Cümə günü, 2024-03-29, 2:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 26 » Kumeyl necə şəhid oldu?
12:29 PM
Kumeyl necə şəhid oldu?

Kumeyl necə şəhid oldu?

Şəhid Kumeyl ibn Ziyad Nəxəi İmam Əlinin (ə) ən yaxın ardıcıllarından olmuşdur və səhabələrin arasında böyük ehtirama malik idi. O, İmam Əli (ə) tərəfindən Heyət məntəqəsinə vali təyin edilmişdi və ariflər onu o Həzrətin (ə) sirlərinin sahibi kimi tanıyırdılar. Kumeyl, İmam Hüseynin (ə) də səhabəsi olmuşdur. Həccac İraqın valisi olduqdan sonra onun qətlinə hökm verdi. Kumeyl bu xəbəri eşitdikdə, gizli yerdə sığınacaq tapdı. Həccac onu tapa bilmədiyi üçün Kumeylin qohum-əqrəbasının (beytül-maldan olan) hüquqlarını kəsdi. Kumeyl bu vəziyyətdən xəbərdar olduqda, qayıdıb özünü Həccaca təslim etdi və ona dedi: "Allah Təala Qiyamət günündə mənimlə sənin aranda hökm edəcəkdir! Əli (ə) mənə xəbər vermişdir ki, məni sən öldürəcəksən". Həccac əmr etdi ki, onun başını bədənindən ayırsınlar. Kumeyl doxsan yaşında şəhadətə çatdı.



Kumeylin məzarı Kufə ilə Nəcəf arasında yerləşir. Müqəddəs hərəminin ümumi sahəsi 5400 m²-dir.



(Şəkillər shafaqna.com-dan götürülüb)



Hazırladı: Zəhranur Qüdsi

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi

 deyerler.org






Category: Diger me'lumatlar | Baxış: 1041 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]