Bazar günü, 2024-12-22, 10:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 10 » Kufəlilərin dəvəti
7:38 AM
Kufəlilərin dəvəti
Kufəlilərin dəvəti
İmam Hüseyn (əleyhissəlam) şəban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əli əleyhissəlamın ədalətli hakimiyyəti yadında qalmış o Həzrətin təlim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyn əleyhissəlamı Kufəyə dəvət edib ona itaət etsinlər.
Bu müzakirədən sonra Kufə şiələrinin başçıları o cümlədən Süleyman ibn Sürəd Müsəyyib ibn Nəcəbə Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseyn əleyhissəlama məktub yazıb onu dəvət etdilər ki İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda İmam Hüseyn əleyhissəlama çatdı.("Ər-Rişad" səh. 203)
Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki İmam Hüseyn əleyhissəlama təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı.("Əi-lühüf" səh. 15) İmam Hüseyn (əleyhissəlam) camaatın müsbət reaksiya göstərməsini məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa İmam (əleyhissəlam) özü də ora yola düşəcəkdi.
Göründüyü kimi İmam Hüseyn əleyhissəlamın kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki İmam Hüseyn əleyhissəlamın Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yəni beyət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (əleyhissəlam) üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (əleyhissəlam) belə bir nəticəyə gəldi ki əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr çox yaxşı əgər vəfa etməsələr onda yenə də Məkkəyə qayıdaram ya da başqa bir İslami məntəqəyə gedərəm.
Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın Yezidə beyət etməkdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (əleyhissəlam) Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki Kufə camaatı İmamı dəvət etdiyi üçün İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməkdən imtina etmişdi və Kufə olmasaydı camaat məktub göndərməsəydi İmam Yezidə beyət edəcəkdi. Xeyr hətta yer üzünü İmama darısqal etsəydilər də, yenə İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməyəcəkdi.

İmam Hüseyn (əleyhissəlam) ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki İmam Hüseyn əleyhissəlamdan beyət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr İmamdan beyət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki Kufə camaatı İmamı dəvət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın beyətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseyn əleyhissəlamın məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş etiraz və hücum məntiqidir. İmam Hüseyn əleyhissəlamın məntiqi bu idi ki İslam aləmini fəsad bürüdüyü və hakimiyyətin fəsadın mənbəyinə çevrildiyi üçün o öz şəri və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
* * *
Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseyn əleyhissəlamın inqilabında rolu olmuş onların hər biri İmam üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseyn əleyhissəlamın bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.
Birinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər o da bundan imtina edirdi.
İkinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa dəvət etmiş o da bu dəvətə müsbət cavab vermişdi.
Üçüncü amil baxımından isə İmam Hüseyn (əleyhissəlam) etiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyn əleyhissəlamdan heç beyət istəməsəydilər də o hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.
Hər üç amilin öz dəyəri
İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?
Şübhəsiz Kufə camaatının dəvətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (əleyhissəlam) Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmamı rəhbər olmağa dəvət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı şübhəsiz İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseyn əleyhissəlamın Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (əleyhissəlam) dəfələrlə elan etmişdi ki nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək. Bu İmam Hüseyn əleyhissəlamın təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.
Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil yəni əmr be-məruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseyn əleyhissəlamın hərəkəti nə hökumətə qarşı bir reaksiya nə müdafiə nə də köməklik və dəvətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı etiraz və hücum idi.
Əgər Kufə camaatının dəvəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki İmam Hüseyn əleyhissəlamın ən əsas xütbələri ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseyn əleyhissəlamın əmr be-məruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin etiraz edib hücuma keçməsi məlum olur.("Həmaseyı-Hüseyni" c. 2)
Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Məlum oldu ki əgər Yezid İmam Hüseyn əleyhissəlamdan beyət almaq üçün onu təzyiqlərə məruz qoymasaydı da, İmam Hüseyn (əleyhissəlam) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyn əleyhissəlamı dəvət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.
İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseyn əleyhissəlamın əmr be-məruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.
1) İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi
İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi əmr be-məruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:
«...Mən Mədinədən nə özümü qorumağa nə azğınlığa nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah əmr be-məruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O hakimlərin ən yaxşısıdır.» ("Biharül-ənvar" c.44. səh.329)
Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:
1) Ümməti islah etmək;
2) Əmr be-məruf;
3) Nəhy əz-münkər;
4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.
2) Bağışlanılmaz sükut
İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:
«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: "Kim Allahın haramını halal edən Allahın əhdini sındıran Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli hərəkəti və ya sözü ilə etiraz etməsə Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.
Camaat! Agah olun bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...» (Məqtərül-Hüseyn səh 85.ƏI-kamilu fit-tarix. c. 4. səh. 48)
3) Sünnənin məhv olması bidətlərin yayılması
İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:
«...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə bir vəziyyətdəyik ki peyğəmbərin sünnəsi tamamilə itib batmış aradan getmiş və onun yerini bidətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız sizi düz yola hidayət edərəm. Allahın salamı rəhməti və bərəkəti sizə olsun!» ("Tarixül-Üməmi vəl-mülk" c. 6. səh 200)
4) Artıq haqqa əməl olunmur
Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:
«Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli az otlu bir otlağa çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar dinə kömək edirlər elə ki imtahana çəkilirlər, sayları azalır.» (Tühərül-uqul, səh. 245. Tarixül üməmi vəl mülük. c. 5 səh. 229)
Ardı var....
 Müəllif: Mehdi Pişvayi  

Category: Tarix | Baxış: 826 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]