilə yanaşı, həm də "Əfali-hüsna" (gözəl işlər) də vardır. Lakin bu, heç də istənilən "Əfali-hüsna" dan "əsmaül-hüsna" düzəltmək anlamına uyğun gəlmir  - əgər bu, düzgün olsaydı, Onu Allahın özü edərdi, O isə bunu etməmişdir.

"Əl - Muhit"

   "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin." ("Əraf" 180)
   "Əl - Muhit" Quranda yer alan belə adlardan biridir.
   "Əl - Muhit" bənzəri olmayan və tükənmək bilməyən elm və qüdrəti hər şeyə şamil olunan və onu öz ixtiyarında saxlayan varlığa deyilir.
   Muhit sözünün lüğəti mənası - sözün kökünü "hovuz" mənasını ifadə edən "həut" kəlməsi təşkil edir. Hovuz içindəki suyu əhatə etdiyi üçün ona belə ad verilmişdir. Deməli, "həut" nəyisə əhatə edən və özündə ona yer verən əşyaya deyilir. Evin divarına "cidar" la yanaşı, həm də "hait" deyilir.
   Allah Muhitdir, bəndələrinin də "muhit" olmalarını istəyir. Lakin bu xüsusiyyətə yiyələnməsi insanlardan təmamilə fərqlidir.
  Allahın əhatəliyi mütləq mənada əbədi və əzəli, insanın əhatə qabiliyyəti isə müvəqqəti və məbuddur. Allah bəndələrinin də belə xüsusiyyətə yiyələnərək düşüncə və əməllərin sirrini aşmadan sağlam məntiq çərçivəsində əhatə etmələrini istəyir. Əqidə, düşüncə, əxlaq və əməlini Allahın istək və iradəsi, Onun qanun və qaydaları ilə əhatə edən müsəlman Allahın görmək istədiyi insanlardır.
   okeanın suyu öz hüquqlarını aşa bilmədiyi kimi, insan da Allah qanunlarını özü üçün sinir bilib ondan aşmaz və öz imanını qoruyub saxlayar. Okean öz hüquqlarından çıxıb ətrafda fəsad törətdiyi kimi, insan da ilahi çərçivədən çıxmaqla həm özünü həlak edər, həm də başqalarının fəsada uğramasına səbəb olar.
   Muhit olan insan ixtiyarında olanlara, var-dövlətə, əhatə etdiyi əraziyə qane olar və həddi aşmaz. Zehinə əhatə etdiyi elm və məntiqlə höküm verər, bilmədiklərini dilə gətirib nə özünü rüsvay edər, nə də başqalarını çaşqın salar. Muhit olan insan Allah hüquqlarını aşmayan, öz hüquqlarını bilən, başqalarının onun hüquqlarına təcavüz etməsinə imkan verməyən varlıqdır. Muhit insan - Allahın əhatə etdiyi, onu özbaşına buraxmadığı varlıqdır.
   İlahi! Səni and veririk Muhit adına! Bizi heç zaman özbaşımıza buraxma. Bizi bizdən, bizi Özündən uzaq salma!


Category: Diger me'lumatlar | Baxış: 1191 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]