Bazar günü, 2024-12-22, 10:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Dekabr » 28 » KƏRBƏLA
2:09 PM
KƏRBƏLA
        
 
 
HƏR GUN AŞURA HƏR YER KƏRBƏLA
 
       O gun, batil butun parıltısı, cahilləri heyrətə salan bolluğu, zəif imanlıları qorxudan qüdrəti və nəhayət, haqqı xor görən qüruruyla, haqqın qarşısında dayandı. Batil tərəfdarları, haqqa qalib gələ bilmə ümidiylə sevinc sərxoşluğunun doruğunda və bütün həqiqətlərə kor kəsilmiş vəziyyətdə, şər nərələriylə coşmuşlar idi. Haqqı yu bilmə ümidi batil cəbhədə bir dəfə daha güc qazanmışdı. Hər şey görünüşcə haqqın aleyhineydi. Haqq ola bildiyincə məzlum idi və haqq tərəfdarları ola bildiyincə qəribə və tək idilər. Qaranlıq, günəşi dörd bir tərəfdən ətraflı əhatə etmişdi. Günəşin qanı axıdılacaqdı.
          Nə oldu? Haqq məğlub düşdümü? Günəşin qanı axıdıldımı?
Bəli, günəşin qanı axıdıldı, amma haqq məğlub düşmədi! Çünki haqq, qanla ayaqda qalar. Haqq, qanı axdıqca dirilər. Günəşin qanı axdı amma batmadı; daha da parladı, bütün qaranlıqlara çata bilər oldu.
Qılınc iti idi, güclü idi, qürurlu və özündən əmin idi. Bol bol qan axıtdı, nə qədər yaralar açdı; həm bədənlərdə, həm ürəklərdə, həm bədənlərdə həm könüllərdə. Qollar kəsdi, başlar ayırdı, analar ağlatdı, yetimlər inlətdi.
        Amma aqibət ancaq haqqın və haqq tərəfdarlarının ola bilərdi. Nəticədə yüksələn haqq oldu, batan da batil. Qan coşdu və nə qədər durğun dənizləri coşdurdu. Qan qılınca qalib gəldi; qılınc qırıldı, qan isə əbədiləşdi, dillərə düşdü könüllərə yerləşdi. Haqq, qərblin bir dəfə daha heç olduğunu isbat etdi.
           Batil əlbət yenə dönəcək, yenə haqqın qarşısında dayanacaqdı, yenə haqqla batil qarşı-qarşıya gələcək idi. Yenə Aşuralar Kərbəlalar sürüb gedəcəkdi .
Category: Diger me'lumatlar | Baxış: 877 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 1
0  
1 es-selat   (2009-12-28 4:32 PM) [Daxil et]
Allahummesalli ela Muhemmed ve ali Muhemmed ve eccil ferecehum!

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]